Gülər Əhmədovanın oğlu silahı hardan alıb?
Fevralın 9-da eks-deputat Gülər Əhmədovanın oğlu,1987-ci il təvəllüdlü Toğrul Əhmədov Bakıda silahla tutulub. O, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının Nəsimi rayonu ərazisində keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Onun idarə etdiyi "BMW" markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd "Glock-19" markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. T.Əhmədov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib və Bakı İstintaq Təcridxanasına köçürülüb.
Yada salaq ki, Gülər Əhmədova Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcəyi elan olunandan sonra 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüşdü. Lakin Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almamışdı.
Ondan götürülən "Glock-19" markalı tapança Avstriya istehsalıdır və ABŞ-da satış rekordları qırır. Tapançanın texniki göstəriciləri və qiyməti onu cəlbedici edib. Silahın ABŞ-da qiyməti 800-1000 dollardır. Silahın Azərbaycandakı satış qiymətləri haqda isə məlumat yoxdur. Gülər Əhmədovanın oğlunun silahı haradan əldə etməsini aydınlaşdırmaq isə istintaqın işidir.
Sabiq polis rəisi Mahmud Hacıyev "Yeni Müsavat"a deyib ki, vətəndaşlarda silah-sursat aşkar olunmasına bir neçə kontekstdən yanaşmaq lazımdır: "Bu gün əllərdə silah olmasına baxmayaraq, Azərbaycanda odlu silahın "qara bazarı" yoxdur. Ancaq bu o demək deyil ki, silahlar yalnız qanunla müəyyən edilmiş şəxslərin əlindədir. Azərbaycan Qafqaz ölkəsidir, Cənubi Qafqaz milləti kimi odlu silaha, soyuq silaha tarixən meyl güclü olub. Azərbaycanlılar qafqazlı olaraq evdə silah saxlamağa, silahla gəzməyə meyllidirlər. SSRİ dağılandan sonra sovet qoşunları Azərbaycanı qeyri-nizamlı şəkildə tərk etdilər. Yəni silahları, hərbi hissələri qanuni şəkildə təhvil verib getmədilər. Bilərəkdən, kortəbii surətdə, silahları səpələyərək ölkəni tərk etdilər. Həmin illərdə müəyyən qisim insanların əlinə silah keçdi".
Sabiq polis rəisi silahların əhalinin əlinə keçməsinin bir səbəbinin də müharibənin olduğunu bildirdi: "Ermənistanla müharibə şəraitində olmağımız sərhəd bölgələrində yerləşən rayonlarımızın əhalisinin silahlanmasına səbəb olmuşdu. O dövrlər Müdafiə Nazirliyi yox idi, müstəqil özünümüdafiə batalyonları vardı. İnsanlar özlərini müdafiə etmək üçün ən müxtəlif ünvanlardan silahlar əldə edirdilər. Atəşkəs əldə ediləndən sonra həmin rayonların sakinləri Bakı şəhərinə və digər rayonlara köç etdilər. Aydın məsələdir ki, sərhəd bölgəsindən ölkənin içərilərinə gələn əhali özü ilə silahlarını da gətirib. Zaman-zaman, son 25 ildə vətəndaşlardan xeyli silah-sursat götürülüb. İnsanlar da baxır ki, silah ona o qədər də lazım deyil. Ötən dövrdə silahları könüllü surətdə təhvil verənlər də olub. Həmin silahlarla cinayət törədənlər də olub. Odlu silah belə bir şeydir ki, uzun müddət bir ailədə, bir əldə qalanda, yazılmamış qanundur, mütləq qaydada, haradasa, kiməsə qarşı istifadə edilməli, açılmalıdır. Tarixən belədir. Elə silah sahibləri də var ki, könüllü surətdə silahları təhvil verməkdən çəkinir, silahı harasa tullayır. Elə şəxslər var ki, silahı tullayır və anonim zəng etməklə silahın yerini hüquq-mühafizə orqanlarına deyir. Və yaxud silahı tullayıb bu haqda məlumat verməyənlər də var. Belə silahları da sahə müvəkkilləri, əməliyyatçılar aşkarlayıb rəsmiləşdirirlər".
M.Hacıyev deyir ki, əvvəllər əhalidə daha çox silah olub: "Statistik məlumatlar yayılanda belə təəssürat yaranır ki, əhalidə silah-sursat çoxdur. Faktiki isə ötən 10 illə müqayisədə hazırda əhalidə silah-sursat daha azdır".
Hüquqşünas, "Bakı" hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov deyir ki, qanunda kimlərə silah saxlamağa icazə verildiyi konkret göstərilib: "Xaricdə alınıb Azərbaycana gətirilən bütün silahlar üçün DİN-dən lisenziya alınmalıdır, hətta Azərbaycandan tranzit kimi istifadə edilməsi üçün də mütləq həmin nazirlik icazə verməlidir. O ki qaldı vətəndaşlarda olan qanunsuz silahlar, ölkəyə gizli yolla gətirilir. Mümkündür ki, silahlar sərhədlərdən gizli şəkildə keçirilir. Bunun qarşısını almaq həddən artıq çətindir. Elə cəmiyyətlər var ki, silah saxlanması leqallaşdırılıb. Ancaq bir çox ölkələrdə varlılar öz əmlaklarını qorumaq, qan davalarını çözmək üçün odlu silahlar əldə edirlər. Təbii, həm də cinayət törətməyə meylli qruplar və dəstələr də odlu silahların əldə edilməsində iştirak edirlər. Qanunsuz silah dövriyyəsi ilə daha çox təcrübəli kriminal qruplaşmalar məşğul olduğundan onların üzə çıxarılması o qədər də asan başa gəlmir".
Natiq Ələsgərov Gülər Əhmədovanın oğlunda aşkar olunan silahın ölkəyə hansı yolla gətirilməsi, silahın haradan alınması haqda məlumatların da yoxlanılmalı olduğunu deyib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:16-02-2020, 11:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:16-02-2020, 11:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11