Vüqar Səfərlinin milyonluq maxinasiyaları… - İTTİHAM
“Vüqar Səfərli axtarılır: sağ cibində özünə məxsus və oğlunun rəhbərlik etdiyi “Mövqe” qəzetinə ayırdığı dövlət büdcəsinin pulları, sol cibində “Jurnalistlər binası”nda mənimsənilən evlərin açarları, döş cibində jurnalistlər arasında ədalətsiz şəkildə payladığı mükafatlar, arxa cibində isə əski parçasına çevirdiyi Azərbaycan mətbuatının şərəfi. Görənlərdən xahiş olunur, məlumat versinlər!”.
Dadaş Dadaşlinskinin elanına əlavə…
Bu elanı veririk, amma çətin Vüqar Səfərli tapıla. Çünki mətbuatı ağlar günə qoyan KİVDF-nin rəhbəri son günlər bacardığı ən yaxşı işlə məşğuldur: qaçmaq…
“Vüqar Səfərli Dadaşlinskinin efirinə çıxmaqdan niyə yayınır” sualının cavabı aşağı-yuxarı bəllidir. Çünki İctimai Televiziyanın efirində yayımlanan, son günlərin ən reytinqli ictimai-siyasi verilişində Vüqar Səfərliyə indiyə qədər öyrəşdiyi suallar verilməyəcək, ondan ictimai hesabatlılıq tələb olunacaq. Görünür, Vüqar Səfərlinin bu suallara verməyə cavabı yoxdur. Axı adam necə desin ki, indiyə qədər dövlət büdcəsindən KİVDF-yə ayrılan pulları bütün mətbuata yox, yalnız öz “kruqu” arasında bölüşdürüb. Necə etiraf etsin ki, özünün sahibi olduğu qəzet də daxil olmaqla heç bir tirajı olmayan, yalnız inzibati metodlarla satılan, ictimai rəydə ümumiyyətlə tanınmayan qəzetlərə on minlərlə manat vəsaiti ona görə veriblər ki, həmin pullardan əlavə pay götürüblər. Hesabata isə “filan qəzetə filan qədər pul ayrıldı” deyə yazıblar. Vüqar Səfərli qaçır, amma mətbuatın önündə cavab verməyin zamanı yetişib.
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılanda dövlətin yeganə məqsədi milli mətbuatın inkişafı və milli maraqlara xidmət edən jurnalistikanın gücləndirilməsi idi. Amma deyir, “sən saydığını say, gör Səfərlilər nə sayırlar”. KİVDF bütün fəaliyyətini konsepsiyasından kənar şəkildə həyata keçirdi. Dövlət büdcəsindən ayrılan vəsaiti milli mətbuatın inkişafına yox, Vüqar Səfərli və digərlərinin, eləcə də onların “dost” hesab etdiyi şəxslərin varlanmasına xərclədi. Bunu maliyyə ayrılan qəzetlərin siyahısında görmək mümkündür.
Vüqar Səfərlinin rəhbərlik etdiyi KİVF elə bir vəziyyət yaratdı ki, ölkə mətbuatı iki düşmən cəbhəyə bölündü: dövlətin dəstəyindən bəhrələnənlər və kənarda qalanlar.
Kənarda qalanların istənilən xırda tənqidi süngü ilə qarşılandı, dəfələrlə Mətbuat Şurasının artıq ləğv olunmuş “qara siyahısına” daxil edildilər, “reket” damğası vuruldu, ya da az qala “vətən xaini” elan edildilər. Bütün bu həngamənin səbəbi dövlətin KİVDF-yə ayırdığı pulları istədikləri kimi yeyərkən, kimsə onlara “niyə belə edirsiniz?” sözünü deməməsi idi. Hətta Vüqar Səfərli özünə məxsus olan “Mövqe” qəzetini I kateqoriya qəzetləri sırasına daxil edərək, ən çox vəsaitin ayrılmasına nail oldu. Gülməlidir, ata dövlətin pulunu oğulun qəzetinə verir və elə danışır ki, sanki belə də olmalıdır, heç kim heç nə deyə bilməz. Əslində bu, cəzasızlıq mühitindən qaynaqlanan “toxunulmazlıq” eqosunun bəhrəsi idi.
Vüqar Səfərlinin eqosu o qədər yüksəldi ki, o, dövlətin vəsaitini oxunmayan qəzetlərə ayırır, sonradan razılaşdırılmış kimi bundan pay götürürdü. KİVDF-nin keçirdiyi müsabiqələrdə öz adamları hesab etdiyi jurnalistləri birinci sıraya çıxarır, müsabiqəyə təqdim olunan yazılara yox, müəlliflərə baxaraq, qiymətləndirmə aparılırdı. “Mövqe” qəzeti bu müsabiqələrdə də mütləq şəkildə birinci olurdu. Bu, mətbuatda ciddi parçalanmaya və narazılığa səbəb oldu.
Narazılığın pik həddə çatmasının digər səbəbi isə Prezident İlham Əliyevin jurnalistlərin evlə təmin edilməsi istiqamətində möhtəşəm təşəbbüsündən sui-istifadə edilməsidir. İndiyə qədər jurnalistlər üçün iki bina istismara verilib və bu binalardakı mənzillər mətbuatın inkişafında xidməti olan, dövlət maraqlarının müdafiəsində təmannasız çalışan, əlaxüsus da ehtiyacı olan jurnaslitlərə yox, Səfərli komandasının seçdiklərinə verilib. Təbii ki, istisnalar var, amma azdır. Hətta hər iki binada qapısı hələ də açılmayan onlarla mənzil var. Sual yaranır, bu mənzillər kimə və nə üçün verilib?
Məlumatlara görə, qapısı açılmayan mənzillərin bir qismi ehtiyacı olmayan jurnalistlərə verilib, bir qismi isə ümumiyyətlə jurnalistikadan uzaq adamlara.
Bəzi məlumatlarda isə Vüqar Səfərlinin bir neçə mənzili “jurnalist” kimi təqdim etdiyi şəxslərin adına yazdırdığı və mənimsədiyi deyilir. Halbuki, Prezident həmin binaları məhz jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa etdirib. Prezidentin təşəbbüsünü öz adına çıxan Vüqar Səfərli isə mətbuatın “göz yaşlarına” inanmaq istəmir.
Mətbuatda hər kəs KİVDF-nin mərasimlərini eyni şadlıq evlərində keçirdiyini bilir, amma yəqin ki, çoxları bu şadlıq saraylarının Vüqar Səfərli və indiyə qədər onu himayə edənlərin olduğundan xəbərsizdir. Jurnalistlər üçün inşa edilən binaların inşasında da Vüqar Səfərlinin ailəsinə məxsus tikinti şirkətinin tenderi “udması” təsadüfi deyildi. Hər şey incə mexanizmlə işləyir: dövlət büdcəsinin vəsaiti özlərinə məxsus qəzetlərə, şirkətlərə və iaşə obyektlərinə ayrılır, beləliklə, gizli maxinasiya həyata keçirilir.
Faktiki olaraq, Vüqar Səfərlinin rəhbərlik etdiyi KİVDF Azərbaycan mətbuatına qazanc yeri, yaxud da biznes obyekti kimi baxır.
Bu vəziyyət illərdir mətbuatda tər tökən jurnalistlərin ciddi narazılığına səbəb olub. Lakin bu jurnalistlər Vüqar Səfərlinin bütün haqsızlığına baxmayaraq, Prezident İlham Əliyevi və onun siyasətini dəstəkləyirlər.
Bəs, Vüqar Səfərli kimi dəstəkləyir? O, Prezidentin mətbuatın inkişafı üçün ayırdığı vəsaiti hara xərcləyir? Dövlət büdcəsindən KİVDF-yə ayrılan pullar niyə yalnız eyni qəzetlərə verilir? Mənzil bölgüsündə niyə bütün mətbuat əhatə olunmur? Müsabiqələrin təşkilində niyə yalnız KİVDF-nin rəhbərliyinə “yaxın” media orqanlarının jurnalistləri mükafatlandırılır? Nəhayət, Vüqar Səfərli arxa cibində gizlətdiyi, əski parçasına çevirdiyi mətbuatın şərəfindən nə vaxt əl çəkəcək?
Bu suallar cavab verilməsi üçün Vüqar Səfərlini gözləyir. Onun Dadaş Dadaşlinskinin dəvətindən yayınmasının səbəbi də cavab verə bilməyəcəyi suallardır. Lakin hara qədər qaçacaq, ümumiyyətlə bu qədər haqsızlıqdan sonra qaçmağa yeri olacaqmı?!
Vasif Həsənli
“Demokrat.az” xəbər portalının baş redaktoru
Paylaş:
Müəllif : Yazar
Tarix:15-02-2020, 11:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-02-2020, 11:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11