Əhali qazın olmamasından şikayətlənir... - ”Azəriqaz” problemi kəmərlərdə görür
“Abşeron rayon, Masazır kəndi ərazisi, əsasən S. Rüstəm küçəsində qazın təzyiqi çox aşağıdır, özü də his verir. 1 ay ərzində 67 dəfə həm rəsmi qaydada, həm də "104" xidmətinə şikayət etmişik. Hamısında da deyiblər ki, rayon qaz idarəsinə göndərilib. Dünən və bu gün 14 dəfə "104"-ə zəng etmişik. Bildirdilər ki, rəhbərlik özü bilir, düzəlməyəcək, çünki bütün ölkə üzrə vəziyyət belədir. Rəhbərliyin əlaqə nömrəsini və ya özü ilə görüş xahiş etdik, imtina etdilər. Abşeron Qaz İdarəsinə dəfələrlə getsək də, heç kəsi tapmadıq. Əhali arasında yayılan məlumata görə, qazı Masazırda imkanlı məmurların istixanalarına verirlər, ona görə də təzyiq yoxdur”.
Bu sözləri həmin ərazinin sakini Tural İrfan deyib. Ümumiyyətlə, son zamanlar əksər bölgələrdə vətəndaşlar qazın təzyiqi ilə bağlı narazılıq edir. Bir neçə gün əvvəl isə bu haqda informasiya Tovuz rayonunun sakinləri tərəfindən verilmişdi. Qazın təzyiqi aşağı olduğu üçün insanlar məcbur qalıb odun sobasından istifadə edirlər.
Qazın təzyiqinin bu qədər aşağı olmasının səbəbi nədir? Problemin həlli tapılacaqmı?
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Ceyhun Səfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, bəzən təzyiqlə bağlı problemlər ola bilər. Çünki təzyiq müəyyən yerlərdə artırılan zaman təhlükəsizlik məsələləri də nəzərə almalıdır:
“Bəzən şəbəkənin saz vəziyyətdə olmaması da bizim üçün problem yaradır ki, təzyiqi normallaşdırma zamanı həmin problemlərlə üzləşməyimiz qaçılmazdır. Amma yenə də yerlərdən bizə müraciət olunduğu halda bu məssələyə bir daha baxılır. İndi əməkdaşlara Masazır ərazisinə də nəzər yetirmələrini deyərəm. Yaxşı olar ki, bu tip müraciətlərdə şəxs dəqiq ünvanı bildirsin, çünki bəzən fərdi problem olur və fərdi problem olan zamanı şəxsin evdə olması vacibdir. Əvvəldə qeyd etdiyim kimi, biz təzyiqi qaldırarkən şəbəkənin köhnə olması bizim üçün müəyyən problemlər ortaya çıxarır. O baxımdan, təhlükəsizlik məsələlərini nəzərə almalıyıq. Dünən Baş direktor Ruslan Əliyevin də bu barədə çıxışı olub. Ruslan Əliyev də məhz bu məsələlərə toxunub”.
Qeyd edək ki, “Azəriqaz” İB-in Baş direktoru Ruslan Əliyev ötən gün “Azəriqaz” İB regional qaz istismar idarələrinin rəhbərləri ilə toplantı keçirilib. Toplantıdan sonra Ruslan Əliyev mətbuata verdiyi açıqlamada qeyd edib ki, bu il “Azəriqaz” tərəfindən maksimum qaz qəbul edilir, heç vaxt bu qədər qaz qəbul edilməyib:
“Biz bu gün 41 milyon kub metr həcmində qaz qəbul edirik. Bu isə ötən illə müqayisədə 9 milyon artıq qaz həcmi deməkdir. "104" və "185" xidmətlərinə gələn zəngləri biz araşdırırıq. Təzyiqlə, qazın verilişi ilə bağlı olan məsələlər fərdi məsələlərdir. Onlara da müvafiq olaraq baxılır. Region rəisləri və aparatın müvafiq şöbələri ilə tədbir keçirdik və onlara da müvafiq tapşırıqlar verildi. Qazı dayanıqlı və müvafiq təzyiqdə verilməsi bizim vəzifə borcumuzdur və bununla yanaşı qazın təzyiqi artdıqca təhlükəsizlik qaydalarına da riayət olunmalıdır. Çünki istismar müddəti bitmiş kəmərlərimiz var. Qazın verilişində bəzi problemli ərazilər var ki, bu məqamda həmin ərazilərə daha çox diqqət göstərilir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-02-2020, 13:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-02-2020, 13:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |