Naxçıvanla sərhəddə İŞİD-çilər tutuldu - TƏFƏRRÜAT
İŞİD terror birləşməsinə qoşulmaq istəyənlərin “yol xəritəsi”, deyəsən, dəyişib. İndi Suriyaya “cihad”a gedənlər yeni marşrut xətti tapıblar.
Bu tranzit Naxçıvan istiqamətindədir və Türkiyə polisi İŞİD-ə üzv olmaqda şübhəli bilinən üç şəxsi muxtar respublikaya sərhəd Dilucu sərhəd-keçid məntəqəsində yaxalayıb.
Terrorçuluqda şübhəli bilinən şəxslərin münaqişə zonasına keçməyə hazırlaşdıqları barədə daxil olmuş əməliyyat məlumatı əsasında Kocaeli antiterror polisi əməliyyat başladıb.
Türkiyə İŞİD üzvlərinin Suriyaya keçməsi üçün əsas tranzit ölkədir, vaxtaşırı olaraq təhlükəsizlik qüvvələri terror qruplaşmasının üzvlərini həbs edir.
Ancaq bizi maraqlandıran İŞİD-çilərin Naxçıvana yaxın ərazilərdən Suriyaya keçməyə cəhd etmələri olmalıdır.
Çünki buna qədər Naxçıvana yaxın yerlər Suriyaya gediş tranziti deyildi. Bu, yeni təhlükə ola bilər.
Xatırlayırsınızsa, bir neçə il qabaq Azərbaycandan da Suriyaya gedənlər var idi və onlar Türkiyədən ərəb ölkəsinə keçirdilər.
Amma onlar Naxçıvana yaxın sərhəd məntəqələrdən deyil, əsasən Türkiyənin Hatay, Şanlı Urfa əyalətlərindən gedirdilər. İŞİD-çilərin yeni marşrut xətləri axtarmaları və Naxçıvana yaxınlaşmaları hansısa təhlükələrdən xəbər verə bilərmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, İŞİD indi Yaxın Şərqdə kifayət qədər taqətdən düşüb, mövqeləri sarsılıb, üzvləri ora-bura qaçmaqdadırlar.
Onun sözlərinə görə, hazırda bu terror birləşməsi daha çox Əfqanıstanın Tacikistanla sərhəd ərazilərində toplaşıb və aralarında azərbaycanlılar da var.
İ.İsmayıl İŞİD-in çabalamaqda və qaçış üçün fərqli marşrutlar axtarışında olduğunu qeyd etdi: “Bəziləri Türkiyəyə qayıtmaq istəyirlər. Rəsmi Ankara isə öz həbsxanalarında saxladığı İŞİD üzvlərini ölkələrinə göndərəcəyini açıqlayıb. Həmin saxlanılan üç nəfər ola bilsin ki, heç terror törətmək planında olmayıb.
Sadəcə, Naxçıvana yaxın ərazilərin daha zəif nəzarət olunan yerlər olduğunu fikirləşiblər. Görünür, onlar yoxlamaq istəyiblər ki, bu istiqamətdən Suriyaya keçmək nə dərəcədə rahatdır.
Ancaq biz onların milliyyətini bilmirik. Ola bilsin ki, qafqazlıdır, yaxud türkdürlər. Onlar yayılmağa, dağılmağa çalışırlar. İndiki mərhələdə məğlub olublar deyə yayğın siyasət yürüdürlər.
Hazırda Azərbaycan üçün İŞİD təhlükəsi yoxdur. Əvvəlki dövrdə videoçarxlar paylaşırdılar, bəyanatlar verirdilər, Cənubi Qafqazı da terrorla hədələyirdilər. İndi belə bir risk bizi gözləmir".
Qeyd edək ki, özünü İraq Şam İslam Dövləti (İŞİD) adlandıran təşkilatın ideoloji varlığı 2006-cı ilə qədər gedib çıxır. Onun lideri Əbubəkr əl-Bağdadinin antiterror əməliyyatı zamanı özünü ailə üzvləri ilə birlikdə öldürməsindən sonra bu silahlı təşkilat tamamilə süqut etməyə başladı.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:27-12-2019, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-12-2019, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11