“Şərur” MTK haqda cinayət işi açılması tələb olundu: - MƏNİMSƏMƏ
“Mur-Ay” MMC işi üzrə 15 nəfər zərərçəkmişlər (hazırda tələbkarlar) tərəfindən Respublikanın baş prokuroru Zakir Qaralova müraciət ünvanlanıb. Surəti mediaya göndərilən müraciəti cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq:
Hörmətli Baş Prokuror,
Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlər şöbəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi polis polkovnik-leytenantı M.Hüseynovun 23 oktyabr 2014-cü il tarixli qərarı ilə “MUR-AY” MMC-nin direktoru Hüseynov Elxan Balaxan oğlu və digərləri AR CM 178.3.1, 178.3.2 və 222-3-cü maddələri ilə təqsirli bilinərək məhkəmə qərarı ilə azadlıqdan məhrum edilmişlər. Bundan sonra hörmətli Prezident İlham Əliyev Cənablarının göstərişi ilə 700-dən çox zərəçəkmiş vətəndaşa vurulmuş zərərinin bərpası üçün dövlət tərəfindən “Şərur” MTK-ya Yeni Yasamal Yaşayış massivi, Kənar Dairəvi küçəsi ünvanında 4 hektar torpaq sahəsi ayrılmış, həmçinin Mərkəzi Bank tərəfindən 10 000 000 (on milyon) AZN maliyyə yardımı ayrılmışdır.
Cinayət işi üzrə Şirinbəyova Maral Muxtarpaşa qızı, Abiyev Anar İsrafil oğlu, Abasov İlqar Vəlican oğlu, Əsədov Əli Musa oğlu, Aslanova Nailə Vasif qızı, Əhmədov Sübhan Süleyman oğlu, Əliyev Zəfər Əlisahib oğlu, İskəndərov Vidadi Təhlət oğlu, Abasova Seyranə Şərəfxan qızı, Talıbova Zibeydə Dadaş qızı, Əliyeva Rita Qabil qızı, Məmmədli Müzəffər Əli oğlu, Cəfərova Şəbnəm Mafisəd qızı, Səfərov Alim Ərəstun oğlu, Əliyev Qulamhüseyn Əlihüseyn oğlu istintaq orqanı tərəfindən zərərçəkən kimi tanınsa da “Şərur” MTK müxtəlif bəhanələrlə adıçəkilən şəxslərin zərərini ödəməkdən yayınmışdır.Bundan sonra adıçəkilən şəxslər mülki qaydada məhkəməyə müraciət etmişlər. Bakı Apellyasiya Məhkəməsi 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Məmməd Məmmədov) zərərçəkənlərin iddiasını təmin etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qərarı ilə adıçəkilən şəxslərə vurulmuş zərərin “Şərur” MTK tərəfindən ödənilməsi qərara alınmışdır.
Bakı Apellyasiya Məhkəməsində məhkəmə baxışı zamanı hakim Məmməd Məmmədovun qərarı ilə iş üzrə audit yoxlaması keçirilmişdir. “Azərbeynəlxalqauditxidməti” MMC-nin direktoru Auditorlar Palatasının üzvləri Əhmədov Misir Zaman oğlu, və Tarverdiyev Əli Göyüş oğlunun hazırladığı 08 oktyabr 2018-ci il tarixli adit aktına əsasən “Şərur” MTK-nın vəzifəli şəxslərinin əməlində mənimsəmə və sənədlərin saxtalaşdırılması cinayətləri aşkar edilmişdir. Audiut aktında qeyd edilir:
1. Bir çox hallarda mülki işin materialları arasında olan “Şərur” MTK tərəfindən təqdim edilmiş 1036 nəfərlik siyahıda adı olan alıcılara aid müqavilələr təqdim edilmiş sənədlər arasında aşkar edilmədi.
2. 24 halda “Mur-Ay” MMC ilə bir mənzil almaq üçün bir müqavilə bağlamış şəxslərə “Şərur” MTK tərəfindən iki müqavilə bağlanaraq onlara əlavə olaraq artıq yaşayış sahələri verilmişdir.
3. 43 halda “Mur-Ay” MMC ilə mənzil almaq üçün müqavilə bağlamamış şəxslərə mülki işin materiallarında olan “Şərur” MTK tərəfindən təqdim edilmiş siyahıya əsasən yaşayış sahələri verilmişdir.
4. “Mur-Ay” MMC ilə müqavilə bağlamamış 8 şəxsə “Şərur” MTK tərəfindən bağlanmış müqavilələrə əsasən yaşayış sahələri verilmişdir.
5. “Şərur” MTK tərəfindən təqdim edilmiş siyahıya əsasən “Mur-Ay” MMC ilə müqavilə bağlamış şəxslərə müqavilədə göstərilmiş sahədən artıq sahə verilməsi aşkar edilmişdir:
6. Audit yoxlaması zamanı müəyyən edildi ki, “Mur-Ay” MMC ilə alıcılar arasında bağlanmış 938 ədəd (72818 kv.metr), “Şərur” MTK və ona yaxın şirkətlər ilə alıcılar arasında bağlanmış 704 ədəd (56980.89 kv.metr) müqavilənin surəti (bəzi hallarda əsli) vardır. Bundan əlavə, “Şərur” MTK tərəfindən təqdim edilmiş siyahıya (cədvələ) əsasən mülki işin materiallarında müqaviləsi olmayan 337 şəxsə də yaşayış sahəsinin (28291,43 kv.metr ) verilməsi nəzərə alınmışdır. “Mur-Ay” MMC ilə alıcılar arasında bağlanmış müqavilələrlə müqayisədə 916 halda 7019,16 kv. metr, “Mur-Ay” MMC ilə müqavilə olmadığı təqdirdə siyahıya əsasən 125 halda 11246,35 kv metr, cəmisi 18265,51 kv. metr yaşayış sahəsi alıcılara çox (artıq) verilmişdir.
7. Eyni zamanda araşdırma zamanı müəyyən edildi ki, “Şərur” MTK və ona yaxın şirkətlər tərəfindən “Mur-Ay” MMC ilə bağlanmış müqavilələrə nisbətən alıcılara 229 halda cəmi 5737,45 kv. metr az yaşayış sahəsi verilmişdir”.
Audit aktında “Şərur” MTK-nın vəzifəli şəxslərinin törətdiyi cinayət əməli açıq-aşkar öz təsdiqini tapmışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası “ Prokurorluq” haqqında qanunun 20-ci maddəsinə əsasən
XAHİŞ EDİRİK
“Şərur” MTK-nın vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə nəzərdə tutulmuş mənimsəmə və 313-cü maddəsi ilə nəzərdə tutulmuş vəzifə saxtakarlığı əməlləri üzrə cinayət işi başlayasınız.
Ərizəyə əlavə edilir:
1. “Azərbeynəlxalqauditxidməti” MMC-nin hazırladığı 08 oktaybr 2018-ci il tarixli audit aktının surəti.
2. Cənab Prezident İlham Əliyevin göstərişi ilə bağlanmış müqavilənin surəti.
Hörmətlə,
1. Əsədov Əli Musa oğlu
2. Əhmədov Sübhan Süleyman oğlu
3. Cəfərov Mafisəd İltizam oğlu
4. Abbasov İlqar Vəlican oğlu
5. Əliyev Zəfər Əlisahib oğlu
6. Məmmədli Müzəffər Əli oğlu
7. Şirinbəyova Maral Muxtarpaşa qızı
8. Abasova Seyranə Şərəfxan qızı
9. İsgəndərov Vidadi Təhlət oğlu
10. Aslanova Nailə Vasif qızı
11. Abasov Mahir Ruşan oğlu
12. Talıbova Zibeydə Dadaş qızı
13. Əliyev Qulamhüseyn Əlihüseyn oğlu
14. Abıyev Anar İsrəfil oğlu
15. Səfərov Alim Ərəstun oğlu
Paylaş:
Müəllif : Yazar
Tarix:11-02-2020, 10:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-02-2020, 10:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01