KİVDF-dən narazılar artır: - maliyyə yoxlaması üçün müraciət olunacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) kadr dəyişikliklərinin olacağı, Vüqar Səfərlinin Fondun icraçı direktoru vəzifəsindən kənarlaşdırılacağı bildirilir.
İddialara görə, icraçı direktorla yanaşı KVDF-nin Müşahidə Şurasının tərkibində də dəyişiklik ola bilər. Ölkə KİV-ləri bildirir ki, hakimiyyətdə media siyasətinə cavabdeh şəxslər bu barədə müzakirələr aparıb və KİVDF-nin hazırki tərkibinin özünü doğrultmadığı qənaətinə gəliblər.
Bəzi mənbələr isə iddia edirlər ki, KİVDF V. Səfərlinin yarıtmaz fəaliyyəti nəticəsində bir qurum kimi ümumiyyətlə, özünü doğrultmayıb. Bu səbəbdən də struktur islahatlarının bu quruma da tətbiqi qaçılmaz ola bilər.
Ayrı-ayrı mətbu orqanlar KİVDF-dən narazılıqlara əsas səbəb kimi, Fondun keçirdiyi müsabiqələrdə, qəzetlərə maliyyə yardımlarının ayrılmasında, bu yardımlarla bağlı hesabat sənədlərində saxtakarlıqları, eyni zamanda jurnalistlərə mənzillərin verilməsində qeyri-şəffaflığı və digər qanun pozuntularını göstərirlər. Yəqin elə bu səbəbdəndir ki, mətbuat, KİVDF-nin icraçı direktoru V. Səfərlinin adını maliyyə fırıldaqlarında hallandırır.
Reyting.az-a verilən məlumata görə, bir qrup jurnalist KİVDF-də maliyyə yoxlamalarının aparılması və digər problemlərin həlli üçün həm Prezident Administrasiyasına, həm də Hesablama Palatası ilə yanaşı hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırırlar.
Qeyd edək ki, narazılıqlar KİVDF-nin qəzetlərə maliyyə yardımlarını hansı kriteriyalar əsasında ayırması və müsabiqələrin keçirilməsi zamanı baş verən neqativ hallarla yekunlaşmır. Jurnalistlər üçün inşa olunmuş binaların sakinləri də KİVDF tərəfindən təşkil olunmuş və həmin yaşayış binalarına nəzarəti həyata keçirən "Jurnalist Evi" MMC-dən imtina etməyə hazırlaşırlar.
Sakinlər Demokrat.az-a bildiriblər ki, həmin binalarda hər kv.metr yaşayış sahəsi üçün 50 qəpik xidmət haqqı alınsa da, alınan məbləğ göstərilən xidmətə adekvat deyil. Sakinlərdən hər ay 10 min manatdan çox vəsait toplansa da, bu vəsaitin müqabilində xidmət göstərilmir.
Sakinlərin sözlərinə görə, yığılan vəsaitin necə xərclənməsi ilə bağlı hesabat verilmir. Bu səbəbdən də sakinlər bir araya gələrək, binada normal kommunal xidmətlər göstərəcək yeni MMC yaratmağı planlaşdırırlar.
Sakinlər iddia edirlər ki, "Jurnalist Evi" MMC-nin fəaliyyəti qanunsuzdur, yığılan böyük məbləğdə vəsaitin necə xərclənməsinə ciddi şübhələr var. Bu səbəbdən də, xeyli sayda sakin MMC-yə vəsait ödəməkdən imtina edib.
Onu da qeyd edək ki, KİVDF-də ciddi maliyyə pozuntularının olduğu, büdcə vəsaitlərinin mənimsənildiyi, bəzən vəsaitlərin təyinatına uyğun xərclənmədiyi iddia olunsa da, Hesablama Palatası hələlik bu qurumu yoxlamağa tələsmir.
Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova Reyting.az-ın sorğusuna cavabında bildirib ki, cari ilin iş planı üzrə nəzərdə tutulmuş bütün nəzarət tədbirləri başa çatdırılma mərhələsindədir və hazırki dövrdə KİVDF-də nəzarət tədbiri nəzərdə tutulmayıb. N. Məhərrəmova hələlik KİVDF-də belə bir tədbirin aparılmadığını diqqətə çatdırıb.
Reyting.az KİVDF-nin ittihamlara cavabına yer ayırmağa hazırdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-12-2019, 09:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-12-2019, 09:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01