Yanmış bazarın külündən nələr “cücərəcək” - EHTİMALLAR və İDDİALAR
Dünən səhər Bakının iri tikinti materialları bazarındakı genişmiqyaslı yanğının səbəbləri ilə bağlı ehtimallar çoxalır. Bu ehtimallardan biri hadisənin qəsdən törədilməsidir.
Digər ehtimal odur ki, uzun müddətdir, Bakı-Sumqayıt yolunun genişləndirilməsi planı var və həmin ərazinin sökülməsi, ləğv edilməsi ilə bağlı tikinti materialları bazarının sahibi ilə könüllü razılıq əldə olunmayıb. Nəticədə məlum hadisə törədilib.
Başqa ehtimallar da var: mağaza sahiblərinin mövcud təhlükəsizlik qaydalarına əməl etməməsi, məsuliyyətsiz, səhlənkar davranması, hər şeyi Allahın ümidinə buraxması və s. O da qeyd olunur ki, yanğının genişlənməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) çağırış yerindəki işçilərinin təcrübəsizliyi rol oynayıb.
Sözügedən ehtimallar, həmçinin mövcud reallıq ətrafında AYNA-ya şərh verən hüquqşünas Nicat Gözəlovun sözlərinə görə, bu yanğın sadə bir hadisə deyil, ölkə adına həm iqtisadi, həm də sosial hadisədir: “Söhbət tək yanğından getmir, ağır nəticələri var, insanlara böyük maddi zərər dəyib, hətta bu, onların faciəsi hesab olunmalıdır. İnsanlar ehtiyac üzündən illərlə qazanıb nəsə etmək istəyirlər, amma sonunda bu əmək puç olur”.
“Ehtimal edirəm ki, bu yanğın bir yerdən başlamayıb, əgər belə olsaydı, yanğın lokallaşdırıla bilərdi, amma yayılan videolardan belə nəticəyə gəlmək olur ki, müxtəlif istiqamətlərdə başlayan yağının söndürülməsi çətin olub. Bundan başqa, axı istənilən obyekt istismara veriləndə orada təhlükəsizliklə bağlı normativlərə əməl olunmalı idı. Görünür, bu boyda böyük ərazisi olan obyektdə hər hansı yanğından mühafizə üçün təchizat olmayıb. Heç külək də yox idi ki, yanğının yayılması üçün onu səbəb gətirək. Hadisədə yüzlərlə sahibkarın əmlakının yox olmasından söhbət gedir”, - Gözəlov bildirib.
Hüquşünasın sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsi bu işlə məşğul olur: “Yanğın təhlükəsizliyi qaydalarını pozma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma maddələri ilə cinayət işi başlanmalıdır. 186-cı maddə də (əmlakı qəsdən məhvetmə) unudulmamalıdır. Yanğın səbəbləri üzərində ehtimallar çoxdur. Hesab edirəm ki, Dövlət Təhlükəsizliyi Xidməti də bu məsələdə ayıq olmalıdır. Həmin bazarın sahibinin deyəcəkləri də nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) və 282-ci (təxribat törətmə) maddələri də nəzərdən qaçmamalıdır”.
“Yaxud ölkədə baş verən son siyasi hadisələr, islahatlar və seçkiqabağı vəziyyətlə bağlı ola bilər. Söhbət iqtisadi təhlükəsizlikdən gedir. Artıq necənci dəfədir ki, ölkədə sahibkarlar kütləvi şəkildə dövlətdən narazı salınır. Burada 10 nəfər, 100 nəfər sahibkar yox, yüzlərlə ailənin narazılığından söhbət gedir”, - ekspert qeyd edib.
Hüquqşünas yanan ərazinin sığortalanması məsələsinə də toxunub: “İnanmıram ki, bazarda hansısa sahibkar mağazasını sığortalatsın. Yaxın keçmişdə olan yanğınlarda bir daha gördük ki, vətəndaşların sığortanın mahiyyəti barədə məlumatları cüzidir, sığorta şirkətlərinə inam yoxdur, qarşılıqlı məmnunluq səviyyəsi çox aşağıdır. Buna görə də, sığorta haqqında heç kəs düşünmürlər”.
Yeri gəlmişkən, yenidən gündəmə gələn sığorta məsələsi barədə, sığorta eksperti Xəyal Məmmədxanlının da fikrini öyrəndik. Onun sözlərinə görə, belə ticarət obyektlərində problem rəsmi uçot və hesabatla bağlıdır.
“İstəsələr belə, o malları sığortalamaq mümkün deyil, çünki mağazada, anbarda nə qədər miqdarda və məbləğdə mal olduğunu bilmək mümkün deyil”, - deyə ekspert vurğuladı.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.
İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.
İlkin ehtimala görə, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-12-2019, 09:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-12-2019, 09:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11