Ağstafa Regional Mədəniyyət İdarəsində pul oyunları... - Dövlət araşdırma apararsa...
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi ötən il yanvar ayının 22 də,yəni bir ildən bir ay çox olar dəyişdirilib. Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev sözügedən vəzifədən azad edilərək Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. Nazirin digər əmri ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub. Burada əvvəlki müdirin fəaliyyəti barədə heç bir şərh vermək istəməzdik.İşində ciddi nöqsanlara yol vermiş olsaydı vəzifəsindən kənarlaşdırılardı,yeri dəyişdirilməzdı. Amma rəhbərliyi dövründə idarənin fəaliyyəti ilə bağlı dövrü mətbuatda yayılmış şikayətlərin çoxluğu onun da şəffaf işləmədiyindən xəbər verir. Bəs Vüqar Qədirov necə, ona göstərilmiş etimadı doğrulda bilirmi?
Aktualinfo.org-un araşdırmalarından sonra gəlinən qənaətə görə fikir bildirmək çətindir. Ağstafa Regional Mədəniyyət İdarəsində nələr baş verir?Ötən ilin dekabrında həbs olunmuş sabiq İcra başçısı Nizaməddin Quliyevin bu işlərlə bağlılığı varmı? Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi açıqlamasına görə Nizaməddin Quliyev səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edildiyinə görə həbs edildi. Burada səhiyyə,təhsil aydın məsələdir. Bəs digər yerli dövlət təsisatlarının rəhbərləri kimlərdir? Ağstafa Regional Mədəniyyət İdarəsinin də adı bu digərlər içərisində varmı? Burada ,yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağslaşdırılması dedikdə nə qədər məbləğ nəzərdə tutulur? Təbii ki,bu bir istintaq sirridir və zamanı çatanda açıqlanacaq. Amma Ağstafa Rayon Regional Mədəniyyət İdarəsinə 2019-cu ildə ayrılmış vəsaitlərə nəzər saldıqda bunu təxmin etmək olar.
Bunun üçün Ağstafa Regional Mədəniyyət İdarəsinin 2019-cu ildə elan etdiyi tenderlərə gözücu nəzər salmaq kifayət edər. Bəs Vüqar Qədirəvun sözügedən idarəyə rəhbər təyin olunmasından cəmi üç ay sonra elan olunmuş tenderlərdə nələri görürük? İdarə 12.04.2019 cu ildə keçirilmiş 8 tenderin qaliblərini elan edib. Elana görə,idarənin nəzərdə tutduğu mətbəə xərci üçün 10425, dəftərxana mallarının alınması üçün 40000,təsərrüfat mallarının alınması üçün 20450 manatlıq satınalmaların qalibi bir MMC, “ALIŞ “Məhdud Məsuliyyətli Cəmiyyət olub. 2001 ci ilə 14 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış MMC-nin hüquqi ünvanı Qazax şəhəri Heydər Əliyev prospekti 140,qanuni təmsilçisi Cəfərov Elnur Tusi oğludur. MMC-nin nizamnamə kapitalı 10 manatdır.
Elə həmin tarixdə tender yolu ilə qalib elan olunmuş “A GROUP KOMPANİ” MMC-yə idarənin sair xərcləri üçün 24 850 AZN, kommunikasıya xəttlərinin təmiri üçün isə 15000 manatlıq dövlət sifarişi verilib.
“A GROP KOMPANİ” 14 saylı Ərazi Vergilər İdarəsində 2015 ci ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağstafa rayonu Dağ Kəsəmən kəndi, qanuni təmsilçisi 1947-ci il təvəllüdlü Gəncəliyeva Müdvari Vəli qızıdır. Qanuni təmsilçisi 73 yaşlı bir qadın olan MMC-nin işlərini kimlər görür? Güman ki,onu Nizaməddin Quliyev,Ramiz Tatarov və Vüqar Qədirov daha yaxşı bilərlər.
Elə yuxarıda göstərilən tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsi carı təmir üzrə “Ağköynək-S” MMC -ni 81 000 manatlıq tenderin qalibi elan edib. Şəmkirdə,14 saylı Ərazı Vergilər İdarəsində 2010-cu ildə dövlət qeydiyyatına alınmış “Ağköynək-S”MMC-nin hüquqi ünvanı Qazax rayonu Ağköynək kəndı,qanuni təmsilçisi isə 1958-ci il təvəllüdlü Gəncəliyeva Aida Vəli qızıdır. Nizamnamə kapitalı 20 manat olan bu MMC-də qərb bölgəsində bir çox tenderlərin qalibi olub və “A GROUP KOMPANİ” MMC-nin qanuni təmsilçisi Gəncəliyeva Müdvari Vəli qızı ilə bacı olması diqqət çəkir.Yəni,hər iki MMC bir nəfər tərəfindən idarə olunur.
“AYSBERQ SH” Məhdud Məsuliyyətli Cəmiyyət isə qalib olduğu tenderlərə görə Ağstafa Regional Mədəniyyət İdarəsindən əsaslı təmir üçün 50000 AZN, avadanlıqların alınması üçün 52 663.4 AZN, digər maşın və avadanlıqlar üçün 14 310.45 AZN, yumşaq inventarların alınması üçün isə 30 603.3 AZN-lik dövlət sifarişi alıb. Qeyd edək ki, “AYSBERQ SH” MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat, hüquqi ünvanı Binəqədi rayonu Cavadxan 51 olan MMC-nin qanuni təmsilçisi Mirzəyev Şahlar Qərib oğludur. Qeyd edək ki, son illər qərb bölgəsində bir çox tenderlərin qalibi olan MMC-nin yüksək vəzifəli şəxslərdən birinə aid edildiyi bildirilir.
Regional mədəniyyət idarəsinin bərk inventarların alınması üzrə 77094.12 manatlıq tenderin qalibi elan etdiyi “Qardaşlar Mebel” MMC isə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 2015 ci ildə dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, Biləcəri qəsəbəsi yeni yaşayış massivi 2 göstərilən MMMC-nin qanuni təmsilçisi isə Mirzəyev Əli Məmməd oğludur.Nizamnamə kapitalı 50 manat olan MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat yoxdur.
Göründüyü kimi burada bir gün ərzində Ağstafa Regional Mədəniyyət idarəsi tərəfindən keçirilmiş tenderlərin qaliblərinin kimliyi bəlli olur. Yaşı 60-70-i keçmiş, kənd qadınlarının adına açılmış MMC-lər də olsa. Amma bunlar çox az pullardır və üç rayonun mədəniyyət sistemini əhatə edən bir idarənin görə biləcəyi işlər üçün kifayət etməz. Bəs böyük pullar kimlərin,hansı şirkətlərin hesabına köçürülür, nağdlaşdırılaraq kimlərin cibinə gedir?
Aktualinfo.org-un apardığı araşdırmalarda aysberqin görsənməyən tərəfləri üzə çıxır. Bəs Mədəniyyət Naziri Əbülfəs Qarayev tərəfindən yönləndirilən bu aysberqin görünməyən tərəfləri nələrdir? Ağstafa Regional Mədəniyyət İdarəsi 03.06.2019-cu ildə dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentintindən çox 4 açıq tender elan edib. Bu o deməkdir ki, hər bir dövlət sifarişinin dəyəri 3 milyon ABŞ dollarından çox ,yəni 5 milyon yüz min manatdan çox olan tenderlərlərdir. Burada 5 milyon da ola bilər,7 milyon da.
Lakin elan olunmuş tenderin məbləğinin göstərilməməsi burada şübhələr yaradır. Belə ki,Ağstafa Regional Mədəniyyət İdarəsinin 03.06.2019 cu ildə əsaslı təmir üzrə elan etdiyi tenderdə iddiaçıların təkliflərinin açılışı 01.07.2019-cu ildə, 17:00 tarixində Ağstafa şəhəri H.Arif küç 6 ünvanında aparılacağı bildirilib. Tender zərfləri göstərilən tarixdə açıldıqdan sonra əsaslı təmir işlərinin aparılacağı yer, bu məqsədlə ayrılmış vəsait və təmir işlərini öhdəsinə götürmüş şirkət barədə məlumatlar ictimaiyyətə niyə açıqlanmayıb? Açıqlanıbsa nə üçün tələsik satınalmaların saytından yığışdırılıb?
03.06.2019-cu ildə elan olunmuş daha bir tender isə avadanlığın alınması üzrə nəzərdə tutulub və iddiaçıların təkliflərinin açılışı 31.07.2019-cu il , 17:00 tarixində Ağstafa şəhəri H.Arif küç 6 ünvanında aparılacağı bildirilib.Yuxarıda göstərdiyimiz kimi bu tenderin də elanında alınan avadanlıqlar barədə heç bir məlumat yoxdur. Zərflər açıldıqdan sonra alınacaq avadanlıqların qiyməti neçəyə olub, nə qədər vəsait ayrılıb,qalibi kim olub müəmma olaraq qalır.
Elə həmin gün bərk inventarların satınalması üzrə elan olunmuş tender isə iddiaçıların təkliflərinin açılışı 01.07.2019-cu il, 17:00 tarixində Ağstafa şəhəri H.Arif küç 6 ünvanında aparılacağı bildirilib.Lakin bu zərflərin də açılışından sonra alınması nəzərdə tutulan bərk inventarlar barədə heç bir məlumat verilməyib. Burada da ayrılmış vəsaitin məbləği və tenderin qalibi geniş ictimaiyyətdən gizlədilib.
İdarə tərəfindən cari təmir işləri üzrə 03.06. 2019-cu ildə elan olunmuş dördüncü tenderdə də iddiaçıların təkliflərinin açılışı 18.07.2019-cu ildə, 17:00 tarixində Ağstafa şəhəri H.Arif küç 6 ünvanında aparılacağı bildirilib.Lakin bu cari təmir işlərinin də nə vaxt,haralarda aparılacağı,nə qədər vəsait sərf olunacağı barədə məlumatlar da ictimaiyyətdən gizlin saxlanılıb.
Odur ki, Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin bu tender əməliyyatlarını araşdırmağa ehtiyac var. Respublika Hesablama Palatasının da bu tenderlərə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənməməsini yoxlamağa ehtiyac var. Nəhəyət İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keçirilmiş tenderlərin ictimaiyyətdən gizlədilməsinə aydınlıq gətirsin.
Göründüyü kimi, elanlarda zərflərin açılacağı gün bəlli olsa da tenderdə iştirakçıların sayı, qalibi, görüləcək işlərin həcmi,alınacaq avadanlıqların miqdarı və məbləği haqqında bütün məlumatlar gizlin saxlanılıb. Tenderlərin keçirilmə proseduruna görə hər şey açıq olmalıdır. Əgər açıqlanmırsa bunun nəyi açiq tender olur? Elanlardan da görsəndiyi kimi bir gündə 3 milyon ABŞ dollarının manat ekvivalententindən çox tender elan edilir,30 bank günü keçməmiş zərflər açılır, satınalmalar və iştirakçılar barədə isə heç bir məlumat verilmir. Hər bir tenderi elanda görsəndiyi kimi 3 milyon ABŞ dollarının manatla ekvivalenti ilə götürsək Ağstafa Regional Mədəniyyət İdarəsi bir ay ərzində 20 milyon manat dövlət vəsaiti dəyərində iş sifariş edib?Qeyd edək ki,burada məbləğ daha da çox ola bilər. İndi biz xahiş edirik,Mədəniyyət Nazirliyi hesabat versin ki,Ağstafa Regional Mədəniyyət İdarəsinə ayrılmış bu qədər vəsaitə nə kimi işlər görülüb? Ağstafa,Qazax və Tovuz rayonlarının mədəniyyət sahəsinə ayrılmış bu qədər vəsaitin təyinatı elanlardan məlumdur. Burada adları açıqlanmayan MMC-lər vasitəsi ilə dövlət vəsaitləri nağdlaşdırıldıqdan sonra Nizaməddin Quliyevə nə qədər pay çatıb? Baxmayaraq ki, qurum Regional Mədəniyyət İdarəsidir və birbaşa Mədəniyyət Nazirliyinə tabedir,Nizaməddin Quliyevin payı çatmasa burada hansı işləri görmək olardı? İdarənin müdiri Vüqar Qədirovun aylıq hesabı nə qədər olub? Bunu ancaq həmin pullar dil açarsa bilmək olar.Burada Əbülfəz Qarayevin bir nazir kimi həbsdə olan sabiq icra başçısı ilə işbirliyinin olması da istisna deyil.İdarə Əbülfəs Qarayevin,vəsait Mədəniyyət Nazirliyinin niyə də olmasın axı?
Aktualinfo.org
Paylaş:
Müəllif : Yazar
Tarix:4-03-2020, 10:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-03-2020, 10:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01