Kəlbəcərli girovların işində mühüm gəlişmə - "Hətta bu tələblə aksiyalar da keçirilib"
Xəbər verildiyi kimi, Azərbaycanın Əsir və İtkin düşmüş, Girov götürülmüş Vətəndaşlarla iş üzrə Dövlət Komissiyası 11 sentyabr 2019-cu ildə beynəlxalq təşkilatlara kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin “hamının hamıya” prinsipi əsasında Ermənistan vətəndaşları olan erməni hərbçiləri - Azərbaycan ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə Azərbaycan ordusuna təslim olmuş Araik Kazaryanla dəyişdirilməsinə dair müraciət göndərib.
Dövlət Komissiyasından bildirilib ki, Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırılıb. Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə rəsmi məlumat verib.
Qeyd edək ki, artıq uzun müddətdir Ermənistanın əsirliyində olan girovlarımızın azad edilməsi istiqamətində müəyyən danışıqlar aparılır. Buna baxmayaraq məsələ həllini tapmayıb. Hələ də düşmən əlində olan girovlarımız qaytarılmır. Bəs Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbiçilərlə mübadiləsi mümkün ola bilərmi?
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Sherg.az”a açıqlamasında vurğulayıb ki, beynəlxalq təşkilatlar və Qızıl Xaç Komitəsi girovların dəyişdirilməsi prosesini həyata keçirə bilər: “Girovlarla bağlı Avropa Şurasının son sessiyalarının birində geniş tədbir keçirdik. Hesab edirəm ki, bu tədbirin beynəlxalq əks-sədası çox ciddi və güclü oldu. Ermənilər girovlarlarla bağlı məsələni gündəmdən çıxarmaq üçün çalışsalar da, bu, mümkün olmayacaq. Dövlətimiz baş verənlərdə çox düzgün siyasət aparır. Beynəlxalq təşkilatlarla yanaşı diplomatlarımız da bu məsələni ikitərəfli görüşlərdə qaldırırdılar. Yəni təşkilatlar və beynəlxalq qurumlar bilirlər ki, Ermənistandakı Dilqəm və Şahbaz orada qeyri-qanuni şəkildə saxlanılır. Hesab edirəm ki, ermənilər girovları nə qədər çox saxlayacaqlarsa, özlərinə bir o qədər çox problem yaradacaqlar. Təəssüf ki, Şahbazla Dilqəmin səhhəti həddindən artıq kritikdir. Siyasi nöqteyi-nəzərdən ermənilər girovlarımızı qeyri-qanuni saxlayaraq özlərinə böyük problem yaradırlar”.
Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan isə erməni mediasına bildirib ki,
Ermənistan hökuməti Azərbaycanın əsirlərin hamının hamıya prinsipi ilə dəyişdirilməsi təklifini nəzərdən keçirir: “Bu məsələni bilirik və müzakirə edirik. Məsələnin həssaslığını nəzərə alaraq, həll yoluna yaxın olduğumuz zaman açıqlama verəcəyik”.
V.Karapetyanın ardınca dünən Ermənistanın müdafiə naziri David Tonoyan erməni hərbçilərlə Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin mümkünlüyünü istisna etmədiyini bildirib. Ermənistanın “aysor.am” saytının yazdığına görə, D.Tonoyan bu barədə keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, sentyabrın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyində görüş keçirib: “Mənə Azərbaycanın əsirlərin dəyişdirilməsi barədə təklifi təqdim olunub”.
Nazir prosesinin təfərrüatını açıqlaya bilməyəcəyini bildirib. O vurğulayıb ki, məsələ ilə bağlı dəqiqləşdirmələr aparılır. D.Tonoyan onu da vurğulayıb ki, dəyişdirilmənin mümkünlüyünü istisna etməsə də, bu məsələ ilə bağlı qərarı qondarma “Dağlıq Qarabağ Respublikası” qəbul etməlidir.
Hazırda isə Nikol Paşinyanın durumu heç də yaxşı deyil. Onun nüfuzunun günmü-gündən aşağı düşdüyü bildirilir. Reytinqinin aşağı düşməkdə olduğu dövrdə Paşinyan əsirlərlə bağlı təklifə müsbət cavab verə bilərmi? Yoxsa cəmiyyətin sərt reaksiyasından ehtiyatlanlb məsələni yenə uzatmaq yolunu tutacaq?
Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın mətbuat katibinin Azərbaycanın təklifinin müzakirə edildiyini deməsi, eyni zamanda müdafiə naziri David Tonoyanın “Əsirlərin dəyişdirilməsini istisna etmirik” deməsi prosesdə müsbət irəliləyiş kimi sayıla bilər: “Hər halda qarşı tərəf ən azı konkret cavab verəcək - ya hə, ya da yox. Çünki Azərbaycan bu dəfə daha konkret təklif irəli sürüb, konkret şəxslərin dəyişidirilməsi təklifini verib. İnanırıq ki, Nikol Paşinyan əsir və girovlar məsələsinin öz ölkəsində yaratdığı narahtçılığa da son qoyacaq. Həm də öz hökumətində baş verən qopmalardan, zəifləmələrdən sonra öz reytinqini gücləndirməyə, bir qədər də ictimaiyyət arasında nüfuzunu qaldırmaq məqsədilə əsir və girovların dəyişdirilməsinə razılıq verə bilər. Nəzərə alaq ki, Ermənistan cəmiyyətində də ara-sıra tələblər irəli sürülür ki, Paşinyan Azərbaycandakı erməni əsirləri azad etsin. Hətta bu tələblə aksiyalar da keçirilib”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:21-09-2019, 09:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-09-2019, 09:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26