Şəmkirdə özbaşınalıq edən kimdir? - GİLEY
“Kəndin bir tərəfində yüksək gərginlikli elektrik xətlərini söküb, ərazini satıblar. Sonra da həmin elektrik xətlərini gətirib bizim evlərin üstündən çəkiblər”. DİA.AZ-ın məlumatına görə, Şəmkirin Keçili kənd sakini Maarif Məmmədov danışır ki, yerli işıq idarəsi 2016-cı ildə onun evinin üstündən yüksək gərginlikli elektrik kabeli çəkib. Maarif Məmmədov buna etiraz edib. Ancaq deməsinə görə, ona bildirilib ki, işıq xətlərinin keçdiyi əvvəlki ərazi ayrı-ayrı adamlara satılarkən işıq xətləri yığışdırılıb və orada evlər tikilib. Hazırda kənddə bu işıq xəttinə ehtiyac olduğundan işıq idarəsi məcbur olub ki, xətti onun evinin üzərindən çəkib aparsın.
“Aşıq Məsim küçəsindəki torpaqları sata bilmirdilər, çünki almaq istəyən adamlar yüksək gərginlikli elektrik xətlərinə görə ərazidə ev tikməyə ehtiyat edirdilər. Bunu görən icra hakimiyyəti və bələdiyyə qərara gəlib ki, həmin küçədən keçən xətlərin yerini dəyişib, gətirib bizim Vəli Xuluflu küçəsindən çəksinlər. Adamların yaşadıqları evlərin üstündən xətlər çəkiblər. Elə çəkiblər ki, az qala evlərin damına dəysin”, – şikayətçi deyir.
“Hazırda kənddə bu işıq xəttinə ehtiyac olduğundan işıq idarəsi məcbur olub ki, xətti onun evinin üzərindən çəkib aparsın”.
Maarif Məmmədovun sözlərinə görə, dekabrın 13-də rayon icra hakimiyyəti başçısının qəbuluna gedib. Başçı məsələnin araşdırılıb həll olunacağına söz verib: “Dedi, ürəyini sıxma, düzələcək. 1 həftə gözlədik, heç nə düzəlmədi, təkrar qəbula gedəndə bizi qəbul eləmədi. İcra hakimiyyətindən bildirdilər ki, başçı deyir, bu məsələ ilə işıq idarəsi məşğul olmalıdır. İşıq idarəsinə getdik, bildirdilər ki, kabellərin yerini dəyişdirmək mümkün deyil. Bunlar torpaq alveri edirlər, pul qazanırlar, kəndi şəxsi mülkiyyətləri hesab edirlər, istədikləri vaxt dirəyi burdan çıxarıb, aparıb başqa yerdə basdırırlar, yerini də satırlar, ortada zərər vətəndaşa dəyir. Mən borcla-xərclə ev tikmişəm ki, ailəmi çöllərdən evə yığım, tikdiyim evin damının bir hissəsini bağlamışam, bir hissəsini kabellərə görə bağlaya bilmirəm. Hətta bağlasam da, orada yaşamaq təhlükəlidir. Bir külək, yağış olsa, kabellər qırılıb evin üzərinə düşsə, yanğın baş versə, ailəlikcə külə dönərik”.
Şəmkir Rayon Elektrik Şəbəkəsindən bildirilib ki, Maarif Məmmədovun tikdiyi ev sənədsiz və qeyri-qanunidir. Kabellərə gəlincə, özbaşına iş görməyiblər. Kabellərin xəritəsi “Azərişıq” ASC-də tərtib olunub, onlar da kabelləşməni həmin xəritə üzrə aparıblar.
Maarif Məmmədovsa Şəmkir Rayon Elektrik Şəbəkəsinin yalan danışdığını iddia edir. O bildirir ki, həmin evdə 1978-ci ildən yaşayırlar: “1978-ci ildə Şəmkir Su Elektrik Stansiyasının tikintisi bizim evin ərazisinə düşürdü. Stansiya tikiləndə bizi oradan bu evə köçürtdülər. 41 ildir ki, bu evdə yaşayırıq. Ev çöx köhnə olduğundan söküb yerində təzəsini tikdik. Yəni, evimizi yenilədik. Damının bir hissəsini örtmüşdük, digər hissəsini örtməyə imkan tapmadıq, gətirib elektrik kabellərini çəkdilər. İndi evimizin damının bir hissəsi var, bir hissəsi açıq qalıb”.
Hüquqşünas Namizəd Səfərov deyir, Maarif Məmmədov məhkəməyə müraciət etməlidir: “Mülkiyyətçi əmlakın tamhüquqlü sahibidir. Vətəndaşın mülkiyyətçisi olduğu əmlakın aıtından, yaxud üstündən hər hansı kommunal xəttin keçməsi üçün onun razılığı vacibdir. Əgər Maarif Məmmədovun həmin əmlaka dair mülkiyyətçi olmasını təsdiqləyən sənədi varsa, o, məhkəməyə müraciət edə bilər”.
“İndi evimizin damının bir hissəsi var, bir hissəsi açıq qalıb”
Paylaş:
Müəllif : Yazar
Tarix:24-12-2019, 10:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-12-2019, 10:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |