Nərimanov məhkəməsindən Qarabağ əlillərinə qarşı ağlasığmaz ayrı-seçkilik
Nə ərizələrinə baxılır, nə də şikayətləri apellyasiya instansiyasına göndərilir
18 oktyabrda əlil -şəhid ailələrinin piketi gözlənilir. Nərimanov rayon məhkəməsinin xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı Qarabağ əlili Xaliq Abbaszadənin “Rəvan” sığorta şirkətinə qarşı iddiası üzrə yarıqat edilən pensiyasını bərpa etməsindən yazmışıq. Hakim Vüqar Quliyev 06.05.2019 tarixli qətnamə ilə “İcra haqqında” qanunun 68.1.2 maddəsinə əsasən, yəni tələbin borclunun xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə ödənilən məbləğlərə yönəldilə bilməzliyini əsas tutub iddiaçı Qarabağ əlilinin pensiyasından “Rəvan” sığorta şirkətinin “rəvanlıqla” yediyi 350 manat vəsaitin “Rəvan” sığorta şirkətinə yanlış ödənildiyini qət edib və geri qaytarılmasına qərar verib. Məhkəməyə saxta icra sənədi təqdim etməsinə görə cavabdeh barəsində cinayət işinin qaldırılması üçün xüsusi qərardadla prokurora xəbər verilməsi haqqında Qarabağ əlillərinin 09.05.2019 tarixli ərizəsinə isə Nərimanov rayon məhkəməsi 6-cı aydır baxmır . Bu hələ harasıdır? Əlil iddiaçıya qətnamə 27.05.2019 tarixində verilib və bunu sübut edən zərfin surəti əlavə edilməklə 22.06.2019 tarixində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət edilib. Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 133, 362-364 maddələrinin tələblərinə əməl edilməsi üçün şikayəti birinci instansiyaya 01.07.2019 tarixli məktubla göndərsə də, 4 aydır Nərimanov məhkəməsi Qarabağ əlilinin apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə göndərməkdən imtina edir. Cavabdeh “Rəvan” sığorta şirkətinin apellyasiya şikayəti isə şikayətvermə müddəti keçməsinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Nərimanov rayon məhkəməsinin hakimi Vüqar Quliyevin tərəflərə eyni gözlə baxmamasının nədəni haradan qaynaqlanır? Bu təkcə cavabdehlə qeyri-prosessual münasibətdən qaynaqlanmır, eyni zamanda Suraxanı məhkəməsinin hakimi Ramil Həsənovun Nərimanov məhkəməsinə “həmkar özbaşınalığı” mesajından , icra məmuru Vüsal Əliyevin məhkəməyə və bütövlükdə məhkəmə sisteminə hörmətsizliyindən doğur. Fikir verin, Suraxanı rayon məhkəməsinin hakimi Ramil Həsənov Ali Məhkəmənin 16.05.2017 tarixli qərarını hələ də tanımır və qanuni qüvvəsi olmayan 28.11.2016 tarixli saxta qətnaməsini Ali Məhkəmənin qərarından üstün tutur. Bu absurdluğa isə hələ ki hüquqi qiymət verilməsi təmin olunmur. Əksinə, Ramil Həsənovun şifahi göstərişi ilə Suraxanı icra məmuru Vüsal Əliyev qanuni qüvvəsi olmayan qətnamə əsasında xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ əlilinin pensiyasını dələduzluqla yarıqat etdirib və reabilitasiya vasitəsi olan avtomobilinə də həbs seçdirib. Ortada isə icra sənədinin özü yoxdur! “İcra haqqında” qanunun 7.2 maddəsinə görə, icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiq olunur. Yəni məhkəmə möhürü ilə təsdiq olunmadığından cavabdehin məhkəməyə təqdim etdiyi icra sənədi saxtadır və bu saxtalıq Konstitusiyaya görə dövlətə qarşı ən ağır cinayət sayılır. Di gəl, məhkəmə hakimiyyətinin mənimsənilərək məhkəmənin adından saxta icra sənədi tərtib edilməsinə nəinki hüquqi qiymət verilir, heç icra məmuru Vüsal Əliyev 3-cü şəxs qismində də cəlb edilməsinə baxmayaraq məhkəməyə hörmətsizlik edərək, məhkəməyə gəlmir. Qarabağ əlilinin pensiyasını saxta sənəd ilə yeyən “Rəvan” sığorta şirkəti isə yediyinə məhkəmələri də ortaq edərək, hələ ki, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilini məhkəmə zallarında “müalicə etdirir”. Hakimlər də bir -birinin ayağını tapdamır, nə qarşılıqlı iddia ərizəsinə baxılır, nə də prokurora xəbər verilməsi haqqında ərizəyə . Özbaşınalıq o həddə çatıb ki, apellyasiya hüququna da qadağa qoyulub. Qarabağ əlilinin konstitusion apellyasiya hüququna qadağa qoyulması 15 Qarabağ əlili ailəsinin iştirakı ilə piket keçirmək haqqında BŞİH -ə xəbərdarlıqla sonuclanıb . Piketin 18.10.2019 tarixində Nərimanov məhkəməsinin qarşısında keçiriləcəyi bildirilir.
Amma piket keçirilməyə də bilər. Nədən əlillərin tələbi apellyasiya şikayətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməməsindəndir. Şikayəti apellyasiya instansiyasına göndərmək isə aşağı instansiyanın borcudur. Nərimanov məhkəməsi borcunu yerinə yetirib, piketi önləyə bilər.
Məğrur Bədəlsoy
Paylaş:
Müəllif : Redaktor
Tarix:14-10-2019, 20:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:14-10-2019, 20:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti