Cahangir Hacıyevin Londona daşıdığı milyardların Azərbaycana gətiriləcəkmi? - GƏLİŞMƏ
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həbsindən 4 il ötür.
İlk olaraq, C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Daha sonra onun həbs müddəti daha dörd ay uzadılıb. Eks-bankir həbsinin 10-cu ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Həbsindən sonra ona dələduzluqdan əlavə yeni ittihamlar da verilib və onunla bərabər daha 7 nəfər də mühakimə olunub. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunublar. Bu maddələr üzrə C.Hacıyev 15 il müddətində azadlıqdan məhrumetmə cəzası ilə yanaşı, Azərbaycan Beynəlxalq Bankının xeyrinə ondan 63 milyon manat, “AqrarKredit” ASC-nin xeyrinə 7 milyon manat tutulub verilməsinə qərar verilib. Onunla bərabər digər təqsirləndirilən şəxslər - 3 il sınaq müddətinə olmaqla Anar Sultanov 7 il 6 şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Kənan Orucov 7 il 23 gün şərti, Məhəmməd Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına, Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
C.Hacıyevin məhkəmə prosesləri bununla yekunlaşmayıb. O daxil daha 21 nəfərin məhkəmə prosesi bu ilin sentyabrında yekunlaşdı. Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdəki hökmə görə, C.Hacıyevin əvvəlki cəzası toplanmaqla 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov 14 il 6 ay, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Digər təqsirləndirilənlərə şərti cəza verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar olunublar.
Zərərçəkmiş qismində burada “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.
Hazırda C.Hacıyevin məhkəmə prosesi hələ də yekunlaşmayıb. Eks-bankir 16 il 6 aylıq hökmdən apelyasiya şikayəti verib.
C.Hacıyev haqqında aparılan məhkəmə araşdırmaları göstərib ki, o, 9 milyard ABŞ dollarından çox pulu bankın aktivindən çıxararaq Azərbaycan Respublikasının büdcəsinə ziyan vurub. Bu məbləğ Azərbaycanın 2016-2017-ci il büdcəsində ümumdaxili məhsulun 25 faizinə bərabər olub. Bu da Azərbaycan manatının devalvasiyası səbəblərindən biri kimi göstərilib. Bildirilirdi ki, bankdan qanunsuz çıxarılan pullar C.Hacıyevin və ona yaxın olan şəxslərin və qohumların xaricdəki bank hesablarına köçürülüb. Məhkəmə materiallarından belə məlum olur ki, çirkli pulların yuyulması üçün saxta xərclər və gəlir layihələri irəli sürülüb. Çirkli pulların yuyulması üçün Azərbaycanda və xaricdə əsasən ofşor zonalarında olmaqla, şirkətlər yaradılıb. Kreditlər üçün təhlükəsizliyin təmin edilməsi üçün qondarma girovlar (istiqrazlar, zəmanətlər və s.) təqdim olunub.
Daha sonra sabiq bankirin xanımı Zamirə Hacıyeva Londonda çirkli pulların yuyulması ittihamı ilə mühakimə olunur. Burada söhbət 3 milyard dollardan çox vəsaitdən söhbət gedir. Lakin həmin pulların Azərbaycana qaytarılıb-qaytarılmayacağı da sual altındadır.
Məlumat üçün onu da bildirək ki, sabiq bankırın başı üzərini qara buludlar əslində 2015-ci ilin martından almağa başlamışdı. Həmin il Novruz bayramı ərəfəsində xəstələnməsini bəhanə gətirməklə istefa verən C.Hacıyev qərarından iki ay sonra Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə (MCMBİ) çağırılmış, ifadəsi alınaraq sərbəst buraxılmışdı. Lakin bununla təhlükə onun üzərindən sovuşmamışdı. Ən çox onun həbs təhlükəsini “yırtması”na səbəb qudası, həmin vaxt milli təhlükəsizlik naziri olan Eldar Mahmudov idi. 2015-ci il oktyabrın 17-dəki məlum “MTN inqilabı” C.Hacıyevə də yolun sonunu göstərdi. Təsadüfi deyil ki, o hadisələrdən tam 19 gün sonra MCMBİ-yə növbəti dəfə çağırılan C.Hacıyev ilkin olaraq külli miqdarda əmlakı mənimsəməklə dələduzluqda ittiham olunub qandallandı.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-12-2019, 09:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-12-2019, 09:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01