reklam
Regionxeberlericom.az » Gündəm » Həbs edilən məmurun ailəsində insident - Atası anasını bıçaqlayıb

reklam

Həbs edilən məmurun ailəsində insident - Atası anasını bıçaqlayıb

















Bir müddət əvvəl Bakıda rüşvətə görə həbs edilmiş F.İsmayılovun atası həyat yoldaşını bıçaqlayıb.

1970-ci il təvəllüdlü Əli İsmayılovun yaşadığı evdə həyat yoldaşı Arzu İsmayılovanı bıçaqlaması ilə bağlı cinayət işi açılıb.

İş üzrə toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və noyabrın 7-də hökm çıxarılıb.

Bildirilib ki, bir müddət imiş ər və arvad arasında münasibətlərdə soyuqluq yaranıbmış. F.İsmayılovun həbsindən sonra onların arasında münasibət daha da pisləşib. Sabunçu rayonu ərazisindəki klinikada kosmetoloq köməkçisi işləyən arvadını daim izləyən və iş yerinə gedən Əli İsmayılov qapının arxasında həkim otağında qadınların danışığını dinləyərkən arvadının boşanmaq istəməsi barədə danışdığını eşidib.

O, iş yerindən çıxan arvadına restorana getməyi təklif edib və birgə Nizami rayonu ərazisindəki restorandan birinə gediblər. Cütlük yaşadıqları evə getdikdən sonra onların arasında oğullarının həbsi ilə bağlı, eləcə də qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə nəticəsində Ə.İsmayılov arvadını bıçaqlayıb.

Məhkəmənin hökmü ilə Əli İsmayılova 3 il həbs cəzası verilib.




Paylaş:


Müəllif : Tarix:
15-11-2024, 17:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər