Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı

Quba rayon Mərkəzi Xəstəxanasının ərazisində xəsarətlə nəticələnən hadisə baş verib.
“Shimal.news” xəbər verir ki, kardioloq Cabir Məmmədovu avtomobil vurub. Həkimlər ona dərhal tibbi yardım göstəriblər. Onun baş nahiyəsindən xəsarət aldığı və Reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib.
İnsident polis əməkdaşları tərəfindən araşdırılan zaman C.Məmmədov hadisəni törədən şəxs barəsində şikayətçi olmadığını söyləyib.
Məsələ ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə yanvarın 15-i saat 18:00 radələrində qeydə alınıb: “Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 1 nəfər (kişi cinsli) Quba rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1950-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol alın nahiyəsinin sıyrılmış yarası diaqnozu təyin edilib.
Hazırda xəstəxananın müvafiq şöbəsində müalicəsi davam etdirilən yaralının vəziyyəti stabil qiymətləndirilir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-01-2025, 19:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR