BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?
“Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyllər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir…”
Bunu Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə deyib.
Prezident qeyd edib ki, belə davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik. Təbii ki, söhbətin növbəti dəfə devalvasiyanın baş verməsi və bank sektorunun çökməsi təhlükəsindən getdiyi məlumdur.
Artıq uzun illərdir ki, müstəqil iqtisadçı ekspertlər, “AzPolitika.info” da daxil olmaqla, bir çox mətbu orqanlar və hətta deputatlar da bank sektorundakı vəziyyəti sərt tənqid edirlər, bu sektorun ölkə iqtisadiyyatının inkişafında öz üzərinə düşən missiyanı yerinə yetirmədiyini bildirirlər. Heç kimə də sirr deyil ki, ölkədə baş vermiş 2 ardıcıl devalvasiyada məhz bank sektorunun, burada baş verən talançılıq və qanunsuzluqların, bu sektorun iqtisadiyyatın inkişafına töhfə vermək əvəzinə onun əsaslarını bir çox hallarda baltalamasının böyük rolu olub.
Azərbaycanda böyük sayda bacarıqlı, zəhmətkeş iş adamları var ki, müxtəlif sahələrdə müəssisələr, istehsal obyektləri, dolayısı ilə də iş yerləri və əlavə dəyər yaratmaq imkanlarına malikdirlər. Lakin məhz maliyyə alətlərinin, xüsusilə də kreditlərin əlçatmazlığı onların əl-qolunu bağlayır. Adamların qarşısına elə şərtlər, elə girov və faiz tələbləri qoyulur ki, iş görmək istədiklərinə peşman olurlar. Əvəzində real sahibkardan fantastik girov və faiz dərəcələri tələb olunduğu halda, bank sahibinə yaxın olan, heç bir biznes-filan qurmayan, məqsədi sadəcə kredit adı altında götürülən vəsaitləri elə bank rəhbərlərilə şərik olaraq mənimsək olanlara girovsuz və faizsiz(!) pul dağıdılıb. Bunun istər Azərbaycan Beynəlxalq Bankının (ABB), istərsə də “Bank Standard”ın işində şahidi olmuşuq. Hələ bunlar, necə deyərlər, üstü açılan işlərdir.
Əslində isə bank sektorunda vəziyyət hətta üzdə görünəndən də qat-qat acınacaqlıdır. Ölkə başçısının problemli kreditlərlə bağlı verdiyi qərara və büdcədən külli miqdarda vəsait ayrılmasına baxmayaraq, hərəsi bir məmur-oliqarxın nəzarətində olan banklarda problemli kreditlərin həcmi günbəgün sürətlə artır.
Məsələn, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bir müddət əvvəl bankların real vəziyyətinin gizlədildiyini bildirən açıqlama verib. Sitat: “Əgər banklar problemli kreditlərinin həcmini etiraf etsələr, bağlanmalıdırlar. Buna görə də banklar tədricən, kredit işləri üzrə məhkəməyə müraciət etdikcə problemli kreditlərini də etiraf edirlər. Hazırda Azərbaycanda fəaliyyət göstərən bank var ki, maliyyə hesabatlarında guya mənfəətlə işləməsi göstərilir. Guya 100 milyondan çox kredit verib. Halbuki, o bu krediti verməyib, sadəcə, kimlərəsə bu krediti verdiyinə dair sənəd imzaladıb. Əslində, problemli kreditlərin həcmi açıqlanan rəqəmlərdən də çoxdur”.
“Ata Bank” nümunəsi…
Belə görünür ki, bank sektorundakı ciddi problemlər hələ yavaş-yavaş üzə çıxmaqda davam edəcək. Məsələn, hazırda “Ata Bank” ətrafında baş verən hadisələr göstərir ki, bu bankın da tezliklə ABB, “Texnikabank” və “Bank Standard”-ın taleyini yaşaması mümkündür. Bu bankda da söhbət daha çox cinayət xarakterli əməllərdən gedə bilər. Burada milyonlarla manat dəyərində kreditlər verilib və geri qayıtmayıb, ancaq bu kreditlər də ABB və “Bank Standard”da olduğu kimi, adi vətəndaşlara verilməyib. Bu işlərdə də çox yüksək vəzifəli şəxslər iştirak edir.
Xatırladaq ki, bu bank sabiq vergilər naziri Fazil Məmmədovun bankı kimi tanınır. O, yüksək vəzifə tutduğu zaman banka heç kim yaxın düşə bilməsə də, postunu itirən kimi bankdakı problemlər bir-bir üzə çıxmağa başladı. Düzdür, bank hələ rəsmi olaraq bağlanmayıb, amma görünür həmin çox da uzaqda deyil. Bunun hansı fəsadlar törədəcəyinə gəldikdə isə, elə “Bank Standard” nümunəsinə baxmaq kifayətdir. Yəni ki, yenə əmanətçilər qalacaqlar küçələrdə, pullarını tələb edəcəklər. Yenə dövlət işə qarışmalı olacaq və on milyonlarla, bəlkə də yüz milyonlarla manat vəsait bankın “zibillərini” təmizləməyə xərclənəcək. Bu pullar isə yenə də büdcədən, yəni xalqın cibindən ödəniləcək.
Ən pisi isə odur ki, bütün bunlardan bizdən də daha yaxşı bank sektoruna görə cavabdeh olan, bankların pul-kredit siyasətinə, maliyyə göstəricilərinə nəzarət edən Mərkəzi Bank (MB) xəbərdardır. Lakin istər ABB-nin, istərsə də “Bank Standard”-ın işində olduğu kimi, MB vaxtında hər hansı müdaxilə etməyib və indi də susur.
Yeri gəlmişkən, son iqtisadi müşavirədə ölkə başçısının bank sektoru ilə bağlı səsləndirdiyi iradların sözsüz ki, həmin iclasda iştirak edən Elman Rüstəmova da birbaşa aidiyyatı vardı. Dövlətin hər cür dəstəyinə rəğmən bankların iqtisadiyyatın inkişafında öz üzərinə düşən vəzifəni yerinə yetirməməsinin bir səbəbi də MB-nin bank sektorunun requlyatoru kimi öz işinin öhdəsindən lazımınca gələ bilməməsi, banklardakı özbaşınalıqlara, talançılığa göz yummasıdır.
Hər necə olsa, son iqtisadi müşavirədə bank sektoru ilə bağlı səslənən tənqidi fikirlər bu sektorun başında duranlar üçün “sarı vərəqə” anlamını daşıya bilər. Ümid edək ki, bundan nəticə çıxarılmasa və banklar yenə də sadəcə öz sahiblərini nə yolla olursa-olsun varlandırmaqla məşğul olsalar, bu sektorda aparıcı söz sahibi olan məmur-oliqarxlar tezliklə “qırmızı vərəqə” də alacaqlar. Və nə zamansa Azərbaycanın bank sektoru müasir, dinamik və ən əsası da ölkə iqtisadiyyatının inkişafına sözdə deyil, əməldə dəstək verən sahəyə çevriləcək… //azpolitika.info//
Paylaş:
Müəllif : Yazar
Tarix:19-10-2019, 10:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-10-2019, 10:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti