Cavid Qurbanovdan prezidentə şikayət - İddialara cavab
50 il Azərbaycan Dəmir Yollarının Biləcəri Lokomativ deposunda maşinist işləmiş Nagdəliyev Eldar Həsən oğlunun övladı Ceyhun Nağdəliyev ölkə prezidentinə müraciət ünvanlayıb.
O, öz müraciətində bildirib ki, 1991-ci ildən atası mənzil növbəsinə dayanıb. “Məhz iş vaxtı ağır xəstəliyə yoluxaraq bu ilin mart ayının 22-də atam vəfat etdi. Xəstə oldugu zamanlarda atamın sağlıq durumu ilə adıçəkilən qurumdan heç kim maraqlanmadı, əksinə adının mənzil növbəsindən çıxarılmaması üçün ondan rüşvət istənildi.
Yalnız I qrup yataq xəstəsi olan anama görə onun adı siyahıdan çıxarılmayıb. Halbuki, ailəmiz həmin vaxt tam qanuni olaraq növbədənkənar mənzillə təmin olunmalı idi. Valideynlərim dünyasını dəyişəndən sonra Cavid Qurbanovun tapşırıgı ilə atamın adı mənzil növbəsindən çıxarılıb. Lakin dünyasını dəyişmiş işçilərin övladlarının mənzillə təmin olunması ilə bağlı məndə faktlar var.
Bunu açıqlaya bilərəm. Mənzil şəraitimiz olduqca ağırdır, ailəmizdə təkcə böyük qardaşım günəmuzd fəhlə kimi çalışır”.
C. Nağdəliyev müraciətində bildirib ki, Cavid Qurbanova və ADY SC Həmkarlar İttifaqının sədrnə rüşvət verə bilmədiyi üçün atasının adı siyahıdan çıxarılıb: “Dəfələrlə Cavid Qurbanovla görüşmək istəsəm də rədd cavabı almışam. Cavid Qurbanovun işçisinə və onun ailəsinə verdiyi dəyəri Sizə izah etməyə çalışdım. Ümidimiz yalnız sizsiniz cənab Prezident! Bir azərbaycanlı ailəsinə kömək edin”.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC də açıqlama yayıb. Açıqlamada bildirilir ki, mərhum dəmiryolçu Eldar Həsən oğlu Nağdəliyevin oğlu Ceyhun Nağdəliyevin müraciəti araşdırılıb. Araşdırma nəticəsində məlum olub ki, 1964-cü ildə Biləcəri Lokomativ Deposunda işə başlayan Eldar Nağdəliyev 1969-cu ildə mənzil növbəsinə dayanıb.
O, 1977-ci il dekabrın 29-da 179021 nömrəli orderlə Biləcəridə 3 otaqlı mənzillə təmin olunub. 1993-cü ildə isə mərhum dəmiryolçu Eldar Nağdəliyev ailə tərkibinin artması ilə əlaqədar, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yenidən mənzil növbəsinə dayanıb.
Öz arzusu ilə təqaüdə çıxan Eldar Nağdəliyevin mənzil növbəsi saxlanılıb. Lakin 2019-cu il martın 22-də Eldar Nağdəliyev vəfat etdiyindən Depo HİK RH-nin ilə depo rəhbərliyinin birgə iclasının 16 sentyabr 2019-cu il tarixli protokolunun qərarına əsasən mənzil növbəsindən çıxarılıb.
Dəmiryolçunun ailə üzvlərindən heç birinin “Azərbaycan Dəmir Yolları” QSC-nin strukturunda işləmədiyi nəzərə alınaraq ailəni növbədə saxlamaq mümkün olmayıb. Belə ki, qanunvericiliyə əsasən iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki, o həmin müəssisədə, idarədə, təşkilatda işləsin.
“Bu səbəbdən Biləcəri Lokomativ Deposunun rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə qərarı ilə Eldar Nağdəliyevin adı mənzil növbəsindən çıxarılıb”, - deyə, QSC-dən bildirilib.
QSC-dən bildirilib ki, 337 nəfər vahid siyahı üzrə Bakı-Biləcəri qovşağında mənzil növbəsindədir. Son bir neçə il ərzində 200 dəmiryolçu yeni mənzillərlə təmin olunub. Sovet dövründən xüsusilə, 1986-1988-ci illərdən indiyədək mənzil növbəsinə dayanan şəxslər vahid siyahı əsasında Mənzil Məcəlləsinə uyğun olaraq mənzillə təmin olunublar. O cümlədən, mənzil növbəsinə dayananlar təqaüdə getdikdə də, onların adı siyahıdan çıxarılmayıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-10-2019, 09:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-10-2019, 09:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11