Asif Əsgərovun üç dairədə 300 manatdan “karusel”i -Gizlinlər/Video
9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində saxtakarlıqlar və pozuntular qeydə alınan daha üç dairə ilə bağlı xəbərlər əldə etmişik.
Reportyor.info-ya sızan məlumatlara görə, 21 saylı Nəsimi seçki dairəsi, 22 saylı Nəsimi ikinci seçki dairəsi və 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə ciddi qanun pozuntularına yol verilib. 21 saylı Nəsimi seçki dairəsindən Məlahət İbrahimqızı, 22 saylı Nəsimi ikinci seçki dairəsindən Asim Mollazadə, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən isə Ziyad Səmədzadə qalib elan olunublar.
Bu nəticələrin elan olunması və iştirak prosesində Nəsimi Rayon İcra Hakimiyyətinin ciddi dəstəyi olduğu xəbər verilir.
Nəsimi RİH tərəfindən verilən təlimatlar əsasında məktəb direktorları, müəllimələr, Mənzil İstismar Sahələrinin rəisləri sözügedən dairələrdə seçki prosesinə cəlb olunublar.
İddialar səslənir ki, Nəsimi RİH məntəqələrdə sədrlər olan məktəb direktorlarına 300 manatdan, komissiya üzvləri olan müəllimələrə 100 manatdan paylayıb.
Həmçinin, onbaşı və yüzbaşılara da pul paylanb ki, özləri ilə karuseldə iştirak üçün seçicilər gətirsinlər. Bildirilir ki, xüsusi saxtakarlıq, karusel 21 saylı Nəsimi və 23 saylı Nəsimi-Səbail seçki dairələrində qeydə alınıb.
Bu dairələrdə Məlahət İbrahimqızı ilə Ziyad Səmədzadənin deputat seçilməsi üçün daha çox inzibati resursladan istifadə olunub.
22 saylı Nəsimi ikinci seçki dairəsindəAsim Mollazadənin də xeyrinə karusel təşkil olunub, amma bütün məntəqələri əhatə etməyib.
Gələn xəbərlərdə deyilir ki, Nəsimi rayonunda üç dairə üzrə seçki “əməliyyatı”nın baş ssenaristi icra başçısı Asif Əsgərov olub.
Əlbəttə, A.Əsgərov ictimaiyyətə çox tanışdır: avtoqəzada adam öldürən oğlunu həbsdən çıxarması, maxinasiyalar, Nəsimidə yaşıllıqları, həyətləri satması, qalmaqallar…
Ona görə də seçkidə qanunsuzluqları təşkil etmək onun üçün elə də çətin iş deyil. Təsadüfi deyil ki, dekabrda keçirilən bələdiyyə seçkilərində də Nəsimi rayon icra başçısının bələdiyyələrə seçdirdiyi adamlarının siyahısı yayılmışdı.
Paylaş:
Müəllif : Redaktor
Tarix:18-02-2020, 10:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:18-02-2020, 10:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26