reklam
Regionxeberlericom.az » Gündəm » “Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - Şok faktlar

reklam

“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - Şok faktlar















Azad İstehlakçılar Birliyinə son 5 ildə sahibkarlar tərəfindən baha qiymətə alınmış estetik cihazların keyfiyyətsizliyi, tez sıradan çıxması, cihaz satan şirkətlərin zəmanət öhdəliklərini yerinə yetirməməsi, istehlakçıların sağlamlığında ciddi problemlərin yaranması və s. barədə şikayətlər daxil olub.

"Azərbaycan Reallığı" xəbər verir ki, Bu barədə Publika.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov açıqlama verib.

O bildirib ki, bu ilin aprel ayında AİB-ə ardıcıl olaraq daxil olmuş istehlakçıların həyatı və sağlamlığı üçün təhlükə yaradan kosmetoloji cihaz vasitələri ilə bağlı şikayətlər araşdırılıb. Məlum olub ki, “Azestetik Group MMC” şirkəti Çindən idxal etdiyi avadanlıqları saxtalaşdıraraq satışını həyata keçirir:

“Araşdırmalar zamanı məlum oldu ki, lazer epilyasiyası üçün nəzərdə tutulmuş və ölkədə “Cuatro”, “Wertex”, “A7” kimi adlarla satılan cihazlar əsasən Çindən idxal olunur. Onları idxal edən 10-a yaxın şirkət mövcuddur. Ölkəmizdə kosmetoloji avadanlıqların satışını həyata keçirən “Azestetik Group MMC” şirkəti əsasən 2016-cı ildən etibarən Çindən idxal etdiyi avadanlıqların zavod məlumatlarını cihazın üzərindən qopararaq onların başqa adlarla (Eyni cihazı öncələr “Saphire”, daha sonra “Wertex”, hazırda isə “Vintex”) satışını həyata keçirir.

Alıcılara avadanlığın əsl modeli, ölkə və zavod adının yanlış deyilməsi onları ömür boyu özlərindən asılı saxlayır və bu, cihazın düzgün istismarına da problem yaradır. Çünki alıcı zamanla ehtiyat hissəsinə ehtiyac duyarsa, internet üzərindən öz cihazına dair heç bir məlumat əldə edə bilməyəcək və məcburən avadanlığı ona satan şirkətə müraciət etməli olacaq”.

E. Hüseynov qeyd edib ki, idxal olunan mallardan yüzlərlə insana satılmış “Quartet” və “Melisa” kimi cihazlarin keyfiyyəti tam şübhə altındadır:

“Bu cihazlar Çində yerləşən “Futai” adlı sexə məxsusdur. İnternetdə axtarış apararkən adları 3 funksiyali gözəllik aləti və 5 funksiyalı arıqlama cihazı kimi çıxır.

Qeyd olunan avadanlıqlar ölkəmizə idxal olunarkən onunla bağlı vacib məlumatlar (avadanlığın arxa hissəsində yazılması şərtdir) olmur. Məsələn, istehsal tarixi, istehsal ölkəsi və cihazın zavodu, IMEI və ya SN nömrəsi və s. Azərbaycanda heç bir qurum bu məlumatlar olmadan uyğunluq sertifikatı verə bilməz”.

AİB sədri vurğulayıb ki, bu cihazların heç bir texniki pasportu, texniki sxemi, istifadə qaydasına dair hər hansı sənədi mövcud deyil. Buna səbəb məhsulların kustar üsulla və insana zərərli təsiri nəzərə alınmadan hazırlanmasıdır:

“Cihazların hamısının üzərində alıcını və istehlakçıları aldatmaq məqsədilə guya Avropa İttifaqı ölkələrində sertifikatlaşdırıldığını və həmin ölkələrdə satışının qanuni olduğunu göstərən beynəlxalq CE nişanı var. Azərbaycan dilində istifadə qaydalarına dair istehsalçının təlimatı yoxdur. Texniki cihazlara Azərbaycanda “CERTUS” MMC uyğunluq sertifikatı verib. Maraqlıdır, onların cihazın parametrlərini yoxlamaq üçün zəruri avadanlıqları varmı?!

Keçən il “Azestetik” sirkəti “A7” adlandırılaraq satılan cihaza uyğunluq sertifikati alıb. Lakin cihazların üzərində mütləq şəkildə lazım olan seriya SN, IMEI kodlarının, istehsal tarixinin, istehsal ölkəsi və istehsalçıya dair məlumatlar yoxdur.

“Azestetik” şirkəti 2020-ci ildən bu günədək satdığı lazer cihazlarının daxilinə uzaqdan izləmə və komanda icra edə bilən qurğu yerləşdirib. Qurğunun var olması barədə məlumat alıcıdan gizlədilib və satış müqavilələrində də əks olunmayıb. Zavod pasportu olmadığı üçün başqa hər hansı sənəddə də bu barədə məlumat verilməyib”.

Eyyub Hüseynov həmin cihazlara kustar üsulla çip qurğusu yerləşdirildiyini açıqlayıb:

“AİB-ə daxil olmuş şikayətlərdən məlum olur ki, alıcı bu əlavə qurğudan şübhələnir və ya cihazın işləmədiyini görürsə, yenidən pul ödəyərək onu işlək vəziyyətə gətirdir. 30 nəfərdən artıq istifadəçinin avadanlığından çip qurğusu (FMB920) aşkarlanaraq çıxarılıb. Apardığımız araşdırma zamanı məlum oldu ki, çip həqiqətən sonradan kustar üsullarla cihaza yerləşdirilib.

Çipləşdirilmiş cihazları həm Bakıda, həm də digər rayon və kəndlərdə müşahidə etmək olar. Çiplərin alıcılardan gizlin şəkildə cihazlara yerləşdirilməsində məqsəd müəyyən müddət sonra satan şirkət tərəfindən uzaqdan komanda verilərək avadanlığı deaktiv etmək üçündür. Bu zaman alıcı cihazın xarab olduğunu düşünür və satan şirkətə zəng vuraraq servis tələb edir. Servis isə hansısa detalın xarab olduğunu bildirir və təmir üçün müəyyən pul alır.

Şikayətçilərlə söhbətlər göstərdi ki, qeyd olunan şirkətin cihazlar haqqında yanlış məlumatlar verməsi və istifadə təyinatını səhv bildirməsi həmin cihazın səhv istifadəsinə səbəb olub. Yanlış istifadə isə bədəndə qalıcı fəsadlar və dəri xərçənginin yaranmasına gətirib çıxarır.

Buna misal olaraq damarların qurudulması (ləğvi) üçün nəzərdə tutulan “Long-Pulsed YAG Laser” sisteminin tük epilyasiyasında və ya aşağı tezlikli ultrasəsin (Cavitation) qalın piy toxumaları mövcud olan nahiyələrdə deyil, insanın üz nahiyəsində istifadəsidir. Bu, istehlakçıya qarşı özü xəbərsiz olduğu halda edilən çox təhlükəli hərəkətlərdir”.

Türkan Camal




Paylaş:


Müəllif : Tarix:
28-05-2024, 09:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər