“18-20 min adamın öldüyü ehtimal edilir” – Liviyada daşqınlar
Xəbər verdiyimiz kimi, Liviyanın şərqində nəhəng fırtınadan sonra iki bənd uçub, nəticədə fəlakətli daşqın hadisəsi baş verib.
Derna liman şəhərinin meri Əbdülmənam Əl-Qaiti iki daşqın nəticəsində 18-20 min adamın öldüyünü ehtimal edir.
O, “əl-Ərəbiyyə” telekanalına deyib ki, bu ehtimal sel suları tərəfindən tamamilə dağılan rayonların sayına əsaslanır. O bildirib ki, cəsədləri çıxarmaq üçün ixtisaslaşmış qruplara ehtiyac var.
Qeyd olunur ki, cəsədlərin bir çoxunun hələ də nəzarətsiz olması xəstəliklərin yaranmasına və yayılmasına şərait yaradır. BMT çirklənmiş suyun xəstəlik təhlükəsi barədə xəbərdarlıq edib.
Tobrukda yerləşən Liviyanın şərqindəki hökumət rəsmisi dənizin daim onlarla cəsədi “sahilə atdığını” bildirib.
Qeyd edək ki, indiyədək 5 mindənn çox insanın öldüyü və ən azı 10 min nəfərin itkin düşdüyü məlumdur. Misir, Tunis, İtaliya, İspaniya və Türkiyə də daxil olmaqla ölkələrin xilasetmə qrupları ilə beynəlxalq yardım və xilasetmə səylərini gücləndirir.
Liviyanın Tripoli administrasiyasının liderləri bəndin çökməsi ilə bağlı araşdırma aparmağa çağırır.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-09-2023, 16:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |