Sabiq təhlükəsizlik zabitinin qətl sifarişini şirkət sahibi veribmiş - İLGİNC
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, 1973-cü il təvəllüdlü Fariz Mirzahid oğlu Vahabovun qətlini sifariş etmiş şəxsin kimliyi məlum olub. Qanlı cinayətin sifarişçisi kimi saxlanılan şəxs Saleh Ağayevdir. O, məşhur “Dəniz karqo” şirkətinin rəhbəridir. Bu haqda criminal.az saytı xəbər yayıb.
“Yeni Müsavat” sabiq təhlükəsizlik zabitinin qətlinin sifarişçisinin həbsi haqda bu ilin yanvarında xəbər vermişdi. Lakin təfərrüatları dəqiqləşdirmək mümkün olmamışdı. Sayt yazır ki, 3 ay əvvəl saxlanılan S.Ağayev hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Hazırda qətli icra etmiş şəxsin axtarışları davam etdirilir. Teleqraf.com saytı isə ötən ilin dekabrında törədilən qətldən sonra F.Vahabovun seksual manyak olması ilə bağlı xəbər yayıb. Fariz Vahabov Xətai rayonunda yaşadığı ünvanda qadınları onunla cinsi əlaqədə olmağa məcbur edib. Seks səhnələrini videoya çəkərək sonradan onları şantaj edib. Hətta o, öz həyat yoldaşını da bu prosesdə iştiraka məcbur edib...
F.Vahabovun hədə və şantajları nəticəsində boşanan və evlənən insanların olduğu bildirilir. Bununla da Fariz Vahabov yaşadığı ərazidə seksual manyak kimi tanınıb. Məlumata görə, qətldən sonra onun evində aparılan axtarış zamanı xeyli sayda videokasetlər aşkarlanıb.
Xatırladaq ki, dekabrın 20-də Xətai rayonunun Sadıqcan küçəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Fariz Vahabov özünə məxsus “Hyundai” markalı avtomobilində naməlum şəraitdə güllələnib. Fariz Vahabov hadisə yerində ölüb. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. F.Vahabovun keçmiş iş yeri nəzərə alınaraq iş materialları sonradan araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna ötürülüb
Qatil F.Vahabovun sinəsinə və alnına atəş açaraq onu öldürüb. İlkin məlumatlarda killerin F.Vahabova odlu silahdan atəş açandan sonra bir neçə bıçaq xəsarəti də yetirməsi bildirilirdi. Lakin bu məqam mərhumun meyitinin tibbi müayinəsi zamanı əksini tapmayıb. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai Rayon Şöbəsində aparılan müayinə zamanı mərhumun bədəni üzərində odlu silahdan açılan atəş nəticəsində meydana gələn 2 güllə yarasından savayı xəsarət müəyyən olunmayıb. Bu isə onu deməyə əsas verir ki, 2 ardıcıl atəşdən sonra qatil hadisə yerini tələsik tərk edib. Fariz Vahabovun qətlindən sonra üzə çıxmışdı ki, 2017-ci ildə Xətai Rayon Məhkəməsində Aygün Kazım qızı Məmmədova adlı qadınla əmlak bölgüsü ilə bağlı məhkəmə çəkişməsi olub və F.Vahabov məhkəmə prosesini uduzub. Ehtimal olunurdu ki, qətl də elə əmlak davasına görə törədilib. Son məlumatlar isə bu ehtimalları aradan qaldırır.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-04-2019, 11:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-04-2019, 11:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti