Ali Məhkəmə deputatı niyə müdafiə edir? - İDDİA
Azərbaycanda deputatların adlarının korrupsiyaya bulaşması adi hal alıb. Qanun deputatın bizneslə məşğul olmasını birmənalı şəkildə qadağan edir. Buna baxmayaraq adamlar qanunverici orqanda əyləşib qanunu pozurlar. Korrupsioner fəaliyyətlərini davam etdirirlər. Xalq üçün deyil, mandatın verdiyi imkanlardan özlərinin varlanmasına yararlanırlar.
Deputat Rafael Cəbrayılov biznesindən doğan qalmaqalın sonucu olaraq bu ilin oktyabrında deputat mandatından imtina etməli oldu. Amma illərdir adı qalmaqalların əsas siması kimi keçən, hələ də parlamentə gedib gələn biznesmen deputatlar var. Onların sırasında Elmira Axundovanın ismi ilk yerlərdədir. Bu xanım deputat biznes fəaliyyətini oğlu Həbib Axundovun adına çıxarır. Hər fürsətdə “oğlum bizneslə məşğuldur” deməkdən də usanmır. Müxtəlif hesablamalara görə Elmira Axundovanın varidatı bir neçə 10 milyondur. İddialara görə deputatlığı dövründə topladığı sərvətin dəyəri 30 milyon manatı aşır. Onun Müdafiə Nazirliyi, Təhsil Nazirliyinin elan etdiyi tenderlərdə iştirakını təsdiqləyən səs yazıları bu gün saytlarda yayılmaqdadır.
Elmira Axundovanın oğlu Həbib Axundovun bizneslə məşğul olmağa nə vaxt tapdığı da suallar doğurur. Mətbuatda, sosial şəbəkələrdə Həbib Axundovun baş qəhrəmanı olduğu çeşidli xəbərlər var. Həmin xəbərlərdən belə aydın olur ki, deputat oğlunun günü eyş-işrətdə keçir. Bundan başqa dələduzluq cinayəti, modelin dənizdə müəmmalı şəkildə batması və s. səpkili xəbərlərdə də deputat oğlunun adı keçir. Elmira Axundovanın biznes məşğuliyyətini təsbit etmək üçün müvafiq dövlət qurumlarının, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin hərəkətliliyi kifayət edər. Maraqlıdır ki, deputat biznesindən doğan mübahisələri məhz mandatın verdiyi imkanlardan yararlanmaqla aşırır. Bunun özü də elə korrupsiyadır.
Bu ayın əvvəlində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Elmira Axundovanın cavabdeh kimi keçən işə baxıb. Fərman Məmmədovun Elmira Axundovaya qarşı “şərəf və ləyaqətin müdafiəsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə qərar verib. Deputatın oğlu Həbib Axundovun Fərman Məmmədov, Şahin Məhərrəmova, Sabir Ağayevə və Feyruz Həşimova qarşı “şərəf və ləyaqətini ləkələyən həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə, Fərman Məmmədovun Həbib Axundova qarşı “onun barəsində yaydığı həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə, Elmira Hüseyn qızı Axundovanın Fərman Məmmədova, Şahin Məhərrəmova, Sabir Ağayevə və Elvin Vəliyevə qarşı “barəsində yayılan həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi” barədə tələbinə və Fərman Məmmədovun Elmira Axundovaya qarşı “şərəf və ləyaqətin müdafiəsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Fərman Məmmədov və vəkili Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 4 iyul 2019-cu il tarixli qərarından əlavə kassasiya şikayəti veriblər.
Ramiz Rzayev hesab edib ki, əlavə kassasiya şikayətində göstərilən dəlillər kassasiya instansiyası məhkəməsinin qərarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz.
Görəsən Elmira Axundova deputat olmasaydı, böyük sərvət sahibinə deputatlığı dövründə çevrilməsəydi Ramiz Rzayevin qərarı necə olardı? //istiqlal.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:27-11-2019, 09:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-11-2019, 09:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11