BSU-nun rektorunun rüşvət faktı - Tələbələrdən 60 min manat pul yığılıb (RƏSMI)
Hesablama Palatası Bakı Slavyan Universitetində aparılan audit yoxlamasının nəticəsini açıqlayıb.
regionxeberlericom.az-un ONA-a istinadən məlumatına görə, Bakı Slavyan Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun auditi 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə etməklə, 2018-ci ilin 19 sentyabr tarixindən 19 oktyabr tarixinədək aparılıb.
Audit zamanı məlum olub ki, universitetdə ödənişli əsaslarla təhsil almış, müxtəlif səbəblərdən xaric edilmiş, 1 iyul 2018 tarixinədək bərpa edilməmiş yerli və əcnəbi tələbələrdən, doktorantlardan və yenidən hazırlanma kurs dinləyicilərindən cəmi 126 150 manat təhsil haqqının vaxtında alınmasının təmin edilməməsi səbəbindən təhsil haqqı borcu qalıb. Göstərilən təhsil haqqı borcunun 49 500, manatını 2016/2017-ci tədris ilinin əvvəlinədək yaranmış borclar təşkil edib. Xarici ölkələrin vətəndaşları olan tələbələrin universitetə qəbul edilməsinə dair əmr verilərkən müəyyən olunmuş təhsil haqqı məbləğinin minimum 50%-nin alınması tələbinin gözlənilməməsi nəticəsində 2016/2017-ci tədris ilində bakalavrlar və hazırlıq kursları üzrə ümumilikdə 2 halda olmaqla, 900 manat məbləğində təhsil haqqının alınması təmin edilməyib. 2017/2018-ci tədris ilində akademik məzuniyyət götürən tələbələr üzrə də düzgün olmayaraq hesablama verilib, nəticədə 14 halda olmaqla 18 150 manat borc yaradılıb. Yaz semestrinin əvvəlində başqa ali təhsil müəssisələrinə köçürülən tələbələrə təhsil almadığı dövrdə düzgün olmayaraq, 2015/2016 və 2017/2018-ci tədris illərində 3 halda olmaqla, 3 min 400 manat təhsil haqqı hesablanıb. Ödənişli əsaslarla təhsil alan, lakin müvafiq tədris illərində universitetlə əlaqə saxlamadığı, həmçinin fərdi tədris planı imzalamadığı üçün növbə semestrdə xaric edilmiş tələbələrə düzgün olmayaraq, 2015/2016 və 2017/2018-ci tədris illərində 14 halda olmaqla, təhsil haqqı üzrə ümumilikdə 13 150 manat hesablama verilib. Nəticədə əsassız təhsil haqqı borcu yaradılıb. Bakı Slavyan Universitetində ödənişli əsaslarla təhsil alanlardan təhsil haqqının müəyyən edilmiş təhsil müddəndə alınması təmin edilmədiyindən, (39 halda 2016-cı il tarixinədək, 15 halda 2016-cı və 4 halda 2017-ci ildə) 01.07.2018-ci il tarixə Universiteti bitirmiş tələbələrin təhsil haqqı üzrə 70 450 manat borcu qalıb. Həmçinin qeyd olunan təhsil haqları tərtib edilmiş maliyyə hesabatlarında öz əksini tapmayıb. Tələbələrin Universiteti bitirməsinə dair təhsil sənədi diplom şöbəsində saxlanılır.
Audit zamanı məlum olub ki, universitetdə ödənişli əsaslarla təhsil alan və Vyetnam Sosialist Respublikasının vətəndaşı olan 2 əcnəbi tələbənin Təhsil Nazirliyindən daxil olmuş X-137/11-24 saylı 02.07.2015-ci il tarixli məktuba əsasən, 2015/2016-cı tədris ilində bakalavr təhsil səviyyəsinə daxili kvota əsasında universitetə qəbul edilərək, təhsil haqqından azad edilməsi nəticəsində onların təhsil aldığı dövrdə hesablama verilməmiş, nəticədə (2015/2016, 2016/2017 və 2017/2018-ci tədris illərində) ümumilikdə 10 800 manat təhsil haqqından daxilolmalar icra edilməyib. Azərbaycan Prezidentinin 736 nömrəli 14 yanvar 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında saziş”də yalnız bakalavr və magistratura təhsil səviyyələrində təhsilalanların dövlət xətti ilə təhsil alması göstərilməsinə baxmayaraq, hazırlıq fakültəsinə qəbul edilən 5 nəfər Çin vətəndaşı üzrə hesablama aparılmayıb, nəticədə ümumilikdə 4 min manat təhsil haqqından daxilolmalar icra edilməyib. 2016/2017-ci tədris ilində Universitetdə tədris olunan İngilis dili müəllimliyi ixtisası üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən təhsil haqqı məbləği 1800,0 manat göstərilməsinə baxmayaraq, 2017/2018-ci tədris ilində Universitetdə təkrar ali təhsil üzrə müvafiq ixtisasa ikinci kursa qəbul edilmiş 20 tələbəyə təhsil haqqı məbləği düzgün olmayaraq, 300 manat az hesablama verilməsi nəticəsində ümumilikdə 6000,0 manat təhsil haqqından daxilolmalar icra edilməyib.
Universitetin 26 iyul 2016-cı il tarixli 93 saylı əmrinə əsasən, mühasibat uçotu sənədlərinin yeni rəhbərliyə təhvil verilməsi ilə əlaqədar yaradılmış "Təhvil-təslim komissiyası” tərəfindən 29.07.2016-cı il tarixdə tərtib edilmiş və 30 iyul 2016-cı il tarixdə universitetin rektoru tərəfindən təsdiq edilmiş 1 saylı aktda 01 avqust 2016-cı il tarixinə Universitetdə ödənişli təhsilalanlar üzrə təhvil verilmiş təhsil haqqı borcunun az göstərilməsi nəticəsində 61 min 132 manat kənarlaşma olub.
Auditlə əhatə olunan illərdə Universitetdə dövlət sifarişi ilə təhsil alan, tədris ilini tam başa vurmadan müxtəlif səbəblərdən universitetdən xaric olunan tələbələr barədə mütəmadi olaraq Təhsil Nazirliyinə məlumat verilmədiyindən, onların təhsil haqqı tam ödənilməklə universitetə ümumilikdə 8 580 manat artıq vəsait köçürülüb. Müvafiq semestrlər üzrə akademik borcu qalmış tələbələrin payız və yaz semestrlərində alt qruplarda və fərdi qruplarda 25,0% güzəşt hüququndan istifadə etməklə, həmçinin yay tətili dövründə təşkil edilmiş yay məktəblərində akademik borcların ləğv edilməsi ilə əlaqədar kredit haqqı üzrə Universitetin 1 iyul 2018-ci il tarixə kreditor borcun 24 102,2 manat təşkil etməsinə baxmayaraq, qeyd olunan kreditor borc maliyyə hesabatlarında əks etdirilməyib. 1 yanvar 2016-cı il tarixə universitetin təhsil haqqı üzrə kreditor borcu olmayıb, debitor borcu isə 2 134 037 manat olub. Auditlə əhatə edilən dövrdə ümumilikdə 8 642 514 manat hesablama aparılıb. Ümumilikdə 10 203 681 manat təhsil alanlardan təhsil haqqı daxil olub. 1 iyul 2018-ci il tarixə universitetin ödənişli təhsil haqqı üzrə kreditor borcu 582 920 manat, debitor borcu isə 10 050 manat təşkil edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-04-2019, 16:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-04-2019, 16:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01