“Tayvan ayrı bir dövlət deyil və olmayacaq” – Çin XİN
“Tayvan adası Çinin ayrılmaz hissəsidir, ayrı bir dövlət deyil və olmayacaq”.
Misirin “Əl-Yaum əs-Sabia” informasiya portalı xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Van Yi Misirə səfəri zamanı deyib.
Çin Xarici İşlər Nazirliyinin rəhbəri, həmçinin bəyan edib ki, Tayvanın Çinə aid olması 1943-cü ildə Qahirə konfransından sonra qəbul edilmiş bəyannamə ilə tənzimlənir:
“Bu sənədə əsasən, Yaponiyanın ÇXR-dən ələ keçirdiyi bütün ərazilər Çin tərəfinə qaytarılmalı idi”.
Vanq Yi xarici digər ölkələrə Çinin daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib və Pekinin bu cür addımlara qətiyyətlə cavab verəcəyini vurğulayıb:
“Tayvanı müstəqil dövlət elan etmək planları keçmişdə uğurlu olmayıb və bu, nə indi, nə də gələcəkdə baş verməyəcək”, - Çin Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Xatırladaq ki, yanvarın 13-də Tayvanda yerli administrasiya rəhbəri və Qanunverici Yuan (Parlament) deputatları üçün seçkilər keçirilib. Adanın yeni lideri postu uğrunda mübarizədə qələbəni administrasiya rəhbərinin hazırkı müavini, Tayvan Demokratik Tərəqqi Partiyasının nümayəndəsi Lay Çinq-te qazanıb və o, səslərin 40,05 faizini toplayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-01-2024, 19:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər