Zaqatalada sakinlərə kim zülm edir? - GİLEY
"Qazı kəsmək üçün martın ən soyuq gününü seçiblər. Hazırda qaz yoxdu. Su da bir müddətdir kəsilib. İşıqlar da gündə bir neçə dəfə kəsilir."
Bu sözləri Zaqatala sakini Bəxtiyar Ağayev Toplum.Tv-yə deyib.
Bəxtiyar Ağayevdən başqa bəzi Zaqatala sakinləri də su, qaz və elektrik kimi təchizatlarının olmamasından şikayətçidir.
Rayon sakinləri bildirib ki, qış, yay demədən proflaktika ya da təmir adı ilə mavi yanacaqları kəsilir. Amma problem təkcə qazın olmaması deyil. Qafqazın ətəyində yerləşən rayonun əksər hissəsi yay aylarında ümumiyyətlə suya həsrət qalır.
Muxax kənd sakini Şahin Orucov deyir ki, kənd rayonun ən böyük kəndi olmasına baxmayaraq, kəndin hələ də su problemi var: "Yay gəldi insanlar su üzünə həsrətdi. İnsanlar içməli suyun tonunu su maşınlarından 8-10 manata alırlar. Yaz-payızda isə su olmağına baxmayaraq kranlara palçıqlı, lilli su gəlir".
Şahin Orucovun sözlərinə görə, analoji hal kəndin elektrik təchizatında da var: "Elektrik dirəklərinin çoxusu su xətləri kimi sovet dövründən bu yana yenilənməyib. Küləkdə və yağış yağdıqda elektrik kəsilir. Bəzən isə heç nə baş vermədən elektrik gün ərzində bir neçə dəfə kəsilir. Heç olmaya işıqla su xəttlərinin rayonu tam əhatə etdiyi halda rayonun bir hissəsində qaz xətləri ümumiyyətlə yoxdur".
"Azəriqaz" keçən ilin sonuna olan məlumatında bildirib ki, ölkə üzrə qazlaşdırılma 96 faizə çatdırılıb. Hazırda ölkə əhalisi son statistikaya görə 10 milyonu ötüb.
Kənd sakini bildirib ki, Zaqatala rayonunun 30-40 fazinidə qazın olmaması həmin statistikanın doğru olmadığına dair əsaslı şübhə yaradır.
Sakinlər qeyd edib ki, Muxax kəndinin bir hissəsi ilə yanaşı, Suvagil, Üçüncü Tala, Çobankol, Mamrux, Təzə Massiv, Dağlı, Muğanlı, Axaxdərə, Gözbaraq, Faldar, Qandaq, Çüdlübinə, Fındıqlı, Bazar, Yuxarı Çardaxlar kəndlərində qaz xətti yoxdur.
"Bu təqribən ümumi rayon əhalisinin 30-40 fazini əhatə edir. İnsanlar hələ də evlərində sovet dövründən qalma qaz balonlarından istifadə etmək məcburiyyətindədir. Təbii qazın olmaması özlüyündə bir çox problemlərə gətirib çıxarır. Təbbi qaz olmadıqda insanlar qızınmaq üçün odundan istifadə etməli olurlar", - deyə Şahin Orucov bildirib.
Adının çəkilməsini istəməyən Mamrux kənd sakini Toplum Tv-yə deyir ki, insanların əsas şikayəti qazın olmamasıdır: "Qışda evi isitmək də problemə çevrilir. Elə insanlar var ki, ağacı kəsməyə heyifi gəlir. Amma soyuqdan donmamaq üçün başqa çarə qalmayanda ağac kəsmək üçün bilet alırlar və aldıqları biletə də müəyyən qədər pul verirlər. Həmçinin odun doğrayana və gətirməyə görə də pul ödənilir. Təqribən 1 maşın odun 300 manata başa gəlir. 1 maşın odun böyük ailələrə 1 qışa bəs etmir, 2-ci dəfə odun almağa ehtiyac duyulur".
Kənd sakini meşələrin korlanmasının ekologiyaya da mənfi təsir etdiyini deyib: "Meşələr qırılanda isə torpaq erroziyaya uğrayır. Torpaq uçqunları baş verir. Belə yerləri meşələrdə görmək çətin deyil. Üstəgəl meşələr olan vaxtı meşələrdən kəndə doğru gələn böyük sellər olmurdu. Meşələr qırılandan sonra sel və daşqınlar çoxalıb. Bir ağacın kəsilməsi bir insanın aldığı nəfəsdənn məhrum olması deməkdir. Sivil ölkələrdə meşələri bu formada qırmırlar. Ən azından qırılırsa belə onun yeri yeniləri əkilir. Bizdə isə bu işlər plansızdır. Meşələrin qırılmaması üçün bütün kəndlər qazlaşdırılmalıdır".
Sakinlərin meşə örtüyünün qırılmasına alternativ olaraq istifadə etdiyi variantlar isə taxta-barket sexlərində istifadə olunan ağac kötüklərinin yarasız hissələri və fındıq qabığı, mətbəxdə isə balon qazıdır. Qışda meşədən odun gətirmək çətin olduğu üçün sakinlər əsasən taxta-parket sexlərində istifadə olunan ağac kötüklərinin yarasız hissələrindən istifadə edirlər.
Muxax kənd sakini Vüqar Abdullayev deyib ki, kəndlərinə 2009-cu ildən qaz çəklişinə başlanıb: "Demək olar kəndin 80 fazinə qaz çəklib, 20 faiz bizim yaşadığımız ərazi qalıb. Heç səbəbini də bilmirik niyə tamamlanmadı? Üstündən artıq 10 ildən də çox keçib. Qazın olmaması bizə böyük problemlər yaradır. Qış boyu istilik problemi olur".
Vüqar Abdullayev evi isitmək üçün fındıq qabığı ilə soba yandırdığını deyib: "Bu da ən azı 3-4 dəfə baha başa gəlir. Suyu isitmək üçün də ayrıca elektrikdən istifadə etməli oluruq. Bu da çox pul yazır. Bir tərəfdən də ailə büdcəsinə zərər vurur. Mətbəxdə yemək bişirmək üçün balon qazı işlədirik, bu da ayda 20-25 manata başa gəlir. Ev isitmək üçün fındıq qabığına çəkdiyimiz xərc, balon qazı üstəgəl su isitmək üçün istifadə etdiyimiz elektrikə ödədiyimiz ümumi xərci toplayanda normal evində təbbi qaz işlədənlərdən 5 dəfə artıq xərc çəkməli oluruq".
V.Abdullayev həmçinin bildirir ki, problemlə bağlı şikayət etmədiyi yer qalmayıb. O deyir ki, rayon qaz idarəsinə, sonra regional qaz idarəsinə müraciət edib: "Daha sonra Xəzər tv yə zəng edib problemlə bağlı müraciət etmişəm. "Azərqaz"ın mətbuat katibi Ceyhun müəllimlə də əlaqə saxlamışam. Neçə dəfə "President.az" saytına yazmışam, ancaq heç bir cavab gəlmədi. "Azəriqaz" İstehsalat Birliyində istismar şöbəsi var, ora da davamlı olaraq müraciət edirəm. Cavabında "yuxarılara müraciət etmişik, yaxın vaxtlarda qaz çəkiləcək" deyirlər. Amma üstündən illər keçir, hələ də qaz yoxdur".
Yuxarı Çardaxlar kəndin sakinləri də şikayətçidirlər.
Onlar bildiriblər ki, deputat Elşən Musayev kəndə gələndə qaz çəkiləcəyini ilə bağlı söz versə də, hələ ki heç bir dəyişiklik yodur: "Ancaq hələ də qaz yoxdur".
Məsələ ilə bağlı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Yalnız "Azəriqaz" İB-nin Zaqatala Regional Qaz İstismar İdarəsi ilə əlaqə saxlamaq mümkün oldu. Oradan da bildirdilər ki, məlumat almaq üçün mütləq idarəyə getmək lazımdır.
Rizvan İbrahimov
Zaqatala-Bakı-Zaqatala
Paylaş:
Müəllif : Yazar
Tarix:24-03-2020, 11:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-03-2020, 11:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11