reklam
Regionxeberlericom.az » Gündəm » Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat verilə bilər - AÇIQLAMA

reklam

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat verilə bilər - AÇIQLAMA

















Çox tez-tez gündəmə gətirilən, amma hələ də tam şəkildə həll yolunu tapmayan əsas məsələlərdən biri də uşaqpuludur. Sözügedən problemin həlli ilə bağlı hansı yeniliklər gözlənilir?

Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli danışıb.

Ekspert açıqlamasında ölkədəki uşaqların sayını nəzərə alaraq bildi ki, o qədər uşağa vəsaitin ayrılması büdcə üzərində böyük maddi yük yarada bilər: azal vakansiya

"Ümumi adı el arasında "uşaqpulu" adlanan məsələ artıq uzun illərdir həm müzakirə olunur, həm də ciddi bir gözlənti yaradır. Hökumətin mövqeyi bundan ibarətdir ki, müxtəlif sosial layihələr çərçivəsində uşaqlara vəsaitlər yönəldilir. Yəni, imkansız ailələrə yardımlar, sosial müavinətlərin verilməsi, valideynini itirmiş uşaqların saxlanılması üçün, əngəlli insanlar üçün ümumilikdə bir neçə istiqamətdən pul ayrıldığını söyləyir. Hökumətin rəsmi mövqeyi budur. Amma gözlənti də ondan ibarətdir ki, bu birdəfəlik sistem halına gəlsin və bu sistemli şəkildə, anadan olmuş uşaqlara valideyinlər tərəfindən xərclənən vəsaitin bir qismi dövlət tərəfindən qarşılanması sisteminə keçid baş versin. 

Anlayıram ki, ölkədə 2,7 milyon 0-18 yaşlı uşaqlar var. Bunların hamısına vəsaitin ayrılması büdcə üzərində böyük bir maddi yük yarada bilər və hökumətin də çəkindiyi nöqtə bundan ibarətdir. Amma addım-addım bu işi görmək olar və belə şəkildə görmək üçün qanunlarda müəyyən dəyişikliklərə ehtiyac var. Məsələn ilkin addım kimi ailədə ikinci uşağa ayda 100 manat olmaqla vəsaitin verilməsi qanun şəkilində qəbul oluna bilər. Ölkədə təqribən 9000 ailədə ikinci uşaq var. Bu qədər uşağa 100 manat vəsaitin verilməsi büdcəyə böyük bir yük gətirməz. Yavaş-yavaş ilk addımı atdıqdan və büdcə buna adaptasiya olunduqdan sonra gələcəkdə 2-ci, 3-cü, 4-cü uşaqlara da eyni qaydada vəsaitlərin verilməsi məsələsi gündəmə gələ bilər".




Paylaş:


Müəllif : Tarix:
9-10-2024, 12:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər