Ombudsman Aparatının qanunsuzluğuna etiraz
Ombudsman Aparatının vətəndaşların şikayətlərinə hüquq pozucularının qanunsuz cavablarını təkrarlamaqla “baxmasını” mətbuata çıxarmağımız Aparatın mətbuat xidmətinin etirazına nədən olub və “qarşı tərəfin mövqeyi öyrəinilmədən Ombudsman təsisatının fəaliyyətini tənqid edən birtərəfli yazı” kimi dəyərləndirilib . Bir sıra media qurumları isə xidmətin bu “etirazını” şikayətçi tərəflə aydınlaşdırmadan olduğu kimi dərc edib. Biz Qarabağ əlilləri kimi buna etiraz edirik və bildiririk ki , birincisi, bizim şikayətimiz Ombudsman Aparatının 19.03.2020 tarixli 2/6045-20 saylı mövqeyini ifadə edən cavabından qaynaqlandığından, yazının mövqe öyrənilmədən birtərəfli olduğunu iddia etmək absurddur. İkincisi , dövlət orqanlarının, onların vəzifəli şəxslərinin işini tənqid etmək vətəndaşın da, medianın da konstitusiya ilə təsbit olunan hüququ və vəzifəsidir. Buna görə, heç bir əsas olmadan vətəndaşa, basına basqı yapmağın özü qanunsuzdur. Üçüncüsü, bizim narazı qaldığımız 19.03.2020 tarixli qanunsuz cavabın yenidən təkrarlanmasına nə ehtiyac var? Biz bu cavabı redaksiyaya təqdim etmişik də! O ki qaldı “ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Suraxanı icra və probasiya şöbəsinə qarşı “ maddi – mənəvi ziyanın ödənilməsi “ tələbinə dair iddianın təmin edilməyərək mümkün sayılmaması haqqında 17.10.2018 tarixli qərardadın “ bir daha “sübut kimi” irəli sürülməsinə, hüquq müvəkkilliyi bilməlidir ki, iddianın təmin edilməməsi ilə mümkün sayılmaması tam ayrı-ayrı anlayışlardır və “iddianın təmin edilməyərək mümkün sayılmaması “ ifadəsi hüquqdan, qanundan xəbərsizlikdən qaynaqlanır . Düzdür, bu ifadə Ədliyyə Nazirliyinin cavabının təkrarıdır , amma bizim də şikayətimiz elə Ombudsman Aparatının şikayətlərə şikayət obyektinin qanunsuz cavablarını təkrarlamaqla cavab verməsindəndir . Eyni zamanda, sözügedən iddia tələbimiz “ İcra sənədi olmadan Qarabağ əlilinin pensiyasının yarıqat edilməsinə görə dəyən maddi və mənəvi ziyanın ödənilməsi “ haqqındadır və hakim Zaur Tağıyev qarşı tərəf – Suraxanı icra və probasiya şöbəsi (icra məmuru Vüsal Əliyev ) ilə qeyri-prosessual münasibətə girərək 24 oktyabr 2018 -ci il tarixli bildirişlə bir həftə qabağa – 17.10.2017 tarixinə iclasa çağırıb ! (??) Bəlkə gələcəkdə olacaq, amma zamanı geri qaytarmaq, hələ ki, mümkün deyil . Hələ də bu mümkünsüzlüyə nə Ombudsman, nə Məhkəmə Hüquq Şurası, nə də Ədliyyə Nazirliyinin özü və yuxarı instansiyalar hüquqi qiymət verilməsini təmin edib! (?) Hamısı məhkəmənin işinə qarışmaq hüququnun olmadığını bildirməklə yaxasını qırağa çəkir. İndi isə bu məhkəmə təminatı hüququna qadağa qoyan qərardadı Ombudsman Aparatı əlində bayraq edib, icra sənədi olmadan pensiyamızın yarıqat edilməsinə, reabilitasiya vasitələrindən, əmlakımızdan məhrum edilməyimizə haqq qazandırır. Sual olunur, bəyəm qanun, Konstitusiya borcun eyni vaxtda həm pensiyaya, həm reabilitasiya vasitəsinə, həm də əmlaka yönəldilməsinə hüquq verir? Ombudsman hüquq pozucularının qanunsuz cavablarını təkrarlamaqdansa, buna cavab versin.
Bir daha xatırladırıq ki , Ombudsman Aparatı şikayətlərə birtərəfli qaydada qarşı yanın tərəfini tutmaqla cavab verib. Fikir verin, biz icra sənədi olmamasından şikayət edirik , Ombudsman Aparatının mətbuat xidməti isə “etirazında” yazır ki , “ icra sənədinin olmadığı qeyd edilsə də, Ədliyyə Nazirliyindən verilmiş cavabda 09.01.2017 tarixli icra sənədinin tərtib edilərək icraya yönəldiyi göstərilmişdir “ Elə bu yanaşmanın özü əlillərə qarşı ayrı-seçkiliyi , şikayətlərə hüquq pozucusu Ədliyyə Nazirliyinin tərəfini tutmaqla “baxılmasını” açıq ortaya qoyur. Nəyə görə, hüququ pozulanın yox , hüquq pozanın dediyi Konstitusiya Qanunu kimi qəbul edilir ? İcra sənədi varsa, niyə bizə və Ombudsmana təqdim edilmir, yaxud şikayətimizi araşdıran aparat rəhbəri bunu Ədliyyə Nazirliyindən tələb etmir? Bunun yerinə , çıxılmaz durumda qalan əlillərin (mediaya ) müraciət etmək hüququna da qadağa qoymaq yolunu tutub? !
Onu da xatırlatmaq yerinə düşər ki, “İcra haqqında” qanun bircə 2.1 maddəsindən ibarət deyil. İcra haqqında “ 27.12.2001 tarixli 243-IIQ saylı Azərbaycan Respublikası Qanununun 7.1 maddəsinə görə,
icra sənədində işin nömrəsi, məhkəmə qərarının qüvvəyə mindiyi vaxt , icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti göstərilməlidir. 7.2 maddəsinə əsasən, məhkəmə tərəfindən verilən icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiq olunur. İcra sənədinə aid bu tələblərə əməl edilmədiyi açıq-aşkar ortadadır. Ombudsman Aparatının (mətbuat xidmətinin ) Ədliyyə Nazirliyindən verilmiş cavabında nömrə göstərilməməsi icra sənədinin olmamasını sübut edir.
Yenə deyirik, biz qanunun aliliyinin təmin edilməsini tələb edirik, insan hüquqlarının qorunması imitasiyası ilə , saxta cavablarla , basına basqı ilə hüquq təmin olunmur.
Əlillərin hüquq müdafiəçisi, jurnalist Məğrur Bədəlsoy, Xaliq Abbaszadə, Eldar Hüseynov , Güloğlan Süleymanov, Müşfiq İsmayılov və başqaları.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-04-2020, 16:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-04-2020, 16:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |