Dərman bazarının TƏHLÜKƏ saçan ünvanı... - İDDİA
Ötən həftə kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi koronavirusu müəyyən edən testin alışı üçün təxminən 420 000 manat ayırdığı barədə məlumatlar yaydı. Sözügedən məlumatlara görə nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi “Zeytun Pharmaceuticals” MMC ilə koronavirus infeksiyasının aşkarlanması üçün istifadə olunan diaqnostik testlərin alınması ilə bağlı müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 419844 manat (247 000 dollar) təşkil edib.
Aktualinfo.org-un araşdırmalarına görə koronavirusu aşkar edən testin alışı üşün müqavilə bağlanması barədə informasiyaların yayıldığı gün Səhiyyə Nazirliyinin İnnovasiya və Təzhizat Mərkəzi 19 03. 2020-ci ildə daha bir neçə tenderin keçirdiyi barədə məlumat yayıb. Sözügedən tenderlərə nəzər saldıqda nələri görmüş oluruq? Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman vasitələrinin satınalması üzrə 13194766.84 manatlıq müqavilə “Zeytun Pharmaceuticals” MMC ilə bağlanıb. Elə həmin gün xroniki böyrək çatışmazlığı xəstələri üçün nəzərdə tutulan hemodializdə və periton dializdə istifadə olunan tibbi təyinatlı vasitələrin satınalması üzrə 18557590.61 manatlıq daha bir müqavilə də sözügedən MMC ilə bağlanıb.Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalması üzrə 5316788.66 manatlıq müqavilə də “Zeytun Pharmaceuticals” ilə bağlanıb.Elə həmin gün Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satnalması üzrə 2382143.17 manatlıq daha bir müqaviə “Fuad-Kimya Servis” MMC ilə bağlanıb.
Bəs bir gün içərisində 37 milyon manatlıq müqavilə bağlanmış bu “Zeytun Pharmaceuticals” MMC kimə məxsusdur? Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində 09.10.2014-cü ildə dövlət qeydiyyatına alınmış MMC-nin hüquqi ünvanı Nizami rayonu Oqtay Vəliyev küçəsi ev 21 də yerləşir.Nizamnamə kapitalı 600 manat olan MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.
Aktualinfo.org-un apardığı araşdırmalarda üzə çıxan bir şox qaranlıq məsələlər MMC-nin iç üzünü göstərmiş olur. 02.04 2018 ci ildə Dövlət Gömrük Komitəsinin “Zeytun Pharmaceuticals” MMC-nin ölkəyə keyfiyyətsiz dərman preparatlarının gətirdiyi barədə yaydığı məlumatlarda deyilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli Fərmanından irəli gələn tələblərə uyğun olaraq, Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatı və qida əlavələri müsadirə edilərək zərərsizləşdirilib. Belə ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən 2017-ci il ərzində “Referans pharmaceuticals” , “Radez”, “Loğman farm”, “Si Medical”, “Zeytun pharmaceuticals”, “Qırxbulaq” , “Eco-B Tam Xarici İnvestisiyalı”, “Trokas pharma” və s. firmalar tərəfindən müxtəlif vaxtlarda gətirilən 6024975.73 rubl, 15339 avro, 92233.60 dollar və 448 türk lirəsi dəyərində dərman vasitələri normativ sənədlərə uyğun olmadığı və qablaşdırılmalarında uyğunsuzluqlar olduğuna görə müsadirə edilərək ekolojı poliqonda məhv edilib.”Zeytun Pharmaceuticals” MMC-nin idxal etdiyi Gürcüstan mənşəli Calsium 500 mg №100 – 9915 ədəd, 54036.75 ABŞ dolları dəyərində, Glucose 40% 4 ml №10 – 12660 ədəd, 6330 ABŞ dolları dəyərində, Lidocaine 2 % 2ml №10 – 4600 ədəd, 1380 ABŞ dolları dəyərində, Venofer ampul №5 – 1010 ədəd, 15655 ABŞ dolları dəyərində, Ferrosanol sirop 150 ml – 520 ədəd, 1258.40 ABŞ dolları dəyərində, Amiodaron №10 – 1808 ədəd, 3423.80 ABŞ dolları dəyərində, Phoqam UF plus 300 mg – 150 ədəd, 6750 ABŞ dolları dəyərində, Rusiya mənşəli Ranitidin 150 mg №20 – 12000 ədəd, 1800 ABŞ dolları dəyərində, Verapamil 0.25 % 2ml №10 – 20 ədəd, 639.60 rubl dəyərində, Ukrayna mənşəli Analgin 2 ml №10 – 19900 ədəd, 13731 ABŞ dolları dəyərində, Türkiyə mənşəli Drastop 200mg 2 ml №10 – 160 qutu, 1836.80 ABŞ dolları dəyərində, Gelofusine 500 ml 40 mg – 8000 ədəd, 23060 ABŞ dolları dəyərində, D-3 Ferol 15 ml – 10000 ədəd, 7000 ABŞ dolları dəyərində, Betaserc 24 mg №20 – 1000 ədəd, 980 ABŞ dolları dəyərində, Duphalac sirop 300 ml – 1500 ədəd, 3150 ABŞ dolları dəyərində, Cathejel – 6000 ədəd, 4860 ABŞ dolları dəyərində, Orqalutran 0.25 mg 0.5 ml – 1500 ədəd, 19425 ABŞ dolları dəyərində, Politeks 5% mamutolurozolun – 1500 ədəd, 2835 ABŞ dolları dəyərində, Proforol-R Lipuro 1% 20 ml – 4000 ədəd, 11760 ABŞ dolları dəyərində, Proforol-R Lipuro 1% 50 ml – 2500 ədəd, 4850 ABŞ dolları dəyərində və Tobradex R – 4000 ədəd, 3880 ABŞ dolları dəyərində.
Göründüyü kimi Azərbaycan Respublikasında qeydiyyatda alınmamış, keyfiyyət baxımından normativlərə cavab verməyən bəzi dərman preparatlarının və bioloji aktiv maddələri ölkəyə idxal edən bir MMC-nin dərmanların topdan satışına qadağa qoyulub.
Bəs ölkəyə keyfiyyətsiz dərman preparatları gətirən bu MMC ilə yenidən 37 milyon manatlıq bir müqavilə bağlamaq hansı zərurətdən yaranıb? Axı cəmi iki il əvvəl bu MMC tətrəfindən ölkəyə keyfiyyətsiz dərman preparatlarının gətirilməsinin üstü açılıb.Düzdü, keyfiyyətsiz dərmanlar müsadirə edilərək yandırılıb. Lakin bu keyfiyyətsiz dərmanlarla əhalinin sağlamlığına zərər yetirən şəxslər cinayət məsuliyyətinə niyə cəlb edilməyib? Yaxud da, məsuliyyətdən necə yayınıb? Bunlar azmış kimi dərman preparatlarının alınması üçün bu MMC ilə yenidən müqavilələr bağlanıb.İndi kim zəmanət verə bilər ki, “Zeytun Pharmaceuticals” MMC-yenə də keyfiyyətsiz dərman preparatları gətirməyəcək?
Mərkəzin müqavilə bağladığı ikinci, “Fuad-Kimya Servis” MMC-nin isə cəmi 10 manat nizamnamə kapitalı var.Sumqayıtda,2 saylı Ərazi Vergilər Baş İdarəsində 16.09 2005-ci ildə dövlət qeydiyyatına alınmış MMC -nin qanuni təmsilşisi Bağırov Bağır Ağakərim oğludur.Hüquqi ünvanı Sumqayıt şəhəri 9-cu mkr ev 27 göstərilən MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat yoxdur.
Mərkəz Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatlar və materialların satınalması üzrə “Labservis LTD” MMC ilə 5454603.31 manatlıq müqavilə bağlamışdır.Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində 06.04.1994-cü ildə dövlət qeydiyyatına alınmış MMC-nin 2400 manat nizamnamə kapitalı var. Qanuni təmsilçisi Şahbazova Roza Qafar qızı olan MMC son dövrlər Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş bir çox tenderlərin qalibi olduğu bildirilir.
Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatlar və materialların satınalması üzrə 1420324.49 manatlıq bir müqavilə də “Albatros Heltkeyr” MMC ilə bağlanıb. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.07.2005-ci ildə dövlət qeydiyyatına alınmış MMC-nin hüquqi ünvanı Səbail rayonu Badamdar qəsəbəsi ev 23, qanuni təmsilçisi isə Ağalarov Anar Fazil oğludur.
Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatlar və materialların satınalması üzrə 377423 manatlıq daha bir müqavilə isə “3S Osteosintez”MMC ilə bağlanıb. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 19.03.2014-cü ildə dövlət qeydiyyatına alınmış MMC-nin hüquqi ünvanı Nərimanov rayonu Azadlıq P-ti ev 114,qanuni təmsilçisi Həsənov Mirnamiq Mirkazım oğludur.Nizamnamə kapitalı cəmi 15 manat olan MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat əldə edə bilmədik.
Artıq bir neçə aydır ki dünyada bir çox qlobal problemləri arxa plana atmış koronavirus pandemiyasının yayıldığı gündən Azərbaycanda dövlət səviyyəsində mühüm addımlar atılır.Bu işdə Prezident İlham Əliyev virusun ölkə ərazisində yayılmaması üçün ciddi cəhdlərlə çalışır,əlindən gələni əsirgəmir.Azərbaycanda bir çox dovlət qurumları,millət vəkilləri və tanınmış simalar bacardıqları qədər əhalinin maarifləndirilməsinə çalışırlar. Amma fədakar səhiyyə işçilərindən fərqli olaraq,Oqtay Şirəliyevin birbaşa cavabdeh olduğu bir qurumun rəhbəri kimi passiv fəaliyyəti dövrü mətbuatın da gözündən yayınmadı.
“Zeytun Pharmaceuticals”MMC-yə gəlincə. Dövrü mətbuatda yayılan məlumatlarda birbaşa Səhiyyə naziri Oqtay Şirəliyevə məxsus olduğu bildirilir. MMC rəhbəri Bəhruz Şirəliyevin Səhiyyə naziri Oqtay Şirəliyevlə qohumluq və ya işbirliyi tellərinin olmasını təkzib edənlər təbii ki,tapılar. Lakin yarandığı gündən dərman preparatlarının və bir çox tibbi avadanlıqların ölkəyə gətirilməsi üçün sözügedən MMC nin hesabına köçürülmüş külli miqdarda dövlət vəsaitlərini heç kim təkzib və ya inkar edə bilməz.Hələ normativlərə cavab verməyən dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması faktını heç demirik. Bunlar bir reallıqdır.
Məqalə çapa hazırlanarkən “Zeytun Pharmaceuticals”MMC-nin Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “COVİD-19″la mübarizəyə dəstək məqsədi ilə Fonda 500 min manat məbləğində pul köçürməsi barədə məlumatlar yayıldı.Təbii ki, bu təqdirəlayıq bir haldır və qeyd etməsəydik haqsızlıq,qərəzçilik etmiş olardıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-03-2020, 10:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-03-2020, 10:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01