Sən demə, Şərurlu İsfəndiyarın boynuna öhdəlik qoyulubmuş... - Özü ETİRAF EDİR
Vaxtilə “Mur-Ay” MMC tərəfindən aldadılan bir qrup vətəndaş “Yeni Müsavat”ın redaksiyasına müraciət edərək, üzləşdikləri problemlərin ictimailəşdirilməsini istəyiblər. Vətəndaşlar bildiriblər ki, müvafiq qurumlara müraciət edib cavab ala bilməyincə, məsələni ictimailəşdirmək qərarına gəliblər. Belə ki, vətəndaşlar iddia edirlər ki, “Mur-Ay” MMC-dən sonra onlar “Şərur” MTK tərəfindən də aldadılıblar. Onlar şikayətlərini aşağıdakı kimi bildiriblər:
“2011- ci ildə “Mur-Ay” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem hörmətli prezidentimiz İlham Əliyev cənablarının diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına müvafiq göstəriş vermişdi. 29 dekabr 2011-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları, həmçinin “Şərur” MTK da bu problemin həllinə cəlb olunaraq birgə müqavilə imzaladılar. Problemin həlli Bakı ŞİH-nin sərəncamı ilə “Şərur” MTK-ya tapşırılmış və “Mur-Ay” MMC-nin bütün əmlakları, o cümlədən müqavilə öhdəlikləri “Şərur” MTK-nın üzərinə qoyulub. Əlavə olaraq “Şərur” MTK-ya Yasamal rayonu, Kənar dairəvi küçəsi ünvanda (hazırda Məhəmməd Xiyabani küçəsi 11) 4 hektar torpaq sahəsi və on milyon (10 000 0000) AZN maliyyə yardımı ayrılıb. Aidiyyatı dövlət orqanları da müqaviləyə uyğun olaraq “Şərur” MTK-ya üzərlərinə düşən bütün digər yardımları edib. Bunun müqabilində “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov şəxsən imzaladığı bu müqavilənin 35-ci bəndinə uyğun olaraq “Mur-Ay” MMC zərərçəkənlərini 2 il müddətdə, yəni geci 2014-cü ildə mənzillə təmin etməli idi.
Bütün məhkəmələrdə çıxarılmış qanunauyğun qərarlar əlimizdə ola-ola biz heç cürə mənzillərimizə qovuşa bilmirik. Bunun başlıca səbəbkarı isə İsfəndiyar Axundovun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəhbəri Nurəddin Mustafayev tərəfindən qətiyyətlə himayə olunmasıdır. Çünki Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qərarı ilə qüvvəyə minmiş və artıq 4 aydır ki, icraya yönəlmiş qərarın yerinə yetirilməsini Nurəddin Mustafayev bütün gücü ilə əngəlləyir. İcraya başlanmaq haqqında qərardan keçən 4 ay müddətində biz zərər çəkmişlər 5 dəfə Nurəddin Mustafayevin qəbulunda olmuşuq. İlk görüşdə Nurəddin Mustafayev bizə bildirdi ki, İsfəndiyar Axundovun havadarları məndən xahiş ediblər ki, bu işin icrasını 1 ay gecikdirim. Biz də məcbur olub 1 ay gözlədikdən sonra Nurəddin Mustafayevlə növbəti görüşdə bizə bildirdi ki, 1 gün içərisində şəxsən bu işlə məşğul olacaq və bu problemi həll edəcək. Bundan sonra keçən 1 ay müddətində dəfələrlə Nurəddin Mustafayevlə görüşməyə cəhd etsək də o bizi qəbul etməkdən qəti olaraq imtina edir.
Dərin hörmətlərlə,
Əsədov Əli Musa oğlu,
Əhmədov Sübhan Süleyman oğlu,
Cəfərov Mafisəd İltizam oğlu,
Abbasov İlqar Vəlican oğlu,
Əliyev Zəfər Əlisahib oğlu,
Məmmədli Müzəffər Əli oğlu,
Şirinbəyova Maral Muxtarpaşa qızı,
Abasova Seyranə Şərəfxan qızı,
İsgəndərov Vidadi Təhlət oğlu,
Aslanova Nailə Vasif qızı,
Abasov Mahir Ruşan oğlu,
Talıbova Zibeydə Dadaş qızı,
Əliyev Qulamhüseyn Əlihüseyn oğlu,
Abıyev Anar İsrəfil oğlu,
Səfərov Alim Ərəstun oğlu.
Məsələ ilə bağlı münasibət almaq üçün İsfəndiyar Axundovla əlaqə saxladıq. İ.Axundov “Yeni Müsavat”a bildirdi ki, səslənən ittihamlar tamamilə əsassızdır. O, söylədi ki, müqaviləyə uyğun olaraq kimlərə mənzil verilməli idisə, həmin mənzillərin hamısını verib: “Mən hər zaman imkansızlara yardım edib, dövlətə sadiq olmuşam. Dövlət əgər mənə kimlərəsə ev verməyi tapşırıbsa, bunu sözsüz ki, etməliyəm və edirəm də. “Mur-Ay” MMC-nin aldatdığı şəxslərə də 86 min kvadrat mənzil verib, kömək etmişəm. Mənim üzərimə qoyulan işi lazımı səviyyədə görmüşəm. Öz öhdəliyimi yerinə yetirmişəm. Lakin bir qrup vətəndaş var ki, onlar həmin ərəfədə qeydiyyatdan keçməyiblər. Dövlət bu barədə məlumatlı olmayıb. Müqavilədə olmayan adamlar indi ortaya çıxıblar. Müqavilədə yazılıb ki, gələcəkdə əgər belə adamlar çıxarsa, prokurorluq və Daxili İşlər Nazirliyi məsələni qaydasına qoymalıdır. Daha ora yazılmayıb ki, bu məsələni “Şərur” MTK həll etməlidir. Mən heç kimə pul və ya ev paylamıram. Dövlət kimə deyibsə, ona da yardım etmişəm. Sadəcə olaraq bəzi şəxslər deyirlər ki, filankəsə ev verilib, mənə niyə verilmir? Buna görə də məni əsassız şəkildə ittiham edib, adımı hallandırırlar. Bir daha deyirəm ki, gördüyüm iş tamamilə müqaviləyə uyğundur və mən öz öhdəliyimə düşən işi görmüşəm. Bu saat da 860 nəfərə kömək edirəm. Ancaq kim pul istədi, ev istədi, ona ev verməyə mənim imkanımmı çatar?”
Paylaş:
Müəllif : Yazar
Tarix:9-01-2020, 16:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-01-2020, 16:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti