Zamirə Hacıyevanın Azərbaycana qaytarılmasını kimlər istəmir? - “Onların çoxu vəzifədədir”
Xəbər verdiyimiz kimi, ötən gün Londonda Azərbaycanın tələbi əsasında Zamirə Hacıyevanın ekstradisiyası üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın London müxbirinin verdiyi xəbərə görə, Westminister Magistrates məhkəməsində keçirilən iclasda qərar açıqlanıb. Məhkəmə Z. Hacıyevanın Azərbaycana ekstradisiya edilməməsi barədə qərar qəbul edib. Azərbaycan hökumətini təmsil edən vəkil isə qərardan apelyasiya şikayəti verəcəklərini bildirib.
Bəs görəsən Azərbaycan tərəfi bu qədər oğurlanmış vəsaiti və onu xərcləyən Zamirə Hacıyevanı niyə qaytara bilmir. Bu məsələdə bizə nə mane olur?
Bununla bağlı tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Sabah”a açıqlama verib. O, məsələni belə izah edib:
“Onun Azərbaycana gətirilmə ehtimalı çox azdır. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Gəlin, obyektivdən başlayaq. Birincisi, Azərbaycan tərəfi sübut etməlidir ki, Zamirə Hacıyeva Azərbaycana zərər vurub və cinayətkardır. Zamirə Hacıyeva Azərbaycanda heç bir vəzifə tutmayıb. Nəinki dövlət, heç özəl qurumlarda belə vəzifə tutmayıb. O yalnız Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşıdır. Təbii ki, biz hamımız başa düşürük ki, o vəsaitləri talayan, mənimsəyən Cahangir Hacıyevdir. Yəni biz sübut etməliyik ki, Zamirə Hacıyevanın da bu əməldə günahı var.
Əlbəttə, siz də, mən də, geniş ictimaiyyət də başa düşür ki, Zamirə Hacıyeva uşaq deyil. O başa düşür ki, əri neft maqnatı deyil ki, o qədər gəliri olsun və arvadına o qədər pul versin. Əlbəttə, başa düşür ki, bu, cinayətkar yolla əldə edilən vəsaitdir. Amma bunu sübut etmək çətindir. Biz gərək sübut edək ki, ərinin arvadına verdiyi pulu arvadı bilirdi ki, bu qanuni yolla əldə edilən vəsait deyil. Əlbəttə ki, bunu sübut etmək olar. Mən hesab edirəm ki, olar. Amma çətindir. Bunun üçün iki şey lazımdır. Birincisi, savadlı hüquqşünaslar lazımdır. Yəni bank işini, bank qanunvericiliyini, iqtisadiyyatı bilən hüquqşunas...
Azərbaycanda belə hüquqşünaslar isə barmaqla sayılacaq qədərdir. Xüsusilə də, hüquq mühafizə orqanlarında belə şəxslər, demək olar ki, yoxdur. Mən bunu niyə belə dəqiq deyirəm? Çünki hüquq mühafizə orqanlarının iqtisadi sahədə apardığı cinayət işlərinin səviyyəsi bərbaddır. Mən özüm vəkil kimi bəzi vətəndaşları müdafiə edirəm. Görürəm ki, hüquq mühafizə orqanları, xüsusilə də prokrorluq işlçilərinin, bu barədə ümumiyyətlə anlayışları yoxdur. Hətta bəzən vətəndaş günahkar olanda belə onu əsaslandıra bilmirlər.
Amma buna baxmayaraq, bizim məhkəmələrdə onsuz da, prokurorluq nə deyirsə, həbs edilir. Belə olan təqdirdə bunlar da fikirləşirlər ki, bunlar hər şeyi bilir, bunlardan yoxdur. Bizdə sən heç bir əsas gətirmədən vətəndaşı içəri saldıra bilərsən. (Gülür) Amma bunu gedib İngiltərə məhkəməsində sübut etmək lazımdır ağıllı-başlı. Bu bir. Məsələnin bir tərəfidir ki, kim gedib bunu orada əsaslandırıb İngiltərə məhkəməsinə təqdim edəcək.
Tutaq ki, azərbaycanlılar getmədi oraya, xaricdən, elə İngiltərənin özündən bu işə mütəxəssislər cəlb etdik. Müsal üçün deyək. Amma burada ikinci amil ortaya çıxır. İngiltərə məhkəməsi deyəcək ki, biz uşaq, sadəlövh deyilik. Yəni o boyda bankda bu qədər pulu bir nəfər tək başına çıxara bilməz. Mən özüm uzun illər – 10 ildən çox bank sistemində işləmişəm. Mən gözəl bilirəm ki, bankda idarəetmə sistemi var, xüsusilə də dövlət bankında. Cahangir Hacıyevin o pulları oradan çıxarmağı üçün azı 100-200 nəfər imzalamalı, rəy verməli idi və sair.
Yəni İngiltərə məhkəməsi deyəcək ki, həmin şəxslər haqqında da məlumat verin da. Yəni tam obyektiv baxılmalıdır axı. Həmin şəxsləri çoxu bu gün vəzifə də tuturlar, hələ Beynəlxalq Bankda da işləyirlər var və məsuliyyətə də cəlb olunmayıblar. Biz bu məsələni tam açıqlığı ilə Britaniya məhkəməsinə təqdim etsək, gərək hər şeyi açıq deyək. Təbii ki, bunu da açıqlığı ilə deməyə Azərbaycanda çox adam mane olur. Çünki öz adları da çıxacaq. Bu, məsələlərin obyektiv tərəfi”.
Ə. Həsənov İngiltərə tərəfinin də Zamirə Hacıyevanı Azərbaycana vermək istmədiyini deyib:
“Subyektiv tərəfi isə, yəni Azərbaycana aid olmayan, ingilislərə aid olan məsələ... İngilislər Zamirə Hacıyevanı bizə niyə versinlər ki? İngilislərə onu vermək maraqlı deyil. Çünki onun başqa əmlakları da var axı. Ona deyəcəklər ki, ay xanım, getmə, qal. Biz səni vermirik. İngiltərədə, İngiltərədən kənarda, Fransda, hadada nəyin varsa, ver bizə. Yəni həmin vəsaitləri özləri alırlar. Onu bizə niyə versinlər ki? Buna görə də bizim arqumentlərimiz başdan keçən, tutarlı olmalıdır ki, onu bizə versinlər. Bunun da səbəbini bayaq dedim ki, bizdə niyə olmur”.
O, Azərbaycan tərəfinin qərardan apelyasiya şikayəti verəcəkləri ilə bağlı da danışıb:
“Amma mən inanıram ki, bizdən dövlətin ən yüksək səviyyələrindən istək var ki, bu işi sona çatdıraq, Zamirə Hacıyevanı qaytaraq, Azərbaycandan çıxarılan pulları qaytaraq. Amma bu işin icraçıları var da bizdə. Onlara da müəyyən təsirlər var da. Bu işdə adlarının çıxmasını istəməyən şəxslər buna imkan verməyəcəklər. Cahangir Hacıyev o qədər pulu bankdan çıxaranda elə dövlət orqanları görmürdü, bilmirdi? Görürdülər, amma rüşvətlərini alırdılar, susurdular. İndi də adlarının ortaya çıxmasını istəmirlər. Apelyasiya şikayəti vermələri də təbiidir. Gəlib deyəcəklər ki, bu məsələdə axıra kimi çalışdıq. Gözdən pərdə asmaq kimi... Buna görə də bu işi dürüst peşəkarlara tapşırmaq lazımdır”.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Britaniyanın paytaxtı Londonda saxlanılmışdı. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO)çərçivəsində həbs olunmuşdu. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Ötən il noyabrın 8-də isə Z.Hacıyeva zaminə buraxılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-09-2019, 15:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-09-2019, 15:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29