Hakim dələduz həkimə 2 həftə vaxt verdi – “Borcunu qaytar”
Dələduzluqda təsqirləndirilən Baku Medical Plazanın keçmiş baş həkim müavini Feyzulla Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
regionxeberlericom.az-un BakuPost.az-a istinadən məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Cəmil Ələkbərovun vəkilləri çıxış edib. Müdafiə tərəfi məhkəmədən F.Qasımovun onlara vurduğu maddi ziyanın ödənilməsini tələb edib.
Dəymiş ziyanın ödənməməsi halında isə təqsirləndirilən şəxs barəsində yenidən həbs-qətimkan tədbiri seçilməsi istənilib.
Təqsirləndirilən F.Qasımovun vəkilləri isə zərərçəkmişlə barışıq və dəymiş ziyanın ödənilməsi üçün məhkəmədən 20 gün vaxt istəyib. Hakim isə F.Qasımova zərərçəkmiş C.Ələkbərova vurduğu ziyanın ödənməsi üçün 2 həftə vaxt verib.
Qeyd edək ki, keçmiş baş həkim müavini F.Qasımov C.Ələkbərovun 50 min dollarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinərək həbs edilib. Lakin daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynov onun həbsdə qaldığı müddəti nəzərə alaraq azadlığa buraxıb. Birinci instansiya məhkəməsi zərərçəkmiş C.Ələkbərova dəymiş ziyanın ödənilməsi ilə bağlı isə heç bir qərar verməyib.
C.Ələkbərov qərardan apelyasiya şikayəti verib.
Onu da bildirək ki, bu işdə adı keçən şəxslərdən biri də Bakı Dövlət Universitetinin hüquq fakültəsinin keçmiş dekanı Məhəmməd İmanlıdır. Zərərçəkmiş C.Ələkbərovun iddiasına görə, M.İmanlı kürəkənidir. O, hakim C.Hüseynovla dostluq münasibətlərindən istifadə edərək, yaxın qohumunun həbsdən çıxmasını təmin edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-04-2019, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-04-2019, 16:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11