“İcra başçısı bizi təhdid edir, kömək edin!” - Sahibkarlardan dövlət başçısına növbəti müraciət
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər İcra Hakimiyyətini başçısı Zakir Fərəcovla bir qrup sahibkar arasında uzun müddətdir problem yaşanır. regionxeberlericom.az JAMAZ.İNFO-a istinadən xəbər verir ki, Sumqayıt Bulvarı və şəhərin giriş hissəsinin yenidənqurulması üçün dövlət büdcəsindən ayrılmış pulların görülən işin müqabilində iş adamlarına verilməməsi qalmaqala səbəb olub. Belə ki, 12 milyonluq layihəni həyata keçirən və təhvil verən sahibkarlar 3 ildir 8 milyon manatlarını ala bilmirlər.
Bu gün sözügedən sahibkarlar ölkə rəhbərliyinə müraciət ediblər. JAMAZ.İNFO-ya təqdim olunmuş müraciətdə deyilir ki, onlar dövlət başçısından kömək istəyir və pullarının alınaraq, onlara verilməsini xahiş edirlər. “Cənab Prezident! Ssiz son müşavirədə bütün məmurlara xəbərdarlıq etdiniz ki, sahibkarları incitməsinlər. Bundan əvvəlki müraciətlərinizdə də bəyan etmişdiniz ki, yerlərdə sahibkarların pulları ilə abadlıq işlər aparılır və onu da demişdiniz ki, belə abadlıq bizə lazım deyil. Sizə müraciət etməkdə məqsədimiz odur ki, analoji vəziyyətlə biz qarşılaşmışıq. Artıq 3 ildir Sumqayıtın icra başçısı Zakir Fərəcovda halal pulumuzu ala bilmirik. Hər dəfə bizi aldadır, təhdid edir, həbsnən qorxudur”.
Onlar bildiriblər ki, bir müddət əvvəl Fərəcov onları çağıraraq, pullarını şərtlə geri qaytara biləcəyini deyib. “Bizə dedi ki, 8 milyonun 30 faizini mənə verin, pullarınızı qaytarım. Əks təqdirdə, hamımızı həbs etdirəcəyi ilə hədələdi. Axı, təkcə biz sahibkarlar deyil, bu işdə əməyi olan 400-dən artıq işçinin nə günahı var ki, nə pulumuzu ala bilirik, nə də pulumuzu istəyəndə hədələnirik? Məgər Zakir Fərəcov məmurlardan biri deyilmi? Axı, ona kim belə bir ixtiyar verib ki, həm haqqımızı yeyir, həm də bizi qorxutmaqla hədələyir?”.
İş adamları daha sonra qeyd ediblər ki, onların sonuncu görüşlərindən sonra Zakir Fərəcov pulların qaytarılmasını Sumqayıt İcra Hakimiyyətinin Tikinti və Memarlıq İdarəsinin müdiri Azər Xudadatova həvalə edib. “Bu adam bizi ələ salır. Gah deyir ki, ona pul çatmayıb. Gah deyir, hələ pul yığmayıb. Bir gün deyir ki, işçiləri göndərib obyektlərə, pulları yığsın verəcəm. Cənab Prezident! Axı, memarlıq idarəsinin müdiri niyə sahibkardan, vətəndaşdan pul toplamalıdır? Məgər Sumqayıt Bulvarının tikintisi üçün dövlət tərəfindən pul ayrılmayıbmı? Bəs, hanı həmin pullar? Kim mənimsəyib, kim yeyib? Bunlar Sizi aldadırlar, hər dəfəsində yalan məlumatlar verirlər. Biz 426 nəfər iş adamı və fəhlə 3 ildir pulumuzu ala bilmədiyimizdən çıxılmaz vəziyyətə düşmüşük”.
Sahibkarlar qeyd ediblər ki, hal hazırda borc içində boğulurlar. Onlar görülən işlər müqabilində pullarını ala bilmədiklərindən xeyli sayda insana borclu qalmalı olublar. “Zakir Fərəcov nəyə arxayındı bilmirik. Onun bu hərəkətləri həm biz sahibkarlara zərər vurur, həm də Sizin siyasətə ziddir. Bu adam öz əməlləri ilə dövlətə qarşı mənfi münasibətin formalaşmasına çalışır. Belə özbaşınalıqların, belə məmurların qarşısı alınmalıdır. Əminik ki, siz bunu həyata keçirib, Zakir Fərəcov kimi məmurları cəzalandıracaqsınız”.
Sahibkarlar dövlət başçısından xahiş ediblər ki, onlara bu məsələdə yardımçı olsun. “Biz hər zaman ölkədə rəhbərliyiniz altında həyata keçirilən abadlıq və yenidənqurma işlərində iştirak etmişik və bundan sonra da iştirak etməyə hazırıq. Sizdən xahişimiz odur ki, Zakir Fərəcovdan pulumuzun alınmasında bizə yardımçı olasınız. Başqa çıxış yolu görmürük. Çünki Zakir Fərəcov 3 ildir bizi aldadır, incidir, hədələyir. Buna son verin. Sizdən xahiş edirik ki, bizə kömək edin”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-02-2020, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-02-2020, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11