“İsrailin hərbi kabineti İranın zərbəsinə cavab variantlarını müzakirə edib” – KİV
“İsrail hərbi kabinetinin növbəti iclası başa çatıb, burada İranın hücumuna cavab vermək üçün bir neçə variant müzakirə olunub”.
Bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Bildirilir ki, görüşdə müxtəlif intensivlikli, o cümlədən ağır və regional müharibəyə gətirib çıxarmayacaq hərəkətlərin variantları müzakirə edilib:
“Nazirlər ABŞ-nin blok etməyəcəyi həll yolunu seçməyə çalışırlar ki, onu Vaşinqtonla koordinasiyada həyata keçirmək mümkün olsun. İsrailin məqsədi tam miqyaslı müharibəyə səbəb olmadan İrana zərər verməkdir”.
Telekanal əlavə edir ki, hərbi kabinetin iclasının planlaşdırıldığından daha uzun sürməsi səbəbindən Baş nazir Benyamin Netanyahu İsrailin müxalifət parlament partiyalarının liderləri ilə görüşünü ləğv edib.
“Ynet” portalının məlumatına görə, hərbi kabinetin iclası 3 saat davam edib. Növbəti görüş aprelin 16-na təyin edilib.
“Kan” radiosu məlumatlı mənbəyə istinadən xəbər verir ki, bazar günü keçirilən iclasda iştirak edənlərin əksəriyyəti İranın hücumuna tez reaksiya verilməsinin tərəfdarı olub, lakin son anda heç bir qərar verilməyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-04-2024, 22:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |