Nazirlik xarici bukmeykerlərə qarşı: - “TOPAZ” niyə uduzur?
Bu günlərdə Gənclər və İdman Nazirliyinin Mətbuat Şurasına ünvanladığı məktubda bildirilirdi ki, ölkə daxilində və xaricində qanunsuz idman mərc oyunları həyata keçirən internet portallar mövcuddur. Həmin portalların reklamları isə ölkənin kütləvi informasiya vasitələrində yayımlanır. Nazirlik reklam yayımının qarşısının alınması üçün prosesə dəstək olmağa çağırıb.
Oxşar müraciəti şuraya 2011-ci ildən Azərbaycanda qanuni idman mərc oyunu operatoru olan “Caspiantech” QSC də edib.
“TOPAZ” ticarət nişanına malik bu qurum qanunsuz mərc oyunlarının təşkilini həyata keçirən internet saytlarının siyahısını da təqdim edib. Bildirilir ki, “TOPAZ”ın yerli KİV-lərdə lazımi qədər reklamı getmir və maliyyə durumlarına mənfi təsir etdiyi etiraf olunur.
***
Ötən gün “TOPAZ” bukmeyker kontorlarına baş çəkib bu məntəqələrdəki durğunluğun səbəbini öyrənməyə çalışdıq.
Əvvəlcədən demək lazımdır ki, uzun müddətdir, hətta iki ilə yaxındır qanuni totalizator obyektləri rəsmən batıb. Xüsusən də 2018-ci ilin yayında keçirilən futbol üzrə dünya çempionatı ərəfəsində “TOPAZ”ın verdiyi qərar mərc qoyanların əksəriyyətinin ayağının buradan kəsilməsinə səbəb oldu.
Yadınızdadırsa, həmin vaxt bukmeykerlərdə minimum mərc qoyuluşu 1 manatdan 3 manata qaldırıldı. Onsuz da əmsalları aşağı olan “TOPAZ”ın bu addımı atması oyunçuların kütləvi şəkildə ondan üz döndərməsinə gətirib çıxardı.
Belə məkanlardan birində söhbətləşdiyimiz “TOPAZ” işçisi qeyd etdi ki, Bakı və bölgələrdə mərc qoyuluşunun məbləği indi fərqlidir. Bakıda yaşayanlar minimum 3 manatdan az olmamaq şərti ilə koofisent yaza bilərsə, rayonlarda nisbətən “ürəyiyumşaqlıq” edərək bu məbləği 2 manat müəyyənləşdiriblər. Bu da özlüyündə “TOPAZ”ın ziyanına işləyib və portallarda, virtual məkanlarda olan bukmeykerlərə uduzurlar.
Doğrudur, onlayn versiyada “TOPAZ”a mərc qoyuluşu 1 manatdır, amma gəlin görək neçə faiz insan bu xidmətdən yararlanır?
Həmsöhbət olduğumuz totalizator kontoru işlədən Sahib deyir ki, internet üzərindən “TOPAZ”a mərc qoyuluşu azdır, əksəriyyət məntəqələrə üz tuturdu. Elə ki minimum mərc qoyuluşu artırıldı, azart həvəskarları buradan üz döndərdilər:
“Çünki internetdə imkanlar, variantlar nə qədər çox olsa da, qarışıqlıqdır, çoxu çaşır, səhv yazır. Bir yandan da insanların gözü qəzetə öyrəşib. Gəlib burada oturub çay içə-içə yan masada oturanlarla məsləhətləşir, koofiçent yazırdılar. Mərcin məbləği də qalxdı, çox adam gəlmir. Qabaqlar bizim obyekt axşamlar qaynayırdı, heç qəzet çatdırmırdıq, növbə ilə yazırdılar”.
“TOPAZ”ın tənəzzül etməsini və böhran içində olduğunu göstərən digər fakt son illərdə şəhərdə yeni bukmeyker kontorlarının açılmamasıdır. Söhbət etdiyimiz obyekt sahibləri də bildirirlər ki, son 2 ildə ölkədə “TOPAZ” obyektlərinin sayı azalıb. Bəzi yerlərdə bu cür obyektlər işini dayandırıb.
Halbuki qarşıdakı hədəf ölkədə total şəkildə “TOPAZ” totalizator məntəqələrini açmaq idi.
Oyunçuların sözlərinə görə, bu layihənin uğursuz alınmasının bir səbəbi də əmsalların aşağı olması və mərc qoyana sərf etməməsidir.
Nəhayət, üçüncü səbəb - hansı ki Mətbuat Şurasına bununla bağlı müraciət edilib, internetdə başqa ölkələrin bukmeykerləri ciddi təsirini göstərib.
Oyunçular yüksək əmsal verən xarici kontorlara üstünlük verirlər. Nəticə etibarı ilə nazirlik və “TOPAZ” narahat olmağa başlayıb. Obyekt sahibləri onu da bildirirlər ki, dirçəlişin yeganə yolu minimum mərc qoyuluşunu 1 manata qaytarmaqdır:
“Şikayətlənməyimizə, nə üçün internetdə olan Rusiya, Avropa portallarının bizi qabaqlamasına gileylənməyimizə əsas yoxdur.
Çünki insanlara yaxşı təklif, əmsal verirlər. Düzdür, qanunla xarici kontorlar qadağan edilib, amma camaat yolunu tapıb mərc qoya bilir". Yeri gəlmişkən, “TOPAZ” Azərbaycan Premyer Liqasına sponsorluğu da dayandırıb.
Qeyd edək ki, qeydiyyat ünvanı Virjin və ya Karib adaları olan yüksək əmsal, tez çıxarış vəd edən bu cür kontorlar qeyri-qanuni yollarla Azərbaycan ərazisində də fəaliyyət göstərməkdədir.
Bunların arasında “1xBet” bukmeyker kontoru xüsusi canfəşanlığı ilə seçilir. Əsasən Avropa ölkələri və postsovet məkanında fəaliyyətini təşkil edən “1xBet” bir çox ölkələrdə blok edilir, o cümlədən ABŞ və Rusiyada.
Son olaraq bir müddət əvvəl Böyük Britaniyada fəaliyyəti dayandırılıb. Buna səbəb kontorun Keniyada məktəblərdə keçirildiyi güman edilən U16 basketbol oyunlarına və başqa yarışlara dair mərclər qəbul etməsi olub.
Azərbaycanda idman sahəsində fəaliyyət göstərən bəzi saytlarda da hər hansı müqavilə olmadan bu kontorun reklamları yerləşdirilirdi. Bəzi yerli və xarici saytlarda həmin şirkət tərəfindən ölkənin milli komanda futbolçularının şəkillərinin qanunsuz olaraq reklam məqsədli istifadə edildiyini görmək olardı. Bütün bunların nəticəsi olaraq Azərbaycanda da bu kontorun vədlərinə inanıb mərc edən kifayət qədər auditoriya yarandı. Lakin hər yerdə olduğu kimi, bizdə də “1xBet”in əsl üzü qısa müddət sonra ortaya çıxmağa başladı.
Bu ilin yanvarında polisə daxil olan istifadəçi şikayətlərini nəzər alan “Portmanat” elektron cüzdanı “1Xbet”lə əməkdaşlığı dayandırdı. Baş verənlərə xüsusi əhəmiyyət qazandıran fakt ondan ibarətdir ki, kart vasitəsilə həmin kontordakı hesaba vəsait yatırdıqda qanunvericiliyə görə 18% vergi şəklində tutulurdusa, “Portmanat” isə bu əməliyyat üçün heç bir komissiya almırdı.
Çox qısa zaman kəsiyində bu boşluğu heç kəsə məlum olmayan “CaspianPay” elektron pulqabısının dolduracağı məlum oldu.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:13-12-2019, 09:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-12-2019, 09:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01