“İsrail indiyədək ən azı 5 min HƏMAS üzvünü məhv edib” – WP
İsrail Müdafiə Qüvvələri (IDF) oktyabrın 7-dən başlayan döyüşlər zamanı Fələstinin HƏMAS hərəkatının ən azı 5 min yaraqlısını məhv edib.
Bu barədə “Washington Post” qəzeti İsrail kəşfiyyat xidmətinind'ki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 5 minə yaxın yaraqlının məhv edilməsinə baxmayaraq, qrupun 30 min nəfər olduğu təxmin edilən döyüş qanadının əksəriyyəti “toxunulmaz qalıb”. Bununla belə, qəzetin vurğuladığı kimi, öldürülən HƏMAS yaraqlılarının dəqiq sayını hesablamaq onların bir çoxunun Qəzza zolağının yeraltı tunellərində həlak olması ilə çətinləşir.
“Buna görə də, IDF-nin hesablamaları qismən qruplaşmanın döyüşçüləri tərəfindən ələ keçirilən məlumatlara əsaslanır, lakin İsrail qüvvələri düşmən itkilərinin sayını şişirtməkdə maraqlıdırlar”, - qəzet bildirib.
Qəzet həmçinin vurğulayıb ki, İsrailin Qəzza zolağının şimalında davam edən quru əməliyyatı yaxın tarixdə başa çatmayacaq. Çünki İsrail ordusunun quru qüvvələri anklavda HƏMAS-ın ən azı bir neçə dayaq nöqtəsini ələ keçirməlidirlər.
Digər tərəfdən, ekspertlər “Washington Post”a bildiriblər ki, beynəlxalq təzyiqlər İsrailin Qəzzanın şimalında istifadə etdiyi hərbi üsulları davam etdirməsini çətinləşdirəcək. Burada söhbət ilk növbədə anklavın şimal rayonlarının məruz qaldığı bombardmanlardan gedir. Buna görə də, IDF yaraqlılarla mübarizə aparmaq üçün mütəmadi reydlər aparmaqla fəaliyyət taktikasını dəyişə bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-12-2023, 14:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |