Məmurların müsadirə edilən əmlaklarının aqibəti... - hüquqşünas danışır
Azərbaycanda korrupsiyaya bulaşmış məmurların cəzalandırılması prosesi davam edir. Son olaraq Dövlət Təhlükəsizlik Xidməti Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində azı 6 nəfəri əsasən rüşvətə görə şübhəli şəxs qismində saxlayıb. Saxlanmış şəxslər rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, eləcə də rayon mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov, rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləridir.
Yayılan videofaktlardan belə aydın olur ki, icra başçısı sahbkarlardan və eləcə də müxtəlif şəxslərdən rüşvət alırmış...
Ümumilikdə Azərbaycanda son illər dövlət əmlakını mənimsədiyinə, rüşvət və korrupsiyaya bulaşdığına görə xeyli sayda məmur həbs edilib. Həbs edilən məmurların hər birinin özlərinin və yaxınlarının adına çoxsaylı obyektləri, daşınmaz əmlaklarının olduğu üzə çıxıb. Bu əmlaklar təbii ki, dövlətdən və vətəndaşın cibindən oğurlanan pullar hesabına alınıb. Ona görə də məmurlar həbs edilən zaman istintaq tərəfindən onların əmlaklarına həbs qoyulur, daha sonra isə məhkəmə qaydasında müsadirə edilir.
Bir neçə il öncə həbs edilən MTN zabitlərinin, habelə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbər şəxslərinin də əmlakı müsadirə olunub.
Amma maraqlıdır ki, bəzi məmurlar sonradan öz əmlaklarını geri istəyirlər. Lakin dövlət əksər hallarda bu istəkləri yerinə yetirmir. Sübuta yetirilir ki, başqalarının adına olsa da əmlaklar əslində məmurundur və onun dövlətdən oğurladığı pullar hesabına alınıb.
Bəs bu əmlakların müsadirəsi, üzərinə həbsin qoyulması necə həyata keçirilir? Müsadirə edilən əmlakların aqibəti necə olur?
“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, məmurun əmlakını ancaq məhkəmə müsadirə edə bilər:
“Azərbaycanda məmurların əmlakları ilə bağlı məsələ olduqca mürəkkəbdir. Çünki bizdə deklarasiya yoxdur və onlar da bundan istifadə edərək, əmlaklarını qohumlarının adına rəsmiləşdirirlər. Guya ki, əmlaklar qohumlarınındır. Bu, Azərbaycanda həddindən artıq geniş yayılıb. Daha öncə də təcrübədə bu kimi məsələlərin şahidi olmuşuq.Hər halda, kimin adına olmasına baxmayaraq, şübhə varsa ki, əmlak həmin məmura məxsusdur və istintaq da bununla bağlı sübut toplaya bilərsə, o zaman məhkəmə müsadirə haqqında qərar çıxara bilər. Çünki adətən təcrübə göstərir ki, adlarına əmlak olan qohumlar sıravi insanlardır və orta məbləğdə maaş alırlar. Bu cür insanlar isə məlumdur ki, dəyəri külli miqdarda olan əmlakı əldə edə bilməzlər. Deməli, onun mənbəyi qanunsuz gələn puldur. Doğrudan da kiminsə adınadırsa, o adamı da dindirəcəklər. Həmin adam açıqlamalıdır ki, hansı mənbədən gələn pulla əmlak alıb. Üzərinə də götürməsə bilinəcək ki, bu, çirkli pul hesabına alınıb. Çünki mənbəyi bilinməyən gəlir çirkli pul sayılır. İstənilən halda məhkəmə həmin əmlakların müsadirəsi ilə bağlı yekunda qərar çıxarır”.
Hüquqşünas bildirib ki, gələcəkdə bu kimi məsələləri yoluna qoymaq üçün gəlir deklarasiyasının tətbiq edilməsi əsas şərtdir:
“Bu, bütün dünyada tətbiq edilir. Qonşu ölkələrdə də gəlir deklarasiyası mövcuddur. Deklarasiya tətbiq edilərsə, korrupsiya və rüşvətin qarşısı müəyyən qədər alına bilər. Əks halda, bu cür həbs etməklə tam nəticəyə nail olmaq mümkün deyil. 2 ay bundan öncə iki icra başçısını rüşvət aldığına görə həbs etdilər. Ancaq digər icra hakimiyyətləri bundan dərs çıxarmadılar. Çox ciddi hüquqi alətləri tətbiq etmək lazımdır ki, problem həllini tapsın. Müsadirə edilən əmlakın sonradan digər vəzifəli şəxsin adına keçirilməsi ilə bağlı əvvəllər çox məlumatlar eşitmişik. Ancaq qanunla bu, fərqli olmalıdır. Belə ki, məhkəmə hökm çıxarmalı və əmlak dövlət mülkiyyətinə keçməlidir. Əgər dövlətin ondan istifadə etmək imkanı varsa, bu cür yararlanır. Məsələn, binadırsa, bunu məcburi köçkünlərin istifadəsinə verir. Eyni zamanda müharibə əlillərinə, şəhid ailələrinə də verilə bilər. Yaxud da satılar, pulu da büdcəyə gedər. Çünki əmlaklar əslində elə büdcədən oğurlanan pulların hesabına alınıb. Bir məmurun işdən çıxarılması ilə digərləri dərs almır. Ona görə də gəlir deklarasiyasının tətbiqinə çox böyük ehtiyac var. Əgər məmur gəlirindən deklarasiya verməyə məcbur olarsa, qanunsuz əməllərdən, rüşvət və korrupsiyadan da müəyyən qədər uzaqlaşar”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:25-02-2020, 11:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-02-2020, 11:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11