Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
"Naxçıvanda gəzən söz-söhbətə görə, Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (Naxçıvanın "TƏBİB"i) direktoru Vüsal Məmmədov, İcbari Tibbi Sığortanın direktoru Elnur İbrahimov və çox sayda səhiyyə işçisi həbs olunub". "DİA-AZ" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası səhiyyə sistemində həbslərin keçirilməsi xəbərinə verdiyi reaksiyasında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
Jurnalist daha sonra bildirir: "Qeyd olunur ki, Vüsal Məmmədovu öz kabinetindən götürüblər. Bu həmin Vüsal Məmmədovdur ki, başqasının yazdığı məlumata görə məni məhkəmə ilə hədələyirdi. Görünür, ya lorla şoru ayıra bilmir, ya da mən binəvanı olduğumdan daha biçarə, Azərbaycanın Məhkəmə Hüquq Şurasını özünün dəftərxanası olaraq görürmüş. Bu zehniyyətə sahib olmasına baxmayaraq, Naxçıvanın bütün xəstəxanalarına nəzarəti bu adama tapşırmışdılar.
Yadıma Vaqifin dostu Vidadiyə xitabən yazdığı məşhur bir qəzəlindən bu beyt düşdü:
"Qurtaran əndişən ahəngəri-biçarəni,
Şah üçün ol midbəri təbdil olan mismarə bax!".
Yəni loru dillə desək, "Ey mıxı mismara döndərən Allah” məsələsi..."
Dünən bu həbslərin xəbərini vermişdik...
Əslində Vüsal Məmmədov keçmiş Naxçıvan rəhbəri Vasif Talıbovun yaxın adamlarından hesab olunur. Ümumiyyətlə, səhiyyə sistemində Talıbovun kadrları çoxluq təşkil edir və Prezidentin Muxtar Respublikadakı xüsusi nümayəndəsi Fuad Nəcəfli məhz Naxçıvan Səhiyyə Nazirliyində hansısa islahat həyata keçirə bilməyib və hətta nazir təyinatının belə onun iradəsindən kənar baş verdiyi iddia olunur.
Əlavə edək ki, Vüsal Məmmədovun fəaliyyətindəki qanunsuzluqlarla bağlı məlumatlar daxil olub. Bu barədə növbəti yazıda xəbər verməyə çalışacağıq...
(Dia.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:22-11-2024, 11:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
"Naxçıvanda gəzən söz-söhbətə görə, Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (Naxçıvanın "TƏBİB"i) direktoru Vüsal Məmmədov, İcbari Tibbi Sığortanın direktoru Elnur İbrahimov və çox sayda səhiyyə işçisi həbs olunub". "DİA-AZ" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası səhiyyə sistemində həbslərin keçirilməsi xəbərinə verdiyi reaksiyasında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
Jurnalist daha sonra bildirir: "Qeyd olunur ki, Vüsal Məmmədovu öz kabinetindən götürüblər. Bu həmin Vüsal Məmmədovdur ki, başqasının yazdığı məlumata görə məni məhkəmə ilə hədələyirdi. Görünür, ya lorla şoru ayıra bilmir, ya da mən binəvanı olduğumdan daha biçarə, Azərbaycanın Məhkəmə Hüquq Şurasını özünün dəftərxanası olaraq görürmüş. Bu zehniyyətə sahib olmasına baxmayaraq, Naxçıvanın bütün xəstəxanalarına nəzarəti bu adama tapşırmışdılar.
Yadıma Vaqifin dostu Vidadiyə xitabən yazdığı məşhur bir qəzəlindən bu beyt düşdü:
"Qurtaran əndişən ahəngəri-biçarəni,
Şah üçün ol midbəri təbdil olan mismarə bax!".
Yəni loru dillə desək, "Ey mıxı mismara döndərən Allah” məsələsi..."
Dünən bu həbslərin xəbərini vermişdik...
Əslində Vüsal Məmmədov keçmiş Naxçıvan rəhbəri Vasif Talıbovun yaxın adamlarından hesab olunur. Ümumiyyətlə, səhiyyə sistemində Talıbovun kadrları çoxluq təşkil edir və Prezidentin Muxtar Respublikadakı xüsusi nümayəndəsi Fuad Nəcəfli məhz Naxçıvan Səhiyyə Nazirliyində hansısa islahat həyata keçirə bilməyib və hətta nazir təyinatının belə onun iradəsindən kənar baş verdiyi iddia olunur.
(Dia.az)
Paylaş:
Oxşar Xəbərlər
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |