Onun adı FETÖ ilə birgə hallansa da... - mandat almağı bacardı...
Hər kəsə bəllidir ki, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, Gənclər Təşkilatları Milli Şurasının keçmiş sədri Şahin Seyidzadə, 50 saylı Abşeron-Qobustan seçki dairəsindən namizəd olaraq 9 fevral 2020-ci il tarixdə keçirilən növbədənkənar parlament seçkilərində iştirak etdi. Buna baxmayaraq, həmin vaxt onun namizədlik məsələsi geniş ictimaiyyət tərəfindən bir qədər müəmmalı şəkildə qarşılandı. Çünki, bu şəxs 27 dekabr 2019-cu ildə hansı darədən namizəd olacağı ilə bağlı bir kimsəyə heç bir açıqlama vermədi. Yəni, Şahin Seyidzadə digər namizədlərdən fərqli olaraq, bəlli olmayan səbəblər üzündən öz namizədliyini az qala dövlət sirri kimi gizlətdi və yalnız namizədliyi qeydə alındıqdan sonra, 10 yanvar 2020-ci ildə seçkiyə qatılacağı dairəninin adını açıqladı. Bir sözlə, bu şəxs seçki prosesində hansı dairədən iştirak edəcəyini, imzatoplama kampaniyasını və digər məsələlərlə bağlı atdığı addımları hər kəsdən gizli saxlamağa çalışdı. Seyidzadənin bu cür şübhəli seçki taktikasını şərh edən ekspertlər, onun atdığı addımları təhlil edib belə bir qənaətə gəldilər ki, deməli Şahin Seyidzadə qarşısına güclü rəqibin çıxacağından və medianın diqqəti onun atdığı addımlara yönələcəyindən ehtiyat etdiyi üçün, o, bu yöndə addımlarını atmaq qərarı verir. Sonrakı proseslər isə onu sübut etdi ki, bu şəxsin namizədlik prosesini maksimum şəkildə media və ictimaiyyətdən gizli saxlamağa çalışmasının kökündə, məhz belə bir amillərin varlığı əsas səbəb olur. O halın varlığını da qeyd edək ki, indiyə kimi Təhsil İnstitutunun direktor müavininin adı bir sıra qalmaqallı olaylarda hallanıb və mediada ünvanına xeyli sərt ittihamlar da tirajlanıb. Məsələn, bəzi saytlarda “FETÖ-nün Azərbaycandakı məmur agentləri – Sensasion adlar” adı altında yayımlanan məqalələrdə, məhz Şahin Seyidzadə ictimaiyyətə FETÖ-nün təhsil sahəsindəki əsas simalarından biri kimi təqdim olunur. Belə bir ittihamların nə dərəcədə həqiqət olub-olmayacağı haqda nəsə deyə bilməsək də, deyəcəyimiz o olacaq ki, indiyə kimi bu yöndə ünvanına səslənən ittihamlarla bağlı Şahin Seyidzadə tərəfindən rəsmi şəkildə təkzib olunmayıb.
Düzdür, bu şəxs xeyli müddət namizəd olacağı dairənin adını gizli saxlamağı bacardı, amma az sonra bəlli oldu ki, o, 50 saylı Abşeron-Qobustan seçki dairəsində olduqca güclü rəqiblərlə mübarizə aparmalı olacaqdı ki, onlardan biri məşhur xeyriyyəçi iş adamı Hacı Quliyev, digəri isə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevdir.
Onu da unutmaq olmaz ki, 9 fevral 2020-ci il tarixdə keçirilən növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsində “qalib olduğu” elan olunan Şahin Seyidzadə ilə bağlı, xeyli müddətdir ki, ittihamlar irəli sürülməkdə davam edir. Məsələn, bir qədər tarixə ekskurs edək və ötən illər ərzində baş verən bəzi məqamların varlığına nəzər salaq. 2018-ci il iyulun 4-də “İstək” liseyinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul olunur və bununla bağlı Təhsil Nazirliyinə müraciət də ünvanlanır. Belə bir addımın atılmasında əsas faktor, məhz özünü “İstək” liseyinin təsisçisinin nümayəndəsi kimi təqdim edən Şahin Seyidzadənin səriştəsiz fəaliyyəti əsas gətirilir, eyni zamanda maliyyə problemlərii və digər qanunsuzluqlarla bağlı məsələlər və s. əsas fakt olaraq ortaya da qoyulur. Bildirək ki, liseyin fəaliyyət göstərdiyi dönəmdə pedaqoji kollektiv adından Şahin Seyidzadənin iş üslubu ilə bağlı təhsil naziri Ceyhun Bayramova ünvanlanan müraciətdə, bu şəxsin ünvanına olduqca ağır ittihamlar səslənir. Yəni, “Kollektivi şəxsi maraqlarına görə, idarə etmək”, “Şagird, valideyn münasibətlərinə diqqətsizlik”, “Milli-mənəvi dəyərlərə hörmətsizlik”, “Azərbaycançılıq ideologiyasına qarşı təbliğat”, “Kollektivə hədə-qorxu gəlmək”, “Səhv kadr siyasəti” və s. kimi ittihamlar xüsusi yer alır. Belə ki, ünvanlanan müraciətdə qeyd olunur: “Bu şəxs kollektiv qarşısında çıxışlar edərkən hər kəsin gözü önündə azərbaycançılıq ideologiyasını pisləyir, onu təhqir etməkdən belə çəkinmir. Məsələn, o, çıxışları zamanı “Bu azərbaycanlısayaq düşüncədir”, “Sən zərbaycanlı kimi yaşayırsan”, “Sən əs azərbaycanlısan”, “Filankəs qorxaqdır, çünki o, azərbaycanlıdır”, “Azərbaycanlı olmayın”, “Azərbaycanlı kimi düşünməyin”, “Azərbaycanlı kimi işləməyin”, “Mən azərbaycanlı olmamaq üçün oxumuşam” və s. kimi ifadələr işlədir. Bundan əlavə o, kollektiv üzvlərini müəyyən adlar adı altında şantaj etməkdən, onlara böhtan atmaqdan çəkinmir. Şahin Seyidzadənin və Rüfət Əliyevin təyin etdikləri kadrlar liseyin yataqxana rəhbərləri ilə birlikdə içki məclisi qurur, içki içməyən hər kəsi içki içməyə məcbur edir. İçki içməyən şəxsin adı ətrafında müxtəlif ifadələr işlədib, hətta onları qruplara da ayırırlar. Bu şəxsin müəllim kollektivi ilə keçirdiyi hər bir görüş mübahisə, dedi-qodu ilə başa çatır ki, bu da müəllimlərin əzmlə işləmək həvəsini minimuma endirir. Şahin Seyidzadə elə bir idarəçilik həyata keçirir ki, liseylərin baş idarəsində lisey direktoru da daxil olmaqla heç kim sərbəst fəaliyyət göstərə bilmir. Hər bir əməkdaş ən xırda işi görmək istəsə belə, məhz onunla məsləhətləşməyə vadar edilir. Bu şəxs məktəblərdə baş verən ən xırda hadisəni olduqca şişirdir və son anda öz məqsəfdlərinin həlli naminə istifadə edir. Şahin Seyidzadənin dinimizi, dilimizi, xalqımızı, adət-ənənələrimizi məsxərəyə qoyması, lağ etməsi, aşağılayıcı ifadələri işlətməsi və s. hər zaman ortaya düşündürücü sualların çıxmasına səbəb olur. Adı çəkilən bu şəxsin işlətdiyi ifadələr içərisində daha çox, “Bunlar müsəlman və azərbaycanlı təfəkkürüdür” deyə işlətdiyi ifadələrin varlığıdır”.
“İstək” liseyinin pedoqoji kollektivi adından təhsil naziri Ceyhun Bayramova ünvanlanan müraciətdə o da qeyd olunur ki, “Özünü hər kəsə liseyin təsisçisinin nümayəndəsi kimi təqdim edən Şahin Seyidzadə və liseylərin pilot təhsil üzrə müşaviri Rüfət Əliyev, bu məktəblərdə vəzifələrinin icraasına başladıqdan az sonra, bütün liseylərdə problemlər də artmağa başladı”. Kollektiv üzvləri onu da qeyd edirlər ki, “Rüfət Əliyev və Şahin Seyidzadə ilk gündən Təhsil Nazirliyinin adından sui-istifadə edib, özlərinə yaxın olan şəxsləri Baş idarəyə yerləşdirdilər, özlərinə bağlı olan şəxslərin vasitəsilə isə, maliyyə əməliyyatları həyata keçirdilər. Şahin Seyidzadə 2015-ci ildə Təhsil Nazirliyində “Sabah” layihəsinin koordinatoru vəzifəsinə təyin olunsa da o, son günə qədər aylıq məvacibini “İstək” liseylərinin kassasından aldı, liseylərdə qeyri-qanuni yoxlamalar həyata keçirildi. Verilən məlumatlara görə, “İstək” liseylərinin bağlanması nəticəsində 600-dən artıq müəllim işsiz, üç min nəfərə yaxın şagird mətkəbsiz qalıb. Valideynlər isə uşaqlarını başqa məktəblərə köçürmək istəmirlər. İndiyə kimi liseyin kollektivi və valideynlərin birgə keçirdikləri imzatoplama kompaniyasına 3 min nəfərdən çox şəxs qoşulur və imza da atır”.
Bütün bunlar onu sübut edir ki, düşüncəsində və yanaşmasında xalqımızın, dinimizin, milli-mənəvi dəyərlərimzin əyeyhinə ifadələr işlədən, hər zaman “intriqalar müəllifi” adı ilə tanınan, hətta “FETÖ-nün Azərbaycandakı məmur agentlərinindən biri olduğu söylənilən Şahin Seyidzadənin, 9 fevral 2020-ci il tarixdə keçirilən növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsində “qalib olması” diqqətlə araşdırılmalı və MSK-sı tərəfindən bu dairənin də nəticələri ləğv olunmalıdır.
Mənbə:Xalq.info
Paylaş:
Müəllif : Yazar
Tarix:17-02-2020, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-02-2020, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti