Göyçayın icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu həbs olundu - SƏBƏB
regionxeberlericom.az-a daxil olan məlumata görə Göyçay rayonunda oğurluq etməkdə şübhəli bilinən Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadənin qardaşı oğlu, keçmiş dövlət məmuru həbs edilib.
Göyçay rayon Polis Şöbəsindən verilən xəbərə görə, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun Bakıda yaşayan iş ortağı Məmməd Əliyevə məxsus təsərrüfatdan oğurluq edən, icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu, Göyçay Gənclər Mərkəzinin keçmiş rəhbəri və Göyçay rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Cəbrayılov Səməd Surxay oğlu şübhəli şəxs qismində saxlanılıb. Sahibkar polis şöbəsinə müraciət edərək bildirib ki, rayonun Mirzəhüseynli və Şəhadət kəndləri ərazisində icarəyə götürdüyü torpaq sahəsində taxıl, çəltik və yonca əkini ilə məşğul olduğunu və ona məxsus təsərrüfata qanunsuz daxil olmaqla böyük həcmli "Generator su pompası" və "Taxta konstruksiya tipli ev" oğurlanıb. Nəticədə İran vətəndaşına və onun iş ortağı olan Məmməd Əliyevə 8 min 500 manat maddi ziyan vurulub.
Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Cəbrayılov Səməd Surxay oğlu saxlanılıb və onun barəsində Göyçay rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Faktla bağlı araşdırma və istintaq aparılır.
Qeyd edək ki, Səməd Cəbrayılov əmisi Mehdi Səlimzadə Göyçay rayonununa icra başçısı vəzifəsinə təyin edilənə qədər atası ilə birlikdə qəssablıq fəaliyyəti göstərirmiş.Mehdi Səlimzadə vəzifəyə təyin olunandan dərhal sonra qardaşı oğlu Səmədə vəzifə verir etimad göstərir. Bundan sonra Səməd Cəbrayılov əminin himayəsi altında avam insanları aldatmaqla, onlara hədə-qorxu gəlməklə məşğul olur. İcra başçısı olan əminin Səməd Cəbrayılovu güdaza verməyin səbəbi isə ona naxələflik etməsi olub. Buna görə icra başçısı olan qəzəbli əmi onu vəzifədən azad edir.Vəzifədən azad olunan Səməd Cəbrayılov əmisinin qanunsuz fəaliyyətini ifşa etməyə başlayır. İşin kritik həddə çatmasını görən Mehdi Səlimzadə qardaşı oğlunu susdurmaq üçün onun həbsinə nail olur.Əslində isə Səməd Cəbrayılov bütün bu cinayətləri əmisi ilə əlbir olub edib.
Mətbuat olaraq bu barədə tərəfimizdən araşdırma aparılır, yaxın günlərdə ictimaiyyətə geniş məlumat veriləcək.
regionxeberlericom.az
Paylaş:
Müəllif : Yazar
Tarix:2-11-2019, 14:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-11-2019, 14:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti