reklam
Regionxeberlericom.az » Gündəm » Satışda zəhərli uşaq paltarları aşkarlandı — Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır

reklam

Satışda zəhərli uşaq paltarları aşkarlandı — Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır















"Azur" Ticarət Mərkəzi insanların həyat və sağlamlığına təhlükə törədən fəaliyyətlə məşğuldur.

Bu barədə Azad İstehlakçılar Birliyi tərəfindən məlumat verilib.

Məlumata görə, “Azur” Ticarət Mərkəzinin sahibləri ilə “FB COMPANY” MMC arasındakı qarşıdurma artıq insanların həyat və sağlamlığına ciddi təhlükə yaradacaq səviyyəyə gəlib çatıb.

Məsələdə MMC-nin direktoru Qəribov Anar Əli oğlu və fərdi sahibkar Əliyev Ağa Ələmdar oğlunun da adı hallanır. Belə ki bir milyon manatdan çox zərərin əvəzini qarşılamaq üçün sahibkarlar insan orqanizmi üçün son dərəcə zərərli olan maddələrin təsirinə məruz qalmış paltarı anbardan çıxarıb satmaq qərarına gəliblər.

Məlumatda qeyd olunur ki, “Azur”un rəhbəri olan Fuad Rzayev (“Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin oğlu) və Babək Babayev (“Yeni Həyat” şirkətlər qrupunun rəhbəri) ilə Anar Qəribov və Ağa Əliyev arasında mübahisə 2020-ci ildə başlayıb.

O zaman ticarət mərkəzinin rəhbərliyi aralarında bağlanan müqavilənin şərtlərini pozaraq sahibkarlara məxsus 20 min ədəddən artıq paltarı, o cümlədən uşaq geyimlərini “Azur”da icarəyə götürdükləri mağazadan icazəsiz şəkildə çıxararaq, “Grand Hayat” Yaşayış Kompleksinin zirzəmisinə aparılması barədə göstəriş veriblər.

“Azad İstehlakçılar” İB tərəfindən əldə olunan materiallar göstərir ki, mağazadan çıxarılan mallar uzun müddət rütubətli, baxımsız şəraitdə, müvafiq qulluq göstərilmədən saxlanıldığından xarab olub, kiflənib, çürüyüb, üzəri müxtəlif qurd və həşəratların təsirinə (parazit, helment yumurta izi) məruz qalıb.

Qeyd edilib ki, 8 aprel 2022-ci il tarixli məhkəmə iclasına dəvət edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elvin Qəhrəmanov da satış üçün nəzərdə tutulan geyim əşyalarının yararsız, avadanlıqlarda isə qüsurların olmasına dair rəsmi ekspert rəyini təqdim etməklə bildirib.

Amma “Azur” rəhbərləri başladığı işi sona çatdırmaq və sahibkarlara vurduqları ziyanı ödəməkdən yayınmaq üçün paltar və avadanlıqları “təmizləmək” qərarına gəliblər. Bunun üçün isə insan orqanizminə son dərəcə təhlükəli olması səbəbindən beynəlxalq razılaşma əsasında istifadəsinə qadağa qoyulan DDT (DUST) preparatından istifadə edilib.

Təhlükəli maddədən (DDT) istifadə edildiyini Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında cəlb edilmiş “Az-Ekspertiza” MMC -nin götürdüyü nümunələri təqdim etdiyi Azərbaycan Akkreditasiya Mərkəzində akkreditasiya olunmuş “Chemlab” laboratoriyası 2023-cü ildə sınaq protokolu ilə təsdiq edib.

Bu faktdan sonra növbəti mərhələyə əl atılıb. Eyni təşkilatın, yəni Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin digər eksperti Kamran Dünyamalıyev növbəti ekspertiza rəyində, nədənsə növbəti məhkəmə baxışında, öz kollegiyası Elvin Qəhramanovun öncə verdiyi ekspert rəyini təksib edərək, həmin mallarının 85%-nin satışa yararlı olması dair ekspert rəyi verib.

Məhkəmə Ekspertiza Mərkəzinin iki ekspertinin bir-birinə zidd olan iki rəsmi sənədi təəccüb və sual doğurur.

Nəticədə, Bakı Apellyasiya Məhkəməsi laboratoriyanın sınaq protokolunun nəticəsini sübut kimi qəbul etməyib və kanserogen tərkibli geyimlərin (o cümlədən uşaq geyimləri) ) 85%-nin satışa yararlı olması barədə qətnamə çıxarıb. Sonradan Ali Məhkəmənin Kommersiya Kollegiyası da həmin qətnaməni dəyişdirmədən qüvvədə saxlayıb.

“FB COMPANY”MMC-nin AİİB-in tələbi əsasında təqdim etdiyi məlumatda qeyd olunur ki, paltarların istifadə üçün tam yararsız olduğunu sübut edən və məhkəmə iclası zamanı məhkəmə zalında quraşdırılmış nəzarət kamerası altında təqdim edilən yüzlərlə foto və videomaterial məhkəmə işinin materialları arasından yoxa çıxıb. AİİB-ə təqdim olunan məlumata görə, bu foto və videomateriallarda paltarların sonradan sağlamlıq üçün son dərəcə təhlükəli olan kimyəvi maddələrlə” təmizlənməklə” onların kif bağlaması, üzərində qurdların olması faktları olub. Əks olunan faktların izinin itirilməsinə yönəlmiş hərəkətlər bu əməllərin qəsdən törədildiyinə dəlalət edir.

Verilən məlumatda o da qeyd olunur ki, bu işdə yeni fiqurlar ortaya çıxıb. Məlum olub ki, zəhərli maddələrlə “təmizlənmiş” paltar və avadanlıqların saxlanıldığı anbar bir xanımın adına sənədləşdirilib. Qəribov və Ağayev yeni sahibkar haqqında indi xəbər tutublar. Xanım sahibkar paltar və avadanlıqların 4 il ərzində onun anbarında saxlanmasına etiraz etməyib, hüquqları ilə bağlı iddia qaldırmayıb. Amma indi o sahibkarların malları tez bir zamanda anbardan çıxarılması və daşınma xərclərinin “FB COMPANY” MMC tərəfindən ödənilməsi ilə bağlı Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Bu malların bazara çıxarılmasının qarşısını almaq üçün AİİB mediaya müraciət etməklə bərabər, İqtisadiyyat Nazirliyi yanında Antiintisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna və Səhiyyə Nazirliyinə rəsmi müraciətlər göndərib.

Demokrat.az




Paylaş:


Müəllif : Tarix:
8-11-2024, 20:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər