Ağdamda kollec direktoru nazirə verdiyi pulu “çıxarır”? - İDDİA
Keçmiş direktor Laura Ağayevanın rəhbəri olduğu dövrdə müavin vəzifəsini daşıyan Rafael Musayev qış semestri gəlməmiş tələbələrdən pul tələb tələb edir. O, bu tələskənliyin səbəbini açıqlamasa da, iddialara görə, yaxın çevrəsinə qeyri-rəsmi söhbətlərdə Təhsil Nazirliyinə 150 min “ödəniş” etdiyini söyləyib. Bu pul onun direktor vəzifəsinə təsdiqlənməsi üçün qabaqcadan verilmiş “ənam” kimi qiymətləndirilir. Hətta R.Musayev yan-yörəsində danışır ki, guya təhsil naziri Ceyhun Bayramov tezliklə əmrini verəcək, artıq 150 min “haqq” nazirliyə çatıb.
Bu söhbətlərin əsnasında o iddialar da dolaşır ki, Rafael Musayev həmin vəsaiti nazirliyə Ağdamın icra başçısı Vaqif Həsənovun əli ilə çatdırıb.
Qeyd edək ki, kollecin qeyri-rəsmi direktorunun bu söhbətləri yayması nazirə və icra başçısına ağır ittihamlardır. Ona görə nazirlik və İH tərəfindən rəsmi açıqlama verilməlidir ki, niyə musiqi kollecinin direktoru rayonda belə məlumatlar gəzdirir. Üstəlik, bu günlərdə yeni direktor xəbər portallarının birində özünü təriflədən məqalə yazdırıb, həmin məqalədə az qala Rafael Musayev ölkə təhsilinin xilaskarı kimi təqdim olunub.
Maraqlıdır ki, Rafael Musayev əmindir ki, nazir əmrini verəcək və bundan sonra o da tələbələrdən rüşvət tələb edərək verdiyi 150 min manatı çıxaracaq. Daha doğrusu, xəbərlərdə deyilir ki, Rafael Musayev indidən 150 min manatı çıxarmağın yollarını axtarır. O, semestr “haqqı”nı yığdırır, məzun fotoalbomu (vinetka) alverinə girişir. Belə ki, “tender” udan fotoqraf direktorla “hesablaşır”. Bax, Ağdam musiqi kollecində belə bir bazar açılıb.
Qəribəsi budur ki, 67 yaşlı R.Musayevin yaş senzinə görə təqaüdə göndərilməsi əvəzinə kollecə direktorluq etməsinə “yaşıl işıq” yandırılır. Görünür, R.Musayev özü də bu yaşında arxayındır ki, verdiyi 150 mini tez vaxtda çıxarmağa müəssər olacaq. Çünki qazanc yerlərindən biri də tələbələrin aylığa çıxmasıdır.
Bu işlər üçün çırmanan Musayev əmrini gözləyir ki, daha rahat şəkildə fəaliyyət göstərə bilsin. Amma təlaş, həyəcan içindədir, işin alınmamasından da qorxur.
Maraqlıdır, R.Musayev müavin işləyərkən nə qədər maaş alıb, hansı məbləğdə rüşvətlər əldə edib ki, direktor postuna keçməyə 150 min verə bilib?
Bəlkə nazirə bu pul çatmayıb? Ümumiyyətlə, nazir Ceyhun Bayramovun Ağdam musiqi kolleci ətrafında baş verənlərdən xəbəri varmı?
Xatırladaq ki, Ağdam musiqi kolleci Laura Ağayevanın vaxtından tədris səviyyəsi aşağı, rüşvətə bulaşmış təhsil ocağı idi. İddialara görə, tələbələrdən imtahanlarda pul yığılmasını Rafael Musayev həyata keçirirmiş və Laura Ağayevaya çatdırırmış.
İddia olunur ki, Ağdam musiqi kollecində tar-kaman kökləyə bilməyən, musiqi notu tanımayan, adı keçən tələbələr var.
pia.az
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-10-2019, 10:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-10-2019, 10:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti