reklam
Regionxeberlericom.az » Dünya » Dağıstanda saxlanılan yaraqlıların “Crocus” terrorunda iştirakı üzə çıxdı

reklam

Dağıstanda saxlanılan yaraqlıların “Crocus” terrorunda iştirakı üzə çıxdı


“Martın 31-də Dağıstanda saxlanılan yaraqlılar 2024-cü il martın 22-də Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilmiş terror aktının maliyyələşdirilməsində və təşkilatçılara vəsaitlərin təmin olunmasında iştirak ediblər”.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən xəbər verilib.

Bildirilib ki, dörd xarici vətəndaş Kaspiyskdə ictimai yerdə terror aktı hazırlayıblar. Onlar ərazini tədqiq ediblər, bomba hazırlayıblar və avtomat silahlar alıblar.

“Terror aktından dərhal sonra onlar Rusiyanı tərk etmək niyyətində olublar”, - deyə FTB-dən əlavə edilib.

Xatırladaq ki, ötən gün Mahaçqalanın Lenin və Sovet rayonlarında, eləcə də Kaspiyskdə antiterror əməliyyatı rejimi tətbiq edilib. Əməliyyat zamanı terror aktı törətməyi planlaşdıran cinayətkarlar saxlanılıblar.




Paylaş:


Müəllif : Tarix:
1-04-2024, 16:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər