Köhnə başçı mövqe savaşına çıxıb... - İDDİA
Bildiyimiz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin son vaxtlar qətiyyətli siyasi iradə ortaya qoyaraq yürütdüyü kadr gəncləşdirmə siyasəti hazırda KİV-in yer verdiyi ən aktual mövzulardandır. Dövlət başçısının çağırışına əməl etmək məcburiyyətində qalıb istefa verən rəhbər vəzifəli şəxslərdən 81 yaşlı Şəmsəddin Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyətinin başçısı vəzifəsindən getməsinin isə səsi çox gur çıxdı və keçmiş başçının ünvanına səslənən ittihamlarla müşayiət olundu. İcra Hakimiyyəti başçısı dəyişdirilən kimi Xaçmaz rayonu ilə bağlı mediada sensasion məlumat yayıldı. Sabiq İH başçısı Şəmsəddin Xanbababayevin adının da keçdiyi həmin məlumatda bildirilirdi ki, Prezident Administrasiyasından Xaçmaza ayrılmış 600 iş yeri kvotası ictimai işlərə cəlb olunmalı olan adamların sadəcə 30 nəfəri işləyirmiş, yalnız kağız üzərində adları gedən qalanlarının isə minimum əmək haqqı məbləği daşıyan maaş kartlarının əksəriyyəti Şəmsəddinin, bir qismi də digər vəzifəli şəxslərin cibində imiş. Məlumatda həmçinin bildirilirdi ki, bu faktın üstünü təzə gələn icra başçısı Elnur Rzayev açıb və indi Xaçmazda düşüblər küçələrə, “ölü canları” axtarıb tapıb kart qaytarmaq üçün məhəllə-məhəllə gəzirlər. Həmin xəbər yayılan vaxt Şimali Qafqaz kurortlarının birində istirahət edən Şəmsəddin Xanbabayev KİV-ə açıqlamasında məlumatların doğru olmadığını bildirmişdi: «Ayıbdır, onu yazanlara deyin, Allahdan qorxsunlar, sadəcə günahdır”. Sonra da Ümummilli Lider Heydər Əliyevlə, Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevlə çiyin-çiyinə işlədiyini xatırlatmış, eynən «Qanun naminə» bədii filminin personajlarından olan Kamilov kimi özünün dövlət qarşısında keçmiş xidmətlərini sadalamışdı: Voroşilov ordeni, Budyonnının qılıncı, qızıl saat… Nə isə. Maaş kartları məsələsi əslində bircə təkziblə üstündən keçiləsi iş deyil, hüquq-mühafizə, cinayət təqibi orqanları tərəfindən ciddi araşdırılmalıdır. O da bəllidir ki, Xaçmaza rəhbərlik etdiyi son on ildə vəzifə kreslosundan ikiəlli yapışan Şəmsəddin Xanbabayevin Allahdan qorxmadığı vaxtlar çox olub. Xaçmaza ayrılan milyonlarla manat pul vəsaitini rayonun abadlığına, bərbad yollarının təmirinə deyil, özünə yaxın firmaya inşa etdirdiyi at, dəvə heykəllərinə xərcləyəndə Xanbabayevin yadına Allah düşmürdü. Hələ 2007-ci ildən başlayaraq Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin Quba bazarında fəaliyyət göstərən “Arzu” Özəl Ticarət Mərkəzinin sahibəsi, şairə Nəcimə Babayevaya qarşı addımlar atdığı, dövlətin gücündən istifadə olunmaqla, inzibati resurslardan bəhrələnməklə sahibkar xanıma qarşı əsassız məhkəmə davaları açdırdığı deyilirdi. 2010-cu ildə isə Şəmsəddin Xanbabayevin xoşlamadığı şairə Nəcimə Babayeva evində vəhşicəsinə qətlə yetirildi. Qətl bu günə qədər açılmamış cinayət dosyesi olaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsindədir. Diqqətiçəkən məsələdir ki, Şəmsəddin Xanbabayevin RİH başçısı vəzifəsindən getməsi barədə Prezident sərəncamı işıq üzü görməzdən iki gün əvvəl Sumqayıt Apelyasiya Məhkəməsində hakim Nazim Nəsibovun sədrliyi ilə keçirilən prosesdə olduqca maraqlı bir gedişat müşahidə olunub. Hakim Nazim Nəsibov Nəcimə Babayevanın qızı, “Arzu” Özəl Ticarət Mərkəzinin sahibəsi Gülnarə Həbibovanın iddiası əsasında cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin mülkiyyətçilərinə Gülnarə Həbibovanın özəl mülkiyyətində olan həmin bazarın ərazisində hasar çəkilməsinə maneçilik törədilməsinin qadağan edilməsi haqda qərardad çıxarıb. Gülnarə Həbibova KİV-lə anasının qətlinin sifarişçi və icraçılarına belə bir mesaj ünvanlayıb: «Bütün bu işlərin arxasında dayanan şəxslərin kimliyini gözəl bilirik. Anamıza qarşı addımlar atdılar, min cür hiylə-fəsad törətdilər, alınmadı. Anamın qətlinə fərman verildi. İllərdir ki, eyni ssenarilər bizə qarşı işlədilir. Bizim inamımız Azərbaycan dövlətinə, mülkiyyətimizin qarantı kimi prezident İlham Əliyevədir. İnanırıq ki, gec-tez anamın qətlinin sifarişçisi də, killeri də, bizə qarşı bu oyunları quranlar da qanun qarşısında dayanacaqlar. Hələliksə, biz mübarizəmizi davam etdiririk. Kimsə düşünməsin ki, bir addım geri çəkiləcəyik. Bu mümkün deyil”. O da bəllidir ki, Şəmsəddin Xanbabayev Xaçmazda hakimiyyətdə olduğu dönəmdə yiyələndiyi obyektləri itirməmək, vəzifəli şəxslərə təzyiq rıçaqlarını əldə saxlamaq, eləcə də törətdiyi, rəvac verdiyi qanunsuzluqların üstünün örtülü qalmasını təmin edə bilmək üçün YAP Xaçmaz rayon təşkilatının sədri vəzifəsini buraxmayıb. Bu azmış kimi, onun gələn ay Xaçmaz bələdiyyəsinə sədr «seçilməyə» cidd-cəhdlə hazırlaşdığı barədə də söhbətlər dolaşır.
Mövzunu davam etdirəcəyik.
Nyuz.az
Paylaş:
Müəllif : Yazar
Tarix:13-11-2019, 10:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-11-2019, 10:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |