reklam
Regionxeberlericom.az » Gündəm » Bələdiyyə torpaqlarının satışı ilə bağlı mühüm YENİLİK OLACAQ

reklam

Bələdiyyə torpaqlarının satışı ilə bağlı mühüm YENİLİK OLACAQ
















Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq, bir sıra qanunlarda dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyə olundu.

Bu barədə millət vəkili Vüqar Bayramov bildirib.

“İclasda təqdim etdiyim dəyişikliklərdə mühüm məqamlardan biri də bələdiyyə mülkiyyətində olan torpaq sahələrinın satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiymətinin müəyyən olunması sahəsində səlahiyyətin tənzimlənməsini ilə bağlı idi. Yeni dəyişikliklərə əsasən, torpağın qiyməti bilavasitə bələdiyyələr tərəfindən deyil, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa uyğun olaraq müəyyən ediləcək. Dəyişikliklərə əsasən, bələdiyyə torpaqlarının qiyməti qiymətləndiricilər tərəfindən müəyyənləşdiriləcək

Bu dəyişiklik sözügedən sahədə şəffaflığın daha da gücləndirilməsi, maraqların toqquşmasının qarşısının alınması və sui-istifadə hallarının aradan qaldırılması baxımından vacib idi”, - o qeyd edib.





Paylaş:


Müəllif : Tarix:
Dünən, 22:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər