Ziya Məmmədov yediyi bu pulların hesabını verməlidir... - FAKT
Bu yolda maşın sürmək üçün gərək ya Şumayher olasan, ya da şahmatçı. Söhbət Bakı-Quba yolundan gedir. Beton yol elə günə düşüb ki, hər addımbaşı çuxurları, dağılmış yerləri ziq-zaq edib keçməyə pilot lazımdır.
Qubadan Bakıya qayıdan istiqamət tamamilə dağılıb. Bir tərəfdən keyfiyyətsiz yol çəkilişi, bir yandan da iritonnajlı yük maşınları ucbatından Bakı-Rusiya yolu darmadağın vəziyyətdədir.
Ona görə sürücülər bura beton yol yox, batan yol deyirlər. Onlar bu əzab-əziyyətin nə vaxt qurtaracağı günü gözləyirlər. Çünki bu yolda nə sürmək mümkündür, nə də qəzadan, avtomobilin zərər görməsindən sığortalanmaq.
Yolun tikintisinə 2008-ci ildən başlanılıb. Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib.
Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub.
Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikilib.
Yol istifadəyə veriləndə o vaxt Nəqliyyat Nazirliyi bu yolun 30 il davamlı olacağı barədə məlumat yaymışdı. Çünki yol əməlli-başlı xərc aparmışdı.
Ancaq bir il çəkmədi ki, beton yolda çökmələr, çatlar əmələ gəlməyə başladı. İllərdir davam edən bu problemin, yəni dağılmış, kələ-kötür beton yolun düzəldilməsi sürücülərin ən böyük arzusudur.
“2009-cu ildə istifadəyə vermişdilər, 2012-ci ildə yol təmiz dağılmışdı. Guya 30 il zəmanət veriblər, 10 il keçib, yolun gününə baxın.
Həm də yol normadan artıq yüklənir. İri yük maşınlarına tab gətirmədi. Bəzi yerlərdə təmir işləri aparılıb. Ancaq başdan-ayağa yenidən qurulmalıdır", - deyə sürücülər şikayətlənirlər.
Onların sözlərinə görə, Qafqazda ən baha qiymətə başa gələn, dünyanın ən bahalı yolları sırasında adı çəkilən Bakı-Quba-Rusiya yolu bu gün dünyanın ən sonuncu məhəllə yolunu xatırladır.
Sürücülər deyirlər ki, Xaçmazın, yaxud Şabranın kəndlərində heç belə yola rast gəlməzsiniz. Beton yol elə dağılıb ki, iri yük maşınları sağ zolaqla getməkdən qorxurlar, hər an düşəcəkləri çuxur maşını aşırda, yükləri yerə tökə, ağır qəzaya səbəb ola bilər.
Ötən ilin yayında avtomobil yolunun 10-20 və 45-52-ci km-də yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılmışdı.
Amma hələlik Rusiyaya gedən və qayıdan istiqamətdə təmir işləri getmir. Sürücülər bildirirlər ki, təzə yol çəkilsə belə, o vaxta qədər beton yol təmir edilməlidir.
“Nəqliyyatın ən intensiv hərəkət edən yollarından biridir. Bura hansısa bir kəndə, yaxud rayona gedən istiqamət deyil axı?! Rusiyaya yük daşınır, ordan yük qayıdır. Hər gün minlərlə avtomobil hərəkət edir.
Vallah, ustaya getməkdən bezmişik, bu yola bir girən peşman olur, bir çıxan. Çünki şəhərə çatan kimi maşının sazlığını ustaya baxdırmalısan, “peredok” dağılır, maşında səslər çoxalır", - Xaçmaza hər gün müştəri aparıb-gətirən taksi sürücüsü Namiq belə deyir.
Onun maşını bu yollarda sıradan çıxıb: “Gedən yol yenə bir az babatdır, Bakıya qayıdan tərəf özünüz də görürsünüz ki, nə vəziyyətdədir.
Ziya Məmmədov sağ olsun, şimal zonasının camaatına yol “hədiyyə” eləyib də, gecə-gündüz sağlığına dua edirik.
Adamda insaf olar, pulunu yemisən, keyfiyyətsiz yol çəkmisən, heç olmasa elə beton yol tikəydiniz 7-8 il dözəydi. Yalandan da deyirlər ki, 30 il zəmanət vermişik".
Digər tərəfdən, yol elə tikilməlidir ki, o, maksimum kütlədən artığını da qaldıra bilsin. Məsələn, yolu elə tikmirlər ki, avtomobilin icazə verilən maksimum kütləsi 30 tondursa, 31 ton olanda o, bizdəki kimi dağılsın.
O yolu 5 dəfə artıq yükə dözümlülüklə tikməlidirlər. Əminliklə demək olar ki, istənilən halda ya yol pis tikilib, ya da istifadəyə veriləndən sonra ona lazımınca nəzarət edilməyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti rəhbəri Anar Nəcəfli “Yeni Müsavat”a bildirdi ki, Bakıdan Rusiya sərhədinə yeni yol inşa olunur və 2021-ci ilə qədər işlər yekunlaşacaq. Qurum sözçüsü bildirdi ki, hazırkı yol hissə-hissə təmir olunub, yenə təmiri davam edəcək.
Onu da deyək ki, Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolu ödənişli olacaq. Bunu AAYDA-nın sədri Saleh Məmmədov açıqlamışdı.
S.Məmmədov bildirmişdi ki, 2018-ci ildə qarşıya qoyulan əsas tapşırıq Bakı-Rusiya sərhədi istiqamətində yeni avtomobil yolunun tikintisidir:
“Bu avtomagistral yolun 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən başlayaraq 208-ci kilometrədək olan hissəni əhatə edir. Dörd cərgəli, birinci dərəcəli geniş yol gələcəkdə ilk ödənişli yol olacaq”.
Ötən il fevralın 19-da prezident İlham Əliyev Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilirdi ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək. Yolun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-03-2019, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-03-2019, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01