Konqo Baş naziri istefa verdi
Konqo Demokratik Respublikasının Baş naziri Sama Lukonde Kenqe istefa verib.
“Actualite” xəbər portalı xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Lukonde istefasını ölkə prezidenti Feliks Çisekediyə təqdim edib. Baş nazirin istefası həm də bütün hökumətin istefası deməkdir”, - məlumatda qeyd edilib.
Baş nazir və hökumətin gedişi Çisekedinin prezident kimi ikinci müddətinin əvvəlində baş verib. Bu, dövlət başçısına yeni hökuməti təyin etmək imkanı verir.
Üç ildir baş nazir olan Lukonde isə bundan sonra parlamentdə fəaliyyət göstərəcəyini açıqlayıb. O, dekabrda keçirilən seçkilərdə deputat mandatı qazanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-02-2024, 12:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-02-2024, 12:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti