"Bir qolumu ermənilər kəsmişdi, birini də Azərbaycan məhkəmələri kəsdi" - QALMAQAL
Üç ildir ki, «Muğanbank»la «Zirə Kəndli Fermer Təsərrüfatı» MMC arasında məhkəmə çəkişməsi var. Bank iddia edir ki, bu quruma 2008-ci ildə verilən 300 min dollarlıq kredit qaytarılmayıb. Ona görə də girov qoyulmuş üç evin (iki mənzil və bir bağ evi) hərraca çıxarılıb satılması və əldə olunan vəsaitin banka ödənilməsi barədə iddia qaldırıb.
Nərimanov rayon Məhkəməsi iddianı təmin edib – «Zirə Kəndli Fermer Təsərrüfatı» MMC-dən bankın xeyrinə 178 min 690 dollar əsas borc, 74 min 963 dollar faiz borcu (cəmi 253 min 653 dollar) tutulması, bu məqsədlə sözügedən evlərin hərraca çıxarılıb satılması, orada yaşayanların bir ay ərzində çıxmasına qərar verib.
«Zirə Kəndli Fermer Təsərrüfatı» MMC-nin direktoru Bəxtiyar Abbasov isə bildirir ki, yalandır, ona 300 min dollar pul verilməyib. Onun sözlərinə görə, bundan əvvəl bankdan müxtəlif müqavilələrlə (ayrı-ayrı adamların adına) ümumilikdə 240 min manat kredit götürüblər. O kreditləri də tədricən ödəyiblər. Sonradan bankdan onlara deyiblər ki, həmin kreditləri bir kredit müqaviləsi ilə əvəzləyirlər. B.Abbasov deyir ki, o vaxt 240 min manat 300 min dollar edirdi, ona görə də 300 min dollarlıq müqavilə bağlayıblar: «Amma bizə 300 min dollar verilmədi. Heç biz də istəmədik, çünki əvvəl götürdüyümüz kreditlərin ümumiləşməsi idi. Bizə elə demişdilər. İndi isə iddia edirlər ki, yox, 300 min dollar da əlavə kredit verilib. O vəsaitin bizim bank hesabımıza köçürüldüyünü iddia edirlər. Amma bunu təsdiqləyən mədaxil-məxaric orderi ortaya qoymurlar. Qoya da bilməzlər, çünki yoxdur».
Bakı Apellyasiya Məhkəməsi məhz 300 min dolların «Zirə Kəndli Fermer Təsərrüfatı» MMC-nin hesabına köçürülməsini təsdiqləyən məxaric orderi olmaması əsasıyla bankın iddiasını haqlı saymayıb. Nərimanov rayon Məhkəməsinin qərarını ləğv edib, bankın iddiasının təmin edilməməsi haqda yeni qətnamə çıxarıb.
Bank bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə onun xeyrinə qərar çıxarıb – Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən araşdırılması üçün həmin instansiyaya qaytarılıb.
Bu dəfə Bakı Apellyasiya Məhkəməsində bu işi Raqib Qurbanovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırıb.
Oktyabrın 30-da keçirilən məhkəmədə B.Abbasov bir daha vurğulayıb ki, onlara 300 min dollar pul verilməyib. Hələ, üstəlik, o vaxt kreditləri ona verəndə bankda ondan 75 minə qədər əlavə pul alıblar.
B.Abbasov əlavə edib ki, bankın hərraca çıxarılıb satılmasını istədiyi evlərdə məcburi köçkünlər, Qarabağ müharibəsində əlil olmuş şəxslər yaşayırlar.
Evlərdən biri - Bakının Qara Qarayev prospektində yerləşən üçotaqlı mənzil Yelmar Babayevə məxsusdur. O da «Zirə Kəndli Fermer Təsərrüfatı» MMC-də B.Abbasovla birlikdə şərik olub. Sözügedən mənzildə o, iki övladı, anası, bacısı və onun uşağıyla birlikdə yaşayır.
Mənzilin bu sakinləri də məhkəmədə iştirak ediblər.
«Mən bir qolumu Ağdamda qoyub gəlmişəm. O birini də siz kəsməyin. Sizə qurban olum, ədalətli qərar çıxarın», – 81-yaşlı Tamara Babayeva hakimlərə üzünü tutub.
Çiçək Babayeva isə deyib ki, əgər ədalətli qərar çıxarılmasa, özlərinə qəsd edəcəklər: «Əgər siz bankın saxta iddiası əsasında sifarişli qərar versəniz, bizim başqa yolumuz qalmır. Bir dəfə erməni bizi evimizdən çıxarıb, indi də bunlar məhkəmələrin əli ilə eyni şeyi edirlər. Əgər ədalətli qərar olmasa, bizi evimizdən çıxarsalar, Prezident Administrasiyasının qarşısında intihar edəcəyik. Başqa yolumuz yoxdur».
«Muğanbank»ın nümayəndəsi məhkəməyə «Zirə Kəndli Fermer Təsərrüfatı» MMC-nin rəhbəri ilə bağlanmış «Müddətli öhdəlik» müqaviləsi təqdim edib. Orada 300 min dollar verilməsi əksini tapıb.
B.Abbasov bildirib ki, ona əvvəlki kreditlərin ümumiləşdirilib, bir müqavilədə əksini tapacağını deyib, qol çəkdiriblər: «Yenidən pul köçürməyiblər. Köçürüblərsə, mədaxil-məxaric orderini ortaya qoysunlar».
Bakı Apellyasiya Məhkəməsi ötən dəfəkindən fərqli olaraq, bu dəfə bankın xeyrinə qərar çıxarıb. «Zirə Kəndli Fermer Təsərrüfatı» MMC-dən bankın xeyrinə 253 min 653 dollar tutulması, bu məqsədlə evlərin hərraca çıxarılıb satılması barədə Nərimanov rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb.
B.Abbasov bildirir ki, qərardan Ali Məhkəməyə bir daha kassasiya şikayəti verəcəklər. Onu da əlavə edir ki, bu instansiya məhkəməsində də ədalətli qərar çıxarılacağına inamı azdır.
«Bir qolumu ermənilər kəsmişdi, birini də Azərbaycan məhkəmələri kəsdi - məni bu yaşımda ədalətsiz, qanunsuz qərarlarla evimdən çıxarmaqla. O evdə bilirsiz nə qədər adam yaşayır? Oğlum həyat yoldaşını itirib, iki körpəsi var, qızım ikinci qrup əlildir, həm də onkoloji xəstədir, mən əlil adamam. Bu qədər saxta iddia ilə evdən bayıra atmaq heç bir qanuna sığmaz», - T.Babayevanın sözləridir.
Onlar məhkəmənin qərarından sonra, oktyabrın 31-də prezidentə də şikayət ediblər. Məktubda onların əleyhinə olan qərarlara görə Ali Məhkəmənin sədri Ramiz Rzayevi ittiham ediblər: «Bizim xeyrimizə olan məhkəmə qərarı Ali Məhkəmənin sədrinin göstərişi ilə ləğv edilib. Əsas kimi, bankın nizamnamə kapitalının 50 faizinin artıq «Paşabank»a məxsus olmasını göstərirlər. Cənab prezident, «Paşabank» tərəfindən Ramiz Rzayevə bu məsələ ilə bağlı hər hansı bir tapşırıq verilməyib. Bu, Ali Məhkəmə sədrinin özbaşınalığıdır. Xahiş edirik, bu məsələni şəxsi nəzarətinizə götürüb, hüquqlarımızın bərpasına yardım edəsiniz».
Paylaş:
Müəllif : Yazar
Tarix:1-11-2019, 10:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-11-2019, 10:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti