reklam
Regionxeberlericom.az » Gündəm » Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər

reklam

Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər














Keçmiş MTN generalları, xüsusilə də sabiq nazir Eldar Mahmudov və onun yaxın çevrəsinin, eləcə də Mövlan Şıxəliyev və Akif Çovdarovun “Akula Akif” kimi tanınan Akif Mustafayevlə sıx təmaslara malik olduğu, adıçəkilən şəxsin vasitəsi ilə çoxlu sayda qanunsuz biznes əməliyyatları həyata keçirdiyi məlumdur. “MTN çətəsi”nin “yeriyən pulqabısı” hesab edilən, sabiq generallara 100 milyonlarla dollar məbləğində pul qazadıran “Akula Akif”in Eldar Mahmudov imperiyasının çöküşündən sonra İnterpol tərəfindən axtarışa verildiyi, Azərbaycana düşmən olan Fransada sığınacaq tapdığı da mediada yer alan informasiyalar sırasındadır.

Məlumat üçün qeyd edək ki, son 2-3 ildir ki, sabiq MTN generallarının, xüsusilə də Eldar Mahmudov və Mövlan Şıxəliyevin xarici ölkələrdə, xüsusilə də Fransadakı biznesinin sürətlə genişləndiyi müşahidə edilməkdədir. Azərbaycandan oğurlanan pullar hesabına Fransada nəhəng biznes səltənəti quran, özlərinə və düşmən ölkənin büdcəsinə milyonlar qazandıran sabiq generallar, bu gün də milyonluq sərvətlərindən Qarabağdakı bərpa prosesinə bir qəpik də olsun vəsait sərf etmir, əksinə, dövlətdən və xalqdan daha çox çırpışdırmağa çalışırlar.

Özləri Azərbaycanda olan bu şəxslərin Fransadakı bizneslərini necə, hansı yolla, kimlərin əli ilə genişləndirdiyi də ən çox sual doğuran məsələlərdən biridir. “MTN çətəsi” ilə bu çətənin “döyünən qəlbi” olan “Akula Akif” arasındakı sıx dostluq və işbirliyi nəzərə alınarsa, bu gün Eldar Mahmudov və onun ailə üzvlərinin, habelə Mövlan Şıxəliyev, Akif Çovdarov və digərlərinin Fransada genişlənən biznesinin arxasında yenə də məhz Akif Mustafayevin dayandığı ehtimalı böyükdür. Çox güman ki, məhz “Akula Akif”in əli və əlaqələri vasitəsilə bu biznes genişlənməkdə, yeni üfüqlə fəth etməkdədir.

MTN generallarının öz bizneslərini niyə doğma Azərbaycanda deyil, məhz Fransada genişləndirdiyinə gəlincə, bu sualın cavabı daha sadə və daha ağrılıdır. Görünən budur ki, sabiq generallar Fransada öz bizneslərini daha toxunulmaz hesab edir və bu ölkənin Azərbaycanla münasibətlərindəki gərginlikdən öz bzines maraqları üçün faydalanmağa çalışırlar. Onlar hesab edirlər ki, Fransa dövləti Azərbaycana onların bu ölədəki qanunsuz bizneslərini araşdırmağa, onalrın oğurluq əmlaklarını müsadirə etməyə imkan verməyəcək. “MTN çətəsi”nin Fransaya olan sevgisinin arxasında dayanan amil budur!




Paylaş:


Müəllif : Tarix:
6-11-2024, 12:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər