Şərurlu İsfəndiyar ittiham olunur - Dövlətin torpağı və pulu ərəblərə satıldı
Prezidentin zərərçəkmişlərə ayırdığı əmlakları İsfəndiyar Axundov ərəblərə satıb. Bu barədə zərəçəkənlərdən biri (hazırda tələbkar) olan Müzəffər Məmmədli mətbuata məlumat verib. Onun sözlərinə görə, hörmətli Prezident İlham Əliyev Cənablarının göstərişi ilə biz zərərçəkmişlər üçün Yasamal rayonu, Kənar dairəvi küçəsi ünvanda (hazırda Məhəmməd Xiyabani küçəsi 11) ayrılmış 4 hektar topaq sahəsində “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov, ona ayrılmış 10.000.000 (on milyon) AZN vəsait hesabına inşa etdiyi əmlakları ərəblərə satıb. M.Məmmədli bildirib ki, İsfəndiyar Axundovla görüşdə o, həmin ünvanda tikilmiş və tikilməkdə olan əmlaklar barədə – “Mən onları ərəblərə satmışam” deyib. İ.Axundovun qanunsuz hərəkətləri ilə üzləşərək çarəsiz qalan zərəçəkmişlər Azərbaycan Respublikasının 1-ci Vitse Prezidentinə müraciət etmək məcburiyyətində qaldıqlarni bildirdilər. Müraciətin tam mətnini təqdim edirik:
“Çox hörmətli Birinci Xanımımız və Birinci Vitse-Prezidentimiz! Tam əminliklə bilirdik ki, hörmətli Prezidentimiz İlham Əliyev Cənablarından və Sizdən başqa heç kim bizim mülkü hüquqlarımızı bərpa etməyəcək. Buna görə yenə son ümid yeri olaraq Sizə müraciət etmək məcburiyyətində qaldıq.
Prezident 4 hektar torpaq, 10 milyon pul ayırdı, amma…
Məlumat üçün bildirək ki, 2011- ci ildə “MUR-AY” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem hörmətli Prezidentimiz İlham Əliyev Cənablarının diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına müvafiq göstəriş vermişdir. 29 dekabr 2011-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları, həmçinin “Şərur” MTK da bu problemin həllinə cəlb olunaraq birgə müqavilə imzalamışlar. Problemin həlli Bakı ŞİH-nin sərəncamı ilə “Şərur” MTK-ya tapşırılmış və “MUR-AY” MMC-nin bütün əmlakları o cümlədən müqavilə öhdəlikləri “Şərur” MTK-nın üzərinə qoyulmuşdur. Əlavə olaraq “Şərur” MTK-ya Yasamal rayonu, Kənar dairəvi küçəsi ünvanda (hazırda Məhəmməd Xiyabani küçəsi 11) 4 hektar torpaq sahəsı və on milyon (10 000 0000) AZN maliyə yardımı ayırlmışdır. Aidiyyatı dövlət orqanları da müqaviləyə uyğun olaraq Şərur” MTK-ya üzərlərinə düşən bütün digər yardımları etmişlər. Bunun müqabilində “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov şəxsən imzaladığı bu müqavilənin 21-ci bəndinə uyğun olaraq “MUR-AY” MMC zərərçəkənlərini 2 il müddətdə, yəni geci 2015-cü ildə mənzillə təmin etməli idi.
2018-ci ildə “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun bizim mənzillərimizi başqa şəxslərə sataraq mənimsədiyi barədə Sizə müraciətimiz əsasında işimizi nəzarətinizə götürmüş, işin qanunauyğun və ədalətli araşdırılması üçün göstərişinizi vermişdiniz. Nəticədə həm Bakı Apellyasiya Məhkəməsində həm də Ali Məhkəmədə qanuni və ədalətli qərar çıxarılmışdir. Buna görə də Sizə dərin və sonsuz minnətdarlığımızı bildirmək üçün təşəkkür məktubu göndərdik.
İsfəndiyar Axundov nə məhkəmə tanıyır, nə qanun…
Hazırda İsfəndiyar Axundov qanuntanımaz hərəkətlərini davam etdirərək bizi bir daha çarəsiz vəziyyətə salıbdır. Məhkəmənin İcra Vərəqəsi Binəqədi Rayon İcra və Probasiya şöbəsininə göndərilmiş və 13 sentyabr 2019-cu il tarixdə “icraya başlamaq haqda” qərar qəbul edilərək “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova təqdim olunmuşdur. Buna baxmayaraq o, mənzillərimizi bizə qaytarmır və əksinə özünün qanunlarla daban-dabana zidd əməllərini davam etdirir. İllər uzunu bizi məhkəmələrdə süründürərək böyük məhrumiyyətlərə məhkum etmiş bu “iş adamı” indi də icra məmurlarının tələblərinə heç bir əhəmiyyət vermir. Bu azmış kimi İsfəndiyar Axundov Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin hakimlərinə üsyan edərək, ona qarşı çox qərəzli və ədalətsiz olaraq qanunazidd qərar qəbul etdiklərini bildirir. 15 oktyabr 2019-cu il tarixdə İcra məmurlarının çətinliklə olsa da İsfəndiyar Axundovla baş tutan görüşü zamanı o, özündən başqa hamını, məhkəmələri, icra orqanlarını və hətta biz zərərçəkənləri belə ona qarşı ədalətsiz və qərəzli olmaqda ittiham etdi. Görüşdə iştirak edən İsfəndiyar Axundovun vəkili Şahbaz Kərimov isə o qədər irəli getdi ki, vəzifə borcunu yerinə yetirməyə gəlmiş icra məmuru Ələddin Hüseynovu zərərçəkənlərə dost, onlara qarşı isə düşmən elan edərək onu, məhkəmə qərarlarının qəbulunda iştirak etməkdə(?!) və onların başına bu işin açılmasında maraqlı olmaqda (?!) və s. kimi absurd iddialarla ittiham etdı. Sanki icra məmuru biz zərərçəkənlərdən biriymiş və şəxsi əmlakları üçün bizlərlə birlikdə 5 ildən çoxdur məhkəmə yollarında “Şərur” MTK-ya qarşı mübarizə aparırmış.
Məhkəmənin Qərarını İcra etməli olan Binəqədi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ələddin Hüseynov və şöbənin rəhbəri İlham Həsənovun İsfəndiyar Axundova qarşı çarəsiz vəziyyətdə qalmaları və işimizlə bağlı heç bir tədbir görə bilməyəcəklərini etiraf etmələri isə bizi tamamilə anlaşılmaz vəziyyətdə qoymuşdur. Binəqədi Rayon İcra və Probasiya şöbəsinin bu fəaliyyətsizliyi barədə Baş İcra İdarəsinə ərizə ilə müraciət etmişik.
Prezidentin vətəndaşlara ayırdığı torpaqda ərəblərə ticarət mərkəzi tikdi…
Öz təşəbbüsümzlə 17 oktyabr 2019-cu il tarixdə İsfəndiyar Axundovla görüşərək, dövlət başçısının göstərişi ilə zərəçəkənlər üçün ayrılmış Yeni Yasamal Massivi, Kənar dairəvi küçəsi (hazırda Məhəmməd Xiyabani 11) ünvanda yerləşən 4 hektar torpaq sahəsində hazırda inşa etdiyi və etməkdə olduğu binalardan mənzillərimizi tələb edərkən o, bizə bu cavabı verdi – “mən onları ərəblərə satmışam”.
İllər uzunu minbir əziyyətlə, dişimiz-dırnağımızla topladığımız vəsaiti ödəyib, ailələrimiz üçün mənzil almaq arzusunda olmuş biz Azərbaycan vətəndaşlarını kirayələrdə dözülməz məhrumiyyətlərə məhkum etmiş və hazırda bizi qapısından əliboş qaytaran İsfəndiyar Axundov, bizə çatası əmlakları ərəblərə satdığını elə rahatlıqla bəyan edir ki, sanki dövlət başçısı hörmətli Prezident İlham Əliyev Cənabları bu torpaq sahəsini və küllü miqdarda vəsaiti biz zərərçəkənlər üçün yox, onun şəxsi istək və arzuları üzrə istifadəsi üçün təyin etmişdir. Məhkəmə qərarı ilə işə cəlb edilmiş və 4 aydan çox çəkən “Azərbeynəlxalqauditxidməti” MMC-nin yoxlamasının 08 oktyabr 2018-ci il tarixli yekun Aktında İsfəndiyar Axundovun çoxsaylı cinayət tərkibli əməlləri açıq-aşkar öz təsdiqini tapmışdır. Buna baxmayaraq aidiyyatı orqanlardan heç biri cəsarət edib bu “məğlubedilməz” iş adamının qanunsuz əməllərinə dur demir. Bununla bağlı biz zərərçəkənlər Baş Prokuror Zakir Qaralova şikayət ərizəsi ilə müraciət etmişik. Cəzasızlıqdan əmin olan İsfəndiyar Axundov o qədər irəli gedibdir ki, bizim işimizlə bağlı törətdiyi mənzil dələduzluğuna Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini daxil edərək bu məhkəmənin əli ilə dələduz əməllərinə hüquqi don geydirmək istəyinə düşmüşdür. İki ay əvvəl Bakı Appelasiya Məhkəməsinə, sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimuna müraciət edərək hər ikisindən rədd cavabı almış “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov bütün gücü ilə yeni qaranlıq yollar arayışındadır… Təki məzlum insanların pulunu ödədikləri mənzilləri özlərinə qaytarmasın.
Uzun illər boyu biz zərərçəkənlərə yaşatdığı zülümlər azmış kimi indi də özünəməxsus “variantlarını” işə salaraq işimizi ləvğ etdirmək üçün 16 noyabr 2019-cu il tarixdə Azərbəycan Respublikası Konstitusiya Məhkəməsinə ərizə ilə müraciət edibdir.
Çox Hörmətli Birinci Vitse-Prezidentimiz!
Sizdən acizanə xahiş və təvəqqə edirik ki, mərhəmətinizi bizim üzərimzdən əskik etməyərək, “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun qanunlarla daban-dabana zidd əməllərinə son verilməsinə və bizim mənzillərin özümüzə qaytarılmasına köməklik edəsiniz. Biz yalnız Sizin mərhəmətinizə sığınaraq inanırıq ki, təkcə ölkəmiz daxilində deyil, ölkəmizdən xaricdə də ədalətin simvoluna çevrilmiş ədalətiniz sayəsində Cənab Prezidentimizin verdiyi göstərişin tam həlli üçün köməyinizi əsirgəməyəcəksiniz.
Qadir Allahdan Prezidentimizə, Sizə və dəyərli ailə üzvlərinizə möhkəm can sağlığı, qüdrət və xoşbəxtlik arzulayırıq. Qadir Allahdan Ulu Öndərimiz Heydər Əliyevə rəhmət diləyirik!” //www.cumhuriyyet.net//
Paylaş:
Müəllif : Yazar
Tarix:10-12-2019, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-12-2019, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01