“Bir qrup azərbaycanlı istifadəçi qərar verib ki, mən ensiklopedik şəxs deyilmişəm...”
Yazıçı, şair, dramaturq Orxan Bahadırsoyun “Vikipediya” səhifəsi bir qrup azərbaycanlı istifadəçi tərəfindən silinib. Bu barədə yazıçı özünün “Facebook” səhifəsində məlumat paylaşaraq belə yazıb: “Vikipediya” səhifəmi, heç bir əsası olmayan səbəblərlə siliblər. Dünyanın ən böyük virtual ensiklopediyası bir dəstə barbarın ümidinə qalanda belə olur”.
AYNA əməkdaşı məsələ ilə bağlı O.Bahadırsoyla həmsöhbət olub.
- “Vikipediya” səhifənizin silinməsi nə ilə bağlıdır?
- Dəqiq bilmirəm. O səhifəni bir neçə il əvvəl, məndən bioqrafik məlumatlarımı alaraq bir oxucum açmışdı. Hətta mənim şəxsi adıma yaradılmış “Vikipediya” səhifəsi ilə yanaşı, başqa oxucular da iki kitabımın adına səhifə yaratmışdılar. Səhifələrin üçünü də siliblər. Kitablarla bağlı səhifələrin silinməsində problem görmürəm. Hər kitabın “Vikipediya” səhifəsi olmalı deyil ki. Amma mənim adıma açılan səhifənin silinməsini doğru hesab etmirəm.
- Bununla bağlı səbəb göstərilibmi?
- Səbəb kimi göstərilən odur ki, ensiklopedik şəxs deyilmişəm. “Vikipediya”da bir adamın haqqında səhifə açılması üçün göstərilən bütün şərtlərə uyğun gələn fəaliyyətim var. Mən orda gedən müzakirələri oxudum. Yazıblar ki, sadəcə bir kitabımla bağlı mediada xəbər var. Görünür, “Vikipediya”nın azərbaycanlı aktiv istifadəçilərinin “Google” axtarış sistemindən başları çıxmır. Mənim dörd kitabım çap olunub və onların dördü haqqında da mediada geniş məlumatlar var. Başqa bir səbəb kimi haqqımda akademik məqalələrin yazılmadığı göstərilib. Halbuki tənqidçi, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın, yazıçı Azad Qaradərəlinin, yazıçı-jurnalist İradə Qaracallının və başqalarının haqqımda yazdıqları akademik məqalələr var. İradə xanım Musayevanın XXI əsr Azərbaycan ədəbiyyatı haqqında yazdığı kitabla mənim yaradıcılığım filologiya fakültəsində magistr tələbələrinə tədris olunur. Dövlət Televiziyasının mənim yaradıcılığıma həsr etdiyi veriliş var. Beynəlxalq Dramaturgiya Festivalında Azərbaycanı təmsil etmişəm və dram əsərim Avropa səhnəsində oynanılıb. 8 ildən çoxdur ki, ölkənin ən nüfuzlu informasiya agentliklərində yazılarım yayımlanır. Ədəbiyyat adamlarının içində müsahibələri ən çox oxunan adamlardan biriyəm. Əsərlərim, köşə yazılarım rus, türk, ingilis, alman dillərinə tərcümə olunub. Bunun kimi bir neçə müxtəlif nailiyyətlər saya bilərəm. Lakin bir qrup azərbaycanlı “Vikipediya” istifadəçisi oturub sənət və ədəbiyyat adına qərar veriblər ki, mən ensiklopedik şəxs deyilmişəm.
- Bu addımın arxasında sizə qarşı hər hansı başqa bir məqsədin olduğunu düşünürsünüzmü?
- Şəxsi həyatım və yaşam tərzim yazılarıma sirayət etdiyi üçün bir qrup radikalların qəzəbləndiyini düşünürəm. Bu səbəblə, guya hirslərini soyutmaq üçün “Vikipediya” səhifəmi silə bilərlər. Məni narahat edən səhifənin silinməsi deyil. Məni narahat edən odur ki, kimliyi, fəaliyyəti, statusu, sənət və elm adına heç bir işi məlum olmayan bir qrup şəxs, dünyanın ən böyük virtual ensiklopediyasında özünü hər hansı səlahiyyət sahibi hesab edib, bir ədəbiyyat adamının ensiklopedikliyinə necə qərar verə bilir və rahatlıqla səhifəni silə bilirlər? Mən aliliyi məchul bir ortamda və əsassız iddialarla adımın müzakirə olunmasından narahatam. Məni tanıyanlar bilirlər ki, mən özümə və sənətimə sonsuz sayğı və sevgi ilə yaşayan adamam. Müzakirəsiz-filansız silinsəydi, bəlkə də heç əhəmiyyət verməzdim. Amma o müzakirələr çox barbarca və savadsızca idi. Bunda birbaşa “Vikipediya” rəsmilərinin məsuliyyət daşıdığını düşünürəm. Ensiklopedik məlumatlar ehtiva edən bu cür nüfuzlu bir sayt, bacarıqsız, bilgisiz adamların özbaşına idarəetməsinə həvalə edilməməlidir. Bu ədəbsizliklə bağlı bir tədbir görmələri üçün “Vikipediya” yetkililərinə rəsmi məktub ünvanlayacağam.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-11-2019, 09:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-11-2019, 09:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti