Şəki sakini ədliyyə işçilərinin korrupsiya əməlləri barədə prezidentə müraciət ünvanladı-ŞİKAYƏT
RegionXəbərləricom.az-ın elektron poçtuna Şəki rayon Çələbixan qəsəbəsi, ev 42 ünvanında yaşayan Məmmədov Qaçay Mürşüd oğlu tərəfindən daxil olan müraciətdə deyilir.
"Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəhruz, Ədliyyə Nazirliyində İcra və Probasiya Şöbəsinin rəisi Cəfərov İlqar Xanlar oğlu, Şamxalova İzzət Arif qızı korrupsiya və rüşvətxorluq əməlləri ilə məşğuldurlar. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin Azərbaycan Respublikasının adından 02.11.2020-ci il tarixdə çıxardığı qətnamədə dayım Xəlilov Bəhram Cəlal oğlundan Şamxalova İzzət Arif qızı dələduzluq yolu ilə ələ keçirdiyi 19 000 manat öz təsdiqini tapmışdır. Təəssüflər olsun ki, dəfələrlə şikayət etsəm də, şikayətimə baxılmır. Ona görə də həmin pulu ödətdirməyə köməklik etməyinizi Sizdən xahiş edirəm.
Onu da bildirirəm ki, dayım Xəlilov Bəhram Cəlal oğlu dəfələrlə Ədliyyə Nazirliyində İcra və Probasiya Şöbəsinin rəisi Cəfərov İlqar Xanlar oğlu ilə əlaqə saxlasa da, dayıma yalan vədlər veriblər. Lakin icraçı Bəhruz və Şamxalova İzzət Arif qızı əlbir olaraq dayımı aldadıblar. Yalan vədlər verərək, 10 günə, 15 günə 19 000 manatı ödətdirəcəyik deyərək bu günə qədər ödətdirməyiblər. Dayım Ədliyyə Nazirliyində İcra və Probasiya Şöbəsinin rəisi Cəfərov İlqar Xanlar oğlu ilə əlaqə saxlasa da, 2020-ci ildən bu günə qədər pulu cavabdehə ödətdirməyiblər. Dörd ildir məhkəmə qətnaməsi olmasına baxmayaraq İlqar Cəfərov nədənsə bunu icra etdirmir. Bununla da o, Azərbaycan Respublikasının adından çıxan qətnaməyə ləkə gətirir.
Mən özüm yanvar ayından aprel ayına qədər 5-6 dəfə Yasamal Rayon İcra və Probasiya Şöbəsinə getmişəm, lakin heç bir nəticəsi olmamışdır. İcraçı Bəhruz mənə yalan vədlər vermişdir ki, aprel ayının sonuna kimi həmin 18 000 manat pulu bütöv ödətdirəcəm. Lakin necə ki, 4 ildə mənim dayımın başına oyun açıb, yalan vədlər veriblər, eləcə bu altı ayda da başımıza həmin oyunları açırlar.
Bu şəxsləri Siz vəzifəyə təyin etmisiniz. Lakin bu şəxslərin heç biri Sizdən örnək götürmür. Onu da qeyd edim ki, İzzət xanımın oğlu Tamerlan Gömrük Komitəsində işləyir. O da dəfələrlə vəzifəsindən sui-istifadə edərək dayıma yalan vədlər vermiş, sonda dayıma deyib ki, “kimə istəyirsən şikayət et”. Onların dilində “Burda mənəm, Bağdadda kor xəlifə” şüarıdir. Bu şəxslərin heç biri nə Azərbaycan Respublikasının mentalitetinə, nə qanunvericiliyimizə, nə Azərbaycan Respublikasının qanunlarına tabe olmurlar. Bu şəxslərin gözünü rüşvət o qədər örtüb ki, hansı xalqın məmuru olduqları belə yadlarından çıxarıblar. Siz dəfələrlə kütləvi informasiya vasitələrində xalqın qarşısında çıxış edərək bildirmisiniz ki, hər bir məmurun borcudur ki, vətəndaşı qəbul etsin, onun qayğıları ilə məşğul olsun, problemlərinin həllində yaxından köməklik göstərsin. Ancaq Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları və Ədliyyə Nazirliyində İcra və Probasiya Şöbəsinin rəisi İlqar Cəfərov nəinki vətəndaşın problemlərini həll etmək, hətta bizim kimi şəxsləri qəbul etməkdən belə imtina edirlər.
Qeyd edim ki, mən bu məsələ ilə bağlı beş-altı dəfə Yasamal rayon İcra və Probasiya Şöbəsində, iki dəfə də Ədliyyə Nazirliyində olmuşam, beş dəfə Beyləqan şəhərində Şamxalova İzzət Arif qızı ilə görüşmüşəm. Lakin həmin vaxtdan bu günə qədər heç bir köməklik olunmamışdır. Dələduz İzzət Arif qızı yalan vədlər versə də, hələ də pulu geri qaytarmamışdır. Bütün bunlara baxmayaraq həmin vaxtdan bu günə qədər dayım Xəlilov Bəhram Cəlal oğlu hələ də borc-xərc tapıb işinin arxasıyca məni göndərir.
Bəlkə də mənim məktublarım Sizin ünvana çatmır və ya çatdırılmır. Həqiqətən Yasamal rayon İcra və Probasiya Şöbəsinin işçiləri və Ədliyyə Nazirliyində İcra və Probasiya Şöbəsinin rəisi İlqar bəyin etdiyi özbaşınalıqlar heç bir qanunvericiliyə və dövlətçiliyə sığışdırılası dərəcədə deyil.
Bu səbəbdən ölkə başçısı olaraq Sizə müraciət edərək dayım Xəlilov Bəhram Cəlal oğlunun 19 000 manat pulunun Şamxalova İzzət Arif qızından alınıb özünə qaytarılmasını və Yasamal rayon İcra və Probasiya Şöbəsinin icraçısının, vəzifəli şəxslərinin, xüsusilə Ədliyyə Nazirliyində İcra və Probasiya Şöbəsinin rəisi Cəfərov İlqar Xanlar oğlu barəsində ciddi tədbir görülməsini, hazırkı işin nəzarətə götürülməsini xahiş edirəm."
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq...
Paylaş:
Müəllif : Fuad
Tarix:6-06-2024, 16:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər